1-ci sinif Azərbaycan dili KSQ 5: sınaq sualları və cavabları

Bu səhifədə 1-ci sinif Azərbaycan dili fənnindən KSQ 5 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Bu dəstdə hansı mövzular var

Suallar bu mövzulardandır. Məktəbdə hansı mövzuların keçildiyinə baxıb uyğun dəsti seçin.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Hərəkət bildirən yaxınmənalı sözlər cütü hansı bənddə verilmişdir?

    1. A.söz -- söhbət
    2. B.susur -- danışır
    3. C.əsəbiləşir -- qəzəblənir
  2. Şeir parçasında qafiyələnmiş sözlər hansılardır?
    Salamladıq bülbülü,
    Açıldı novruzgülü
    Bağlarda quşlar ötdü,
    Nərgiz, bənövşə bitdi.

    1. A.ötdü, nərgiz
    2. B.bülbülü, novruzgülü
    3. C.nərgiz, bənövşə
  3. Verilmiş şəklə uyğun əksmənalı sözlər cütü hansılardır?

    Sualın şəkli
    1. A.kök -- arıq
    2. B.az -- çox
    3. C.sarışın -- qaraşın
  4. Şeirdə cəmi neçə misra var?
    Hamının üzü gülür,
    Bu nə sevincdir belə?
    Nənəm heç sevincini
    Gətirə bilmir dilə.
    Bu yurdun oğulları
    Necə mərddi, igiddi
    Şuşatək bir qalanı,
    Qaytarmaq möcüzədi.
    (M.Rəşid)

    1. A.7
    2. B.8
    3. C.4
  5. Hansı bənddəki hər iki sözün tərkibində "ka" səsi işlənmişdir?

    1. A.marka, tülkü
    2. B.dekabr, kollektiv
    3. C.kirpi, makaron
  6. Yaxınmənalı sözlər yazılmış xanaları rəngləsək, hansı bənd doğru olar?

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  7. Şeirdəki qafiyələnmiş sözlər hansı bənddə verilmişdir?
    İndi altı yaşım var.
    Daha böyük oğlanam.
    Bacımla tək qalırıq
    İşə gedəndə anam.
    (H.Həsənov)

    1. A.oğlanam, anam
    2. B.tək, işə
    3. C.bacımla, anam
  8. Əksmənalı qarşılığı düzgün göstərilməyən sözlər cütü hansıdır?

    1. A.ağır -- yüngül
    2. B.sağ -- sol
    3. C.ahıl -- qoca
  9. Cümlədəki hansı sözlər əksmənalıdır? Uzaq kənddən yaxın şəhərə köçdülər.

    1. A.kənd -- şəhər
    2. B.uzaq -- yaxın
    3. C.yaxın -- şəhər
  10. Neçə sözdə "k" hərfi "ke" kimi səslənir?

    Sualın şəkli
    1. A.7
    2. B.6
    3. C.4
  11. Ürək sözünə yaxın məna ifadə edən söz ola bilməz:

    1. A.könül
    2. B.hiss
    3. C.qəlb
  12. Şeirin müəllifi kimdir?
    O Vaqifdi -- odasına od düşən,
    O Zakirdi -- sədasına od düşən,
    O Arazdı -- səmasına od düşən,
    Durnaları dönməz oldu dağların...
    (Məmməd Araz)

    1. A.Molla Pənah Vaqif
    2. B.Məmməd Araz
    3. C.Qasım bəy Zakir
  13. Turş sözünün əksmənalı qarşılığı hansı bənddə verilmişdir?

    1. A.Mən dərslərimi yaxşı oxuyuram.
    2. B.Onun bağındakı meyvələr şirin idi.
    3. C.Babam bostana acı bibər əkdi.
  14. Əksmənalı sözlərin uyğunluğu hansı bənddə doğru verilmişdir?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  15. Verilmiş cümlənin sonuna hansı durğu işarəsi uyğun gəlir?

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin