MƏXFİLİK SİYASƏTİ
Bu səhifə PDF versiyası ilə eyni mətni əhatə edir.
1. Ümumi müddəalar
1.1. Bu Məxfilik Siyasəti Dapti veb-saytı, əlaqəli veb interfeyslər və Dapti adı altında təqdim edilən digər əlaqəli rəqəmsal xidmətlər (birlikdə “Platforma”) vasitəsilə təqdim olunan xidmətlərdən istifadə zamanı fərdi məlumatların toplanılması, işlənilməsi, saxlanılması, istifadəsi, verilməsi, mühafizəsi, silinməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Məxfilik Siyasəti “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və tətbiq olunan digər normativ hüquqi aktlara uyğun hazırlanmışdır və İstifadəçi Şərtləri və Qaydaları ilə birlikdə tətbiq olunur.
1.3. Bu Məxfilik Siyasətində istifadə olunan anlayışlar, ayrıca başqa cür göstərilmədikdə, İstifadəçi Şərtləri və Qaydalarında onlara verilən mənalarda istifadə olunur. Məxfilik Siyasəti ilə İstifadəçi Şərtləri və Qaydaları arasında ziddiyyət yarandıqda, fərdi məlumatların işlənilməsi və məxfiliyi ilə bağlı məsələlər üzrə bu Məxfilik Siyasətinin müddəaları tətbiq olunur.
1.4. Platformadan istifadə etməklə, hesab yaradaraq, məlumatlarınızı daxil edərək, hesabınızı təsdiq edərək və ya Xidmətlərdən faktiki istifadə etməklə Siz bu Məxfilik Siyasəti ilə tanış olduğunuzu və qanunvericiliyin yol verdiyi hallarda fərdi məlumatlarınızın bu Məxfilik Siyasətində nəzərdə tutulmuş qaydada işlənilməsini qəbul etdiyinizi təsdiq etmiş olursunuz.
2. Operator və Platforma haqqında
2.1. Platforma çərçivəsində fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirən operator “Dapti” Məhdud Məsuliyyətli Cəmiyyətidir (VÖEN: 1703993581; hüquqi ünvan: AZ1003, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 5) (bundan sonra “Şirkət”, “biz”, “bizim”).
2.2. Dapti ümumi təhsil pilləsi üzrə Şagirdlər, Valideynlər (və ya onları əvəz edən şəxslər) və Müəllimlər üçün Sinif və Fənn uyğunluğuna əsaslanan rəqəmsal və oyunlaşdırılmış öyrənmə təcrübəsi təqdim edən platformadır.
2.3. Platforma vasitəsilə istifadəçilər rolundan asılı olaraq qeydiyyatdan keçə, Profil yarada, Şagird üçün Sinif və Fənn seçə, Tapşırıqlardan və Suallardan istifadə edə, Nəticələri və Göstəriciləri izləyə, Sinif otaqları yarada və ya onlara qoşula, ödənişsiz və ya ödənişli Planlardan istifadə edə bilərlər.
2.4. Platforma ödəniş xidməti təchizatçısı qismində çıxış etmir. Ödənişli Planlar üzrə nağdsız ödənişlər inteqrasiya olunmuş ödəniş xidməti təchizatçısının infrastrukturu və ya texniki həlləri vasitəsilə həyata keçirilir. Şirkət Həssas ödəniş məlumatlarını, o cümlədən bank kartı məlumatlarını toplamır və saxlamır. Şirkətə yalnız ödənişin statusu, seçilmiş Plan və ödənişin texniki icrası üçün zəruri olan məhdud məlumatlar ötürülə və ya Platformada əks oluna bilər.
3. Topladığımız fərdi məlumatlar
3.1. Şirkət Platformadan istifadə ilə əlaqədar aşağıdakı kateqoriyalara aid fərdi məlumatları toplaya və işləyə bilər:
3.1.1. Qeydiyyat və hesab məlumatları: ad, soyad, mobil nömrə, elektron poçt ünvanı, istifadəçi rolu, hesab identifikatoru, Profil məlumatları, hesab statusu, son giriş tarixi, hesabın aktivlik vəziyyəti, giriş və təhlükəsizlik qeydləri, OTP kodu təsdiqi ilə bağlı texniki qeydlər, hesabın yaradılması, aktivləşdirilməsi, giriş cəhdləri, sessiya idarəetməsi, hesabın bərpası və təhlükəsizlik insidentləri ilə bağlı qeydlər, habelə tətbiq olunan hallarda şifrənin özü deyil, onun şifrələnmiş və texniki qoruma altında saxlanılan forması və şifrənin yaradılması, dəyişdirilməsi, sıfırlanması və bərpası ilə bağlı texniki məlumatlar;
3.1.2. Tədris və istifadə məlumatları: Sinif məlumatları, seçilmiş Fənnlər, Tapşırıqlar, Suallar üzrə cavablar, Nəticələr, inkişaf göstəriciləri, aktivlik məlumatları, istifadə tarixçəsi, XP, Liderlər lövhəsi ilə bağlı məlumatlar, Sinif otağı fəaliyyəti, davamiyyət və əlaqəli tədris məlumatları;
3.1.3. Valideyn (və ya onu əvəz edən şəxs) və Müəllimlə bağlı məlumatlar: əlaqə məlumatları, Sinif otaqları ilə bağlı idarəetmə məlumatları, təyin edilən Tapşırıqlar, izləmə və hesabat məlumatları;
3.1.4. Texniki və istifadə məlumatları: IP ünvanı, cihaz tipi, brauzer və əməliyyat sistemi barədə məlumatlar, Platformadan istifadə tarixi və vaxtı, texniki hadisələr, audit qeydləri, təhlükəsizlik və giriş logları;
3.1.5. Ümumi şəbəkə və statistik məlumatlar: internet provayderi ilə bağlı ümumi texniki məlumatlar, şəbəkə göstəriciləri və təxmini ərazi səviyyəli statistik göstəricilər. Bu məlumatlar istifadəçinin konkret yaşayış ünvanını müəyyən etmək üçün nəzərdə tutulmur və dəqiq fiziki ünvan hesab edilmir;
3.1.6. Ödənişlə bağlı məhdud texniki məlumatlar: seçilmiş Plan, ödəniş statusu, əməliyyat identifikatoru və ödənişin texniki icrası üçün zəruri olan digər məhdud məlumatlar;
3.1.7. Əlaqə və dəstək məlumatları: Siz bizimlə Əlaqə kanalları vasitəsilə əlaqə saxladıqda təqdim etdiyiniz müraciətlər, suallar, rəylər, şikayətlər, yazışmalar və digər kommunikasiya məlumatları;
3.1.8. Digər könüllü məlumatlar: Siz Profil bölməsində, dəstək müraciətlərində, sorğularda, anketlərdə, rəy formalarında və ya bizimlə digər ünsiyyətiniz zamanı könüllü olaraq təqdim etdiyiniz məlumatlar, o cümlədən bildiriş üstünlükləri, seçimlər, əlavə qeydlər, mətn, fayl və ya digər formada paylaşdığınız materiallar və digər əlaqəli məlumatlar.
3.2. Platformada daxil edilən ad, soyad, Sinif və oxşar məlumatlar, bir qayda olaraq, istifadəçi bəyanı əsasında qəbul edilir. Qanunvericilikdə və ya təhlükəsizlik baxımından zəruri hallar istisna olmaqla, bu məlumatların təsdiqi üçün ayrıca təsdiqedici sənəd tələb olunmur. Eyni zamanda, hesabın təhlükəsizliyi məqsədilə autentifikasiya və giriş məlumatlarının, o cümlədən OTP kodu təsdiqi və tətbiq olunan hallarda şifrə ilə bağlı texniki qeydlərin emalı həyata keçirilə bilər.
4. Fərdi məlumatları necə əldə edirik
4.1. Şirkət fərdi məlumatları aşağıdakı mənbələrdən əldə edir:
4.1.1. İstifadəçilərin birbaşa təqdim etdiyi məlumatlardan;
4.1.2. Platformadan istifadə zamanı avtomatik formalaşan texniki və istifadə məlumatlarından;
4.1.3. inteqrasiya olunmuş xidmətlərdən, o cümlədən ödəniş xidməti təchizatçısından daxil olan məhdud texniki status məlumatlarından;
4.1.4. Əlaqə kanalları vasitəsilə təqdim etdiyiniz müraciət və yazışmalardan;
4.1.5. Profil bölməsində, dəstək kanallarında, sorğularda, anketlərdə, rəy formalarında və ya digər əlaqə nöqtələrində könüllü olaraq təqdim etdiyiniz məlumatlardan.
5. Fərdi məlumatların işlənilmə məqsədləri
5.1. Şirkət fərdi məlumatları aşağıdakı məqsədlərlə işləyə bilər:
5.1.1. qeydiyyatın tamamlanması, Profilin və hesabın yaradılması və idarə edilməsi;
5.1.2. istifadəçinin identifikasiyası, hesabın və Profilin təhlükəsizliyinin təmin edilməsi, girişin yoxlanılması, OTP kodu və digər autentifikasiya vasitələrinin tətbiqi, hesabın bərpası, şifrənin sıfırlanması və təhlükəsizlik insidentlərinin araşdırılması;
5.1.3. Şagird üçün Sinif və Fənn uyğunlaşdırmasının aparılması;
5.1.4. Tapşırıqların, Sualların, İzahların və digər Məzmunun təqdim edilməsi;
5.1.5. Nəticələrin, Göstəricilərin, inkişaf dinamikasının, davamiyyətin və digər tədris görünüşlərinin formalaşdırılması;
5.1.6. Sinif otaqlarının yaradılması, idarə olunması və istifadəsi;
5.1.7. Valideynlərə (və ya onları əvəz edən şəxslərə) və Müəllimlərə müvafiq izləmə, idarəetmə və hesabat funksiyalarının təqdim edilməsi;
5.1.8. ödənişsiz və ödənişli Planların tətbiqi və idarə olunması;
5.1.9. istifadəçi müraciətlərinin cavablandırılması, dəstək xidmətlərinin göstərilməsi və Sizinlə Əlaqə kanalları vasitəsilə əlaqə saxlanılması;
5.1.10. təhlükəsizliyin təmin edilməsi, icazəsiz girişlərin, sui-istifadə hallarının, saxtakarlığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması;
5.1.11. audit qeydlərinin aparılması, texniki diaqnostika və problemlərin aradan qaldırılması;
5.1.12. Platformanın funksionallığının təkmilləşdirilməsi, istifadəçi təcrübəsinin yaxşılaşdırılması, statistik və analitik hesabatların hazırlanması;
5.1.13. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və ya səlahiyyətli dövlət orqanlarının tələbi əsasında məlumatların təqdim edilməsi;
5.1.14. xidmətlə bağlı vacib Bildirişlərin, təhlükəsizlik bildirişlərinin və digər əməliyyat xarakterli məlumatların göndərilməsi;
5.1.15. qanunvericiliyin tələb etdiyi hallarda ayrıca razılıq əsasında yeniliklər, funksiyalar, Planlar və əlaqəli məlumatların göndərilməsi;
5.1.16. könüllü olaraq təqdim etdiyiniz məlumatlar, sorğular, anket cavabları, rəy və təkliflər əsasında Platformanın, funksionallığın və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi, habelə bildiriş və kommunikasiya seçimlərinin idarə olunması.
6. Fərdi məlumatların işlənilməsinin hüquqi əsasları
6.1. Şirkət fərdi məlumatları aşağıdakı hüquqi əsaslardan biri və ya bir neçəsi əsasında işləyə bilər:
6.1.1. Sizin razılığınız;
6.1.2. Platformadan istifadə ilə bağlı münasibətin yaradılması və ya icrası üçün zərurət;
6.1.3. qanunvericilikdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi;
6.1.4. qanunvericiliyin yol verdiyi digər hüquqi əsaslar.
6.2. Fərdi məlumatların işlənilməsi əvvəlcədən müəyyən edilmiş, konkret və qanuni məqsədlərlə məhdudlaşdırılır və həmin məlumatların həcmi həmin məqsədlərə uyğun olmalıdır.
7. Yetkinlik yaşına çatmayan istifadəçilərlə bağlı müddəalar
7.1. Platforma yetkinlik yaşına çatmayan Şagirdlər tərəfindən də istifadə oluna bildiyindən, belə istifadəçilərlə bağlı məlumatlar Valideyn (və ya onu əvəz edən şəxs), Müəllim və ya digər qanuni əsasla səlahiyyətli şəxs tərəfindən təqdim oluna bilər.
7.2. Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı fərdi məlumatların işlənilməsi tətbiq olunan qanunvericiliyə və müvafiq razılıq tələblərinə uyğun həyata keçirilir.
7.3. Şagirdlə bağlı məlumatları Platformaya daxil edən, Şagirdi Sinif otağına əlavə edən, onun adından Plan seçən, ödəniş edən və ya onun Platformadan istifadəsinə razılıq verən şəxs bunun üçün kifayət qədər qanuni əsasının olduğunu bəyan edir.
7.4. Qanunvericilikdə və ya təhlükəsizlik baxımından zəruri hallar istisna olmaqla, Şagirdin adı, soyadı, Sinfi və oxşar məlumatların təsdiqi üçün ayrıca sənəd tələb olunmur.
7.5. Şirkət yetkinlik yaşına çatmayan istifadəçilərlə bağlı məlumatların işlənilməsində zərurilik, proporsionallıq və əlavə ehtiyatlılıq prinsiplərini rəhbər tutur.
7.6. Şagirdə aid Profil, Nəticə, Göstərici və digər əlaqəli məlumatlara çıxış, bir qayda olaraq, yalnız müvafiq rol, funksionallıq və tədris məqsədi çərçivəsində zəruri olan həddə təmin edilir.
8. Fərdi məlumatların verilməsi və paylaşılması
8.1. Şirkət fərdi məlumatları yalnız bu Məxfilik Siyasətində göstərilən məqsədlər üçün zəruri həcmdə və aşağıdakı hallarda verə və ya paylaşa bilər:
8.1.1. texniki infrastruktur, hostinq, təhlükəsizlik, analitika, dəstək, kontent moderasiyası və digər əlaqəli xidmətlərin göstərilməsi üçün cəlb olunan təchizatçılarla, yalnız xidmətin göstərilməsi üçün zəruri həcmdə;
8.1.2. Müəllimlərlə və ya Valideynlərlə (və ya onları əvəz edən şəxslərlə), yalnız müvafiq rol, Sinif otağı və ya tədris məqsədi çərçivəsində zəruri olan həcmdə;
8.1.3. qanunvericiliklə müəyyən edilmiş hallarda səlahiyyətli dövlət orqanları ilə;
8.1.4. Platformanın ayrı-ayrı funksiyalarının işləməsi üçün zəruri olan digər xidmət təchizatçıları ilə, məxfilik və məlumat təhlükəsizliyi öhdəlikləri əsasında.
8.2. Ödəniş xidməti təchizatçısı ilə münasibətdə istifadəçi birbaşa həmin təchizatçının interfeysinə yönləndirilə və ya onun texniki həlli üzərindən ödənişi təsdiq edə bilər. Bu halda ödəniş məlumatlarının əsas işlənilməsi müvafiq təchizatçı tərəfindən həyata keçirilir.
8.3. Şirkət fərdi məlumatları satmır.
9. Saxlanma, mühafizə və silinmə
9.1. Fərdi məlumatlar bu Məxfilik Siyasətində göstərilən məqsədlər üçün zəruri olan müddət ərzində saxlanılır.
9.2. Siz qanunvericiliyin yol verdiyi hallarda fərdi məlumatlarınızın silinməsini tələb edə bilərsiniz. Bunun üçün bu Məxfilik Siyasətində göstərilən Əlaqə kanalları vasitəsilə, o cümlədən elektron poçt ünvanına müraciət edə bilərsiniz. Müraciətə qanunvericiliyə uyğun qaydada baxılır və müvafiq hüquqi əsaslar mövcud olduqda fərdi məlumatlar silinir, məhv edilir, adsızlaşdırılır və ya arxivləşdirilir.
9.3. Hüquqi tələblər, təhlükəsizlik, mübahisələrin araşdırılması, audit, qanuni öhdəliklərin icrası və ya digər legitim əsaslar olduqda, bəzi məlumatlar dərhal silinməyə bilər və qanunvericiliyin yol verdiyi müddət ərzində saxlanıla bilər.
9.4. Şirkət fərdi məlumatların mühafizəsi üçün tətbiq olunan qanunvericiliyə uyğun təşkilati və texniki tədbirlər görür. Bununla belə, internet üzərindən məlumat ötürülməsi və elektron sistemlərin fəaliyyəti tam risksiz hesab edilə bilməz. Təhlükəsizlik məqsədilə giriş məlumatları, autentifikasiya qeydləri və tətbiq olunan hallarda şifrə ilə bağlı texniki məlumatlar müvafiq texniki qoruma tədbirləri ilə emal olunur. Şifrənin açıq mətndə saxlanılması nəzərdə tutulmur.
9.5. Fərdi məlumatların saxlanılması zərurəti aradan qalxdıqda, həmin məlumatlar qanunvericiliyə uyğun qaydada silinir, məhv edilir, adsızlaşdırılır və ya arxivləşdirilir.
10. Məlumat subyektinin hüquqları
10.1. Siz tətbiq olunan qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqlara maliksiniz:
10.1.1. özünüz barəsində fərdi məlumatların mövcudluğu və operator haqqında məlumat almaq;
10.1.2. fərdi məlumatların toplanılmasının, işlənilməsinin və verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək;
10.1.3. özünüz barəsində toplanmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;
10.1.4. fərdi məlumatların işlənilmə məqsədini, işlənilmə müddətini, üsullarını və həmin məlumatlarla tanış olmaq icazəsi olan şəxslərin dairəsini bilmək;
10.1.5. fərdi məlumatların dəqiqləşdirilməsini, düzəldilməsini və qanunvericilikdə nəzərdə tutulan hallarda silinməsini və ya məhv edilməsini tələb etmək;
10.1.6. fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək;
10.1.7. fərdi məlumatların əldə edilmə mənbələri barədə məlumat almaq;
10.1.8. fərdi məlumatların mühafizəsini tələb etmək;
10.1.9. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
10.2. Bu hüquqlardan istifadə etmək üçün bizimlə Əlaqə kanalları vasitəsilə əlaqə saxlaya bilərsiniz.
11. Razılığın geri götürülməsi
11.1. Siz qanunvericiliyin yol verdiyi hallarda fərdi məlumatlarınızın işlənilməsinə verdiyiniz razılığı geri götürə bilərsiniz.
11.2. Razılığın geri götürülməsi yalnız gələcək işlənmə əməliyyatlarına şamil olunur və əvvəllər qanuni əsaslarla həyata keçirilmiş işlənməni avtomatik olaraq etibarsız etmir.
11.3. Razılığın geri götürülməsi Platformanın müəyyən funksiyalarının təqdim edilməsini məhdudlaşdıra və ya mümkünsüz edə bilər.
12. Məxfilik Siyasətinə dəyişikliklər
12.1. Şirkət bu Məxfilik Siyasətinə vaxtaşırı dəyişikliklər və əlavələr edə bilər.
12.2. Məxfilik Siyasətinin yenilənmiş redaksiyası Platformada yerləşdirildiyi tarixdən qüvvəyə minir, əgər ayrıca daha gec qüvvəyə minmə tarixi göstərilməyibsə.
12.3. Əhəmiyyətli dəyişikliklər barədə istifadəçilərə, mümkün olduqda, qüvvəyə minmə tarixindən ən azı 5 (beş) gün əvvəl Platformadaxili Bildiriş və ya digər Əlaqə kanalları vasitəsilə məlumat verilə bilər.
12.4. Yenilənmiş Məxfilik Siyasəti qüvvəyə mindikdən sonra Platformadan istifadəni davam etdirməniz, başqa hal qanunvericilikdən irəli gəlmədikdə, həmin dəyişikliklərlə tanış olduğunuz kimi qiymətləndirilə bilər.
13. Əlaqə kanalları
13.1. Məxfilik Siyasəti ilə bağlı sual, müraciət, şikayət və ya əlavə məlumat ehtiyacınız olduqda, bizimlə aşağıdakı Əlaqə kanalları vasitəsilə əlaqə saxlaya bilərsiniz:
- Elektron poçt: support.app@dapti.az
- Əlaqə nömrəsi: +994 10 234 65 11
- WhatsApp: +994 10 234 65 11