dapti← Əsas səhifə

İSTİFADƏÇİ ŞƏRTLƏRİ VƏ QAYDALARI

Bu səhifə PDF versiyası ilə eyni mətni əhatə edir.

Haqqımızda

Bu İstifadəçi Şərtləri və Qaydaları (bundan sonra “Şərtlər”) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş “Dapti” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1703993581; hüquqi ünvan: AZ1003, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 5) (bundan sonra “Şirkət”, “biz”, “bizim”) tərəfindən idarə olunan Dapti veb-saytı, əlaqəli veb interfeyslər, istifadəçi hesabları, sinif otaqları, müəllim panelləri, analitik bölmələr və Şərtlərə istinad edən digər funksionallıq (birlikdə “Platforma” və/və ya “Xidmətlər”) vasitəsilə təqdim edilən xidmətlərdən istifadə qaydalarını müəyyən edir.

Bu Şərtlər Şirkət ilə Platformadan istifadə edən şəxs (bundan sonra “İstifadəçi”, “Siz”) arasında hüquqi cəhətdən məcburi razılaşmadır. Platformaya daxil olmaqla, qeydiyyatdan keçməklə və/və ya Xidmətlərdən faktiki istifadə etməklə Siz bu Şərtləri oxuduğunuzu, anladığınızı və qəbul etdiyinizi təsdiqləyirsiniz.

Dapti ümumi təhsil pilləsi üzrə 1-ci sinifdən 11-ci sinifədək müxtəlif sinif və fənlərə uyğun sualların, tapşırıqların, testlərin, izahların və digər əlaqəli materialların rəqəmsal formada təqdim edilməsi, istifadəçi nəticələrinin izlənilməsi, analitik-statistik hesabatların hazırlanması, müəllimlər üçün sinif idarəçiliyi alətlərinin və valideynlər (və ya onları əvəz edən şəxslər) üçün izləmə imkanlarının yaradılması məqsədilə fəaliyyət göstərən rəqəmsal platformadır.

Dapti vasitəsilə təqdim edilən məzmun və funksionallıq öyrənmə və tədris prosesini dəstəkləmək üçün nəzərdə tutulmuşdur. Platforma istifadəçilərə daha çevik, interaktiv və izlənə bilən rəqəmsal təcrübə təqdim edir. Bununla belə, Dapti tərəfindən təhsil haqqında dövlət sənədi verilmir, Platforma ayrıca təhsil müəssisəsi statusunda çıxış etmir və onun təqdim etdiyi məzmun məktəb tədrisini, müəllimin peşəkar qiymətləndirməsini, attestasiya və ya digər rəsmi qiymətləndirmə prosedurlarını əvəz etmir.

1. Anlayışlar

Bu Şərtlərdə istifadə olunan anlayışlar, mətnin məzmunundan başqa hal irəli gəlmədikdə, aşağıdakı mənaları ifadə edir:

1.1. İstifadəçi – Platformadan istifadə edən hər bir fiziki şəxs. İstifadəçi Platformada mövcud funksionallıqdan və istifadə məqsədindən asılı olaraq şagird, müəllim və ya valideyn (və ya onu əvəz edən şəxs) qismində çıxış edə bilər;

1.2. Valideyn (və ya onu əvəz edən şəxs) – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yetkinlik yaşına çatmayan şəxsi təmsil etmək, onun adından hüquqi əhəmiyyətli hərəkətlər etmək, razılıq vermək və onun hüquq və mənafelərini qorumaq səlahiyyətinə malik olan valideyn, övladlığa götürən şəxs, qəyyum, himayəçi və ya digər qanuni nümayəndə. Bu Şərtlərin məqsədləri üçün qanunvericilikdə yol verilən həddə Şagirdin Platformadan istifadəsi ilə bağlı hərəkətlərinə görə Valideyn (və ya onu əvəz edən şəxs) məsuliyyət daşıyır. Bu Şərtlərin məqsədləri üçün, kontekstdən başqa hal irəli gəlmədikdə, “Valideyn” anlayışı valideyn və ya onu əvəz edən şəxsi ifadə edir;

1.3. Şagird – Platformadan sinifinə və seçdiyi fənnlərə uyğun məzmun, tapşırıqlar, testlər, izahlar və digər funksionallıqdan istifadə edən fiziki şəxs;

1.4. Müəllim – Platformada sinif otaqları yaradan və ya idarə edən, şagirdləri sinif otaqlarına əlavə edən və ya dəvət edən, ev tapşırıqları, summativ xarakterli tapşırıqlar və digər tədris fəaliyyətləri təyin edən, davamiyyət və nəticələri izləyən İstifadəçi;

1.5. Profil – Platformada İstifadəçinin hesabı ilə bağlı əsas məlumatların, seçilmiş rolun, mövcud funksionallığın, əlaqə məlumatlarının, nəticələrin və digər əlaqəli məlumatların əks olunduğu, yeniləndiyi və idarə olunduğu bölmə;

1.6. Sinif – Platformada məzmunun uyğunlaşdırılması, nəticələrin qruplaşdırılması və Şagird üçün uyğun tədris axınının seçilməsi məqsədilə müəyyən edilən təhsil səviyyəsi. Platformada 1-ci sinifdən 11-ci sinifədək siniflər üzrə funksionallıq təqdim oluna bilər;

1.7. Fənn – Platformada müvafiq Sinif səviyyəsinə, seçilmiş Plana və mövcud məhsul funksionallığına uyğun olaraq təqdim edilən tədris istiqaməti. Platformada Azərbaycan dili, Riyaziyyat, İngilis dili və Şirkət tərəfindən müəyyən edilən digər fənlər təqdim oluna bilər. Fənnlərin sayı, tərkibi və əlçatanlığı Sinif səviyyəsindən, seçilmiş Plandan, məhsul yenilənmələrindən və texniki imkanlardan asılı olaraq dəyişə bilər;

1.8. Mövzu – müvafiq Sinif və Fənn daxilində təqdim olunan konkret tədris bölməsi və ya alt-bölməsi;

1.9. Sinif otağı – Müəllim tərəfindən yaradılan, Şagirdlərin əlavə olunduğu və ya dəvət linki vasitəsilə qoşulduğu, Tapşırıqların təyin edildiyi və Nəticələrin izlənildiyi rəqəmsal mühit;

1.10. Tapşırıq – Platformada müəyyən Sinif, Fənn və ya Mövzu üzrə təqdim edilən, o cümlədən ev tapşırığı, mövzu üzrə məşq, test, summativ xarakterli fəaliyyət və ya digər tədris fəaliyyəti;

1.11. Sual – konkret Tapşırıq daxilində təqdim olunan ayrıca test və ya məşq vahidi;

1.12. İzah – Sual, Tapşırıq və ya Mövzu üzrə Platformada təqdim edilən qısa izahlı məzmun, əlavə açıqlama, dəstək qeydi və ya öyrədici material;

1.13. Nəticə – Şagirdin Tapşırıq və ya fəaliyyət üzrə topladığı bal, faiz göstəricisi, düzgün, səhv və ya cavabsız sualların sayı və digər nəticə məlumatları;

1.14. Göstəricilər – Şagirdin və ya sinfin fəaliyyəti, aktivliyi, irəliləyişi, tamamlanma səviyyəsi, orta nəticələri, güclü tərəfləri və əlavə diqqət tələb edən mövzular barədə analitik görünüşlər;

1.15. Plan – Platformada müəyyən məzmun, istifadə həddi, funksionallıq, müddət və ya digər şərtlər əsasında formalaşdırılan istifadə rejimi;

1.16. Ödənişsiz plan – Platformanın məhdud həcmdə məzmun və ya funksionallıqla təqdim edilən istifadə rejimi;

1.17. Pro plan – Platformada əlavə məzmun, daha geniş funksionallıq, daha çox istifadə imkanı və ya Şirkət tərəfindən müəyyən olunan digər üstünlüklər təqdim edən ödənişli istifadə rejimi olub, aylıq, 3 (üç) aylıq və ya illik əsasda təklif oluna bilər;

1.18. OTP kodu (“One-Time Password” - Birdəfəlik şifrə) - Qeydiyyat və ya giriş zamanı istifadəçinin nömrəsinə göndərilən və hesabın təsdiqlənməsi üçün istifadə olunan birdəfəlik kod;

1.19. Bildiriş – Platforma və ya Şirkət tərəfindən SMS, elektron poçt, tətbiqdaxili xəbərdarlıq və ya digər uyğun əlaqə vasitələri ilə göndərilən məlumatlandırma;

1.20. Liderlər lövhəsi – Platformada müəyyən meyarlar əsasında istifadəçilərin və ya şagirdlərin nisbi aktivlik və ya nailiyyət göstəricilərinin sıralandığı bölmə;

1.21. XP – Platformada Tapşırıqların yerinə yetirilməsi, aktivlik və digər daxili meyarlar əsasında hesablanan həvəsləndirici göstərici;

1.22. Məzmun – Platformada yerləşdirilən Suallar, Tapşırıqlar, testlər, İzahlar, mətnlər, qrafik elementlər, Nəticə və Göstərici görünüşləri, Liderlər lövhəsi məlumatları, XP və müəllim və ya digər İstifadəçi tərəfindən əlavə edilən materiallar da daxil olmaqla digər əlaqəli informasiya;

1.23. Ödəniş xidməti təchizatçısı – tətbiq olunan qanunvericiliyə uyğun olaraq ödəniş xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olan, İstifadəçiyə ödəniş xidmətləri göstərən və Platformaya inteqrasiya oluna bilən bank, ödəniş təşkilatı, elektron pul təşkilatı və ya digər hüquqi şəxs;

1.24. Həssas ödəniş məlumatları – tətbiq olunan qanunvericiliyə uyğun olaraq fırıldaqçılıq əməliyyatları üçün istifadə oluna bilən və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarını da əhatə edən ödəniş məlumatları;

1.25. Nağdsız ödəniş – Platformaya inteqrasiya olunmuş Ödəniş xidməti təchizatçısının infrastrukturu üzərindən ödəniş kartı və ya digər uyğun ödəniş aləti ilə həyata keçirilən ödəniş;

1.26. Əlaqə kanalları – Platformada və ya Şirkət tərəfindən göstərilən rəsmi əlaqə vasitələri, o cümlədən elektron poçt, telefon, WhatsApp və digər uyğun kommunikasiya vasitələri.

2. Xidmətlərin təsviri

2.1. Platforma şagirdlərə sinif və fənn uyğunluğuna əsaslanan rəqəmsal tədris təcrübəsi təqdim edir. Platforma öyrənmə prosesini daha rahat, maraqlı və ardıcıl etmək üçün müxtəlif funksiyalar təqdim edir. Bu funksiyalar, aktiv olan istifadəçi növündən və mövcud məhsul axınından asılı olaraq, aşağıdakıları əhatə edə bilər:

2.1.1. qeydiyyat zamanı Şagird tərəfindən və ya Valideyn tərəfindən övlad üçün uyğun sinfin seçilməsi, yaxud Müəllim kimi qeydiyyatdan keçilməsi;

2.1.2. seçilmiş sinfə uyğun fənn və mövzuların təqdim edilməsi, ən zəif olan fənni seçmə imkanı;

2.1.3. mərhələli suallar, testlər, izahlar və tapşırıqlar vasitəsilə oyun şəklində öyrənmə prosesinin qurulması;

2.1.4. övladın nəticələrinin, statistik göstəricilərinin, aktivliyinin və inkişaf dinamikasının izlənilməsi bildirişlər və platforma üzərindən birbaşa;

2.1.5. istifadəçinin güclü tərəflərinin və əlavə diqqət tələb edən mövzularının müəyyənləşdirilməsi;

2.1.6. müəllim tərəfindən ev tapşırıqlarının, summativ xarakterli tapşırıqların və digər tədris fəaliyyətlərinin təyin edilməsi;

2.1.7. müəllim tərəfindən davamiyyətin və sinif üzrə ümumi göstəricilərin izlənilməsi;

2.1.8. valideynlərə (və ya onları əvəz edən şəxslərə) övladın fəaliyyəti, nəticələri və irəliləyişi barədə izləmə imkanlarının təqdim edilməsi;

2.1.9. liderlər lövhəsi, XP, ardıcıllıq, rəqəmsal sertifikatlar, hədiyyələr və digər həvəsləndirmə xarakterli funksiyaların təqdim edilməsi;

2.1.10. plan kateqoriyaları üzrə fərqli istifadə imkanlarının yaradılması;

2.1.11. Platforma daxilində və ya əlaqəli interfeyslərdə bildiriş, dəstək və kommunikasiya imkanlarının təqdim edilməsi.

2.2. Platformada görünən bütün bölmələr, siniflər, fənlər, planlar və funksiyalar bütün istifadəçilər kateqoriyasına uyğun olaraq fərqlilik təşkil edir.

2.3. Şirkət məhsul yenilənməsi, təhlükəsizlik, texniki uyğunluq, test rejimi, sinif səviyyəsi, fənn mövcudluğu, istifadəçi rolu və ya digər əsaslarla hər hansı funksiyanı əlavə etmək, məhdudlaşdırmaq, dəyişdirmək və ya dayandırmaq hüququnu özündə saxlayır.

2.4. Platformada təqdim olunan nəticələr, göstəricilər, analitik görünüşlər, rəqəmsal sertifikatlar və digər həvəsləndirmə və ya izləmə funksiyaları dəstək xarakterlidir və ayrıca açıq şəkildə başqa cür göstərilmədikcə rəsmi qiymətləndirmə sənədi hesab edilmir.

3. Qeydiyyat və Profil

3.1. Platformadan istifadə üçün qeydiyyat zamanı Sizdən uyğun rolun seçilməsi və mobil nömrənin təqdim edilməsi tələb oluna bilər. Mövcud funksionallıqdan asılı olaraq biz Sizdən ad, soyad, əlaqə nömrəsi, elektron poçt ünvanı, Şagird üçün Sinif və Fənn seçimi və digər əlaqəli məlumatları istəyə bilərik. Hesabın təsdiqi və təhlükəsiz girişin təmin olunması məqsədilə OTP kodundan istifadə olunur. Təqdim etdiyiniz məlumatların bir hissəsi Profil bölməsində əks olunur.

3.2. Siz Profilinizdə təqdim etdiyiniz məlumatların düzgün, tam və aktual olmasına görə məsuliyyət daşıyırsınız. Platforma oyunlaşdırılmış rəqəmsal öyrənmə mühiti olduğuna görə, ad, soyad, Sinif və oxşar məlumatlar, qanunvericilikdə və ya təhlükəsizlik baxımından zəruri hallar istisna olmaqla, adətən Sizin və ya müvafiq hallarda Valideynin (və ya onu əvəz edən şəxsin) bəyanı əsasında qəbul edilir və bu məlumatların təsdiqi üçün ayrıca sənəd tələb olunmur.

3.3. İcazəsiz giriş şübhəsi, OTP kodunun üçüncü şəxsə ötürülməsi, cihazın itirilməsi və ya dələduzluq ehtimalı olduqda Siz dərhal bizə məlumat verməlisiniz. Biz təhlükəsizlik məqsədilə hesabı və ya Profilə çıxışı müvəqqəti məhdudlaşdıra, dayandıra və ya əlavə yoxlama tədbirləri tətbiq edə bilərik.

3.4. Şirkət şübhəli fəaliyyət, təhlükəsizlik riski, hesabdan sui-istifadə halları və ya bu Şərtlərin pozulması şübhəsi olduqda hesabı, Profili və ya müəyyən funksiyaları müvəqqəti məhdudlaşdırmaq və ya dayandırmaq hüququnu özündə saxlayır.

3.5. Siz hesabınızdakı və Profilinizdəki bəzi məlumatları Platforma üzərindən yeniləyə, düzəldə və ya hesabınızı silə bilərsiniz. Hesabın silinməsi, qanunvericiliklə saxlanması tələb olunan məlumatlar istisna olmaqla, Profilin deaktiv edilməsi və fərdi məlumatların müvafiq qaydada silinməsi proseduruna uyğun icra olunur.

3.6. Biz mübahisələrin araşdırılması, təhlükəsizlik, texniki diaqnostika və qanuni tələblərin icrası məqsədilə sistem qeydlərini, audit qeydlərini və digər əlaqəli məlumatları zəruri hallarda 5 (beş) ilədək müddətə saxlaya bilərik.

3.7. Platformadan istifadə edən yetkinlik yaşına çatmayan şəxslərlə bağlı münasibətlər Azərbaycan Respublikasının tətbiq olunan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

3.8. On dörd yaşı tamam olmamış Şagirdlə bağlı hesabın yaradılması, Şərtlərin qəbulu, ödənişli Plana qoşulma, valideyn əlaqəsinin qurulması və digər hüquqi əhəmiyyətli hərəkətlər, qanunvericilikdə yol verilən hallar istisna olmaqla, Valideyn (və ya onu əvəz edən şəxs) tərəfindən həyata keçirilməlidir.

3.9. On dörd yaşından on səkkiz yaşınadək Şagirdlərin Platformadan istifadəsi zamanı, qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda, müvafiq Valideynin (və ya onu əvəz edən şəxsin) razılığı tələb oluna bilər.

3.10. Yetkinlik yaşına çatmayan İstifadəçi ilə bağlı hesab yaradan, onu Platformaya əlavə edən, onun adından Plan seçən, ödəniş edən və ya Platformadan istifadəsinə razılıq verən şəxs bunun üçün kifayət qədər qanuni əsasının olduğunu bəyan edir və buna görə məsuliyyət daşıyır.

3.11. Biz yalnız zəruri hallarda, o cümlədən yaş, razılıq, qəyyumluq, himayəçilik və ya digər nümayəndəlik əsasları ilə bağlı əsaslı şübhə yarandıqda əlavə məlumat və ya sənəd tələb edə bilərik.

3.12. Valideynə və ya Sinif otağına qoşulma üçün yaradılan linklər yalnız təyinatı üzrə istifadə olunmalı, üçüncü şəxslərlə nəzarətsiz paylaşılmamalı və icazəsiz istifadə üçün açıq saxlanılmamalıdır.

4. Ödəniş qaydası

4.1. Platforma Ödənişsiz plan və ödənişli Planlar əsasında təqdim olunur. Hər bir Plan üzrə mövcud Məzmun, funksionallıq, istifadə həddi, müddət və digər şərtlər Platformada ayrıca göstərilə bilər. Siz, başqa cür açıq şəkildə nəzərdə tutulmadıqda, qüvvədə olan Planınızın müddəti bitdikdən sonra digər Plana keçə bilərsiniz.

4.2. Bu Şərtlərdə, Platformada və ya geri qaytarma qaydalarında ayrıca başqa qayda göstərilmədikcə, icra olunmuş ödənişlər sondur və Planlar Sizin faktiki istifadə intensivliyinizdən asılı olmayaraq dondurulmur.

4.3. Ödənişsiz plan məhdud həcmdə istifadə üçün nəzərdə tutulur. Biz Ödənişsiz plan üzrə mövcud Məzmunu, limitləri və funksionallığı müəyyən etmək, dəyişdirmək və ya məhdudlaşdırmaq hüququnu özümüzdə saxlayırıq.

4.4. Ödənişsiz plan üzrə tətbiq olunan limitin başa çatması və ya əlavə imkanlara ehtiyac yaranması halında, Sizə ödənişli Plana, o cümlədən Pro plana keçid təklif oluna bilər.

4.5. Pro plan aylıq, 3 (üç) aylıq və ya illik əsasda təqdim oluna bilər. Pro planın müddəti, qiyməti, əhatə dairəsi, yenilənmə qaydası və digər tətbiq olunan şərtlər Platformada ayrıca göstərilir. Pro planın yenilənməsi avtomatik və ya müddət başa çatdıqdan sonra deaktiv olunma prinsipi ilə tətbiq oluna bilər. Avtomatik yenilənmə yalnız Platformada açıq şəkildə göstərildikdə və Siz bunu qəbul etdikdə tətbiq edilir.

4.6. Ödənişli Planlar üzrə ödənişlər Nağdsız ödəniş qaydasında həyata keçirilir. Nağdsız ödənişlər Platformaya inteqrasiya olunmuş Ödəniş xidməti təchizatçısının infrastrukturu üzərindən icra olunur. Biz ödəniş xidməti göstərən tərəf kimi çıxış etmirik; Platforma yalnız ödənişin başlanması, Sizə ödəniş interfeysinin təqdim edilməsi və ödəniş statusunun hesabda əks etdirilməsi üçün texniki imkan yaradır.

4.7. Siz ödənişləri həyata keçirərkən müvafiq Ödəniş xidməti təchizatçısının ayrıca şərtlərinə, autentifikasiya tələblərinə və texniki qaydalarına da tabe ola bilərsiniz.

4.8. Biz Həssas ödəniş məlumatlarını toplamır və saxlamırıq. Belə məlumatların emalı müvafiq Ödəniş xidməti təchizatçısı tərəfindən həyata keçirilir. Biz yalnız ödənişin icrası üçün zəruri texniki məlumatları və ödəniş statusunu emal edə bilərik.

4.9. Biz Planların Məzmununu, funksionallığını, müddətini, qiymətlərini, o cümlədən aylıq, 3 (üç) aylıq və illik Pro plan seçimlərini, habelə yenilənmə qaydalarını istənilən vaxt yeniləyə bilərik. Əldə olunmuş Plan, başqa cür göstərilmədikdə, onun müddəti başa çatanadək istifadə olunur. Dəyişikliklər əsasən gələcək dövrlərə tətbiq edilir.

4.10. Ödəniş uğurla tamamlandıqdan sonra müvafiq Plan və ya ödənişli funksionallıq hesabınızda aktivləşdirilir. Texniki nasazlıq və ya inteqrasiya gecikməsi olduqda aktivləşmə müəyyən müddət gecikə bilər.

5. Geri qaytarma qaydası

5.1. Siz Pro plan üzrə ödənişin həyata keçirildiyi tarixdən etibarən 14 (on dörd) təqvim günü ərzində geri qaytarma tələbi ilə müraciət edə bilərsiniz, bu şərtlə ki, ödənişli xidmət faktiki istifadə edilməmiş olsun.

5.2. Bu Şərtlər baxımından faktiki istifadə edilməmiş xidmət dedikdə, ödənişli Plan çərçivəsində təqdim olunan əlavə funksionallığa, əlavə Məzmuna və ya ödənişli üstünlüklərə mahiyyəti üzrə giriş əldə olunmaması və onlardan istifadə edilməməsi nəzərdə tutulur. Biz bunu Platforma qeydləri, istifadə tarixçəsi və digər texniki göstəricilər əsasında qiymətləndirə bilərik.

5.3. Geri qaytarma müraciəti Əlaqə kanalları vasitəsilə təqdim edilə bilər.

5.4. Əgər müraciət 14 (on dörd) təqvim günü ərzində təqdim olunubsa və xidmət faktiki istifadə edilməyibsə, ödənilmiş məbləğin geri qaytarılması məsələsi Şirkət tərəfindən nəzərdən keçirilir və həll olunur.

5.5. Əgər ödənişli xidmət faktiki istifadə edilibsə və ya müraciət 14 günlük müddət keçdikdən sonra təqdim olunubsa, geri qaytarma avtomatik hüquq kimi tətbiq edilmir. Bununla belə, Siz yenə də Əlaqə kanalları vasitəsilə müraciət edə bilərsiniz və müraciət ayrıca qaydada qiymətləndirilə bilər.

6. Tərəflərin məsuliyyəti

6.1. Siz Xidmətlərdən istifadə edərkən aşağıdakı öhdəlikləri qəbul edirsiniz:

6.1.1. Platformadan yalnız qanunvericiliyə uyğun və bu Şərtlərdə göstərilən qaydalar çərçivəsində istifadə etmək;

6.1.2. qeydiyyat və istifadə zamanı təqdim etdiyiniz məlumatların düzgün, tam və aktual olmasını təmin etmək;

6.1.3. digər İstifadəçilərlə ünsiyyətdə etik və hörmətli davranmaq, təhqir, təhdid, qərəzli və ya qeyri-etik davranışlara yol verməmək;

6.1.4. Platformanın texniki təhlükəsizliyini poza biləcək hərəkətlərdən, o cümlədən hack, sistem boşluğu istismarı, scraping, avtomatlaşdırılmış müdaxilə və oxşar hərəkətlərdən çəkinmək;

6.1.5. digər İstifadəçilərin hüquqlarını, müəlliflik hüquqlarını, məxfiliyini və tətbiq olunan qanunvericiliyi pozmamaq;

6.1.6. OTP kodunu, giriş məlumatlarını və Sinif otağına giriş linklərini üçüncü şəxslərlə ehtiyatsız şəkildə paylaşmamaq.

6.2. Bu bölmədə nəzərdə tutulmuş tələblərə əməl edilmədikdə, biz xəbərdarlıq etmək, Məzmunu silmək, hesabı və ya müəyyən funksiyaları məhdudlaşdırmaq və ya dayandırmaq, zəruri hallarda isə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikik.

6.3. Siz hesabınızın təhlükəsizliyinə, OTP kodlarının məxfiliyinə və istifadə etdiyiniz cihaza nəzarətə görə məsuliyyət daşıyırsınız. OTP kodunun və ya giriş məlumatlarının üçüncü şəxsə ötürülməsi nəticəsində yaranan risklər Sizin məsuliyyətinizdədir.

6.4. Tərəflər öz təqsiri nəticəsində yaranmış birbaşa zərərə görə tətbiq olunan qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

6.5. Biz Platformanın texniki işləkliyini təmin etmək üçün ağlabatan tədbirlər görsək də, internet bağlantısı, cihaz, üçüncü tərəf inteqrasiyası, Ödəniş xidməti təchizatçısı və ya digər kənar səbəblərdən yaranan fasilələrə görə, qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqca, məsuliyyət daşımırıq.

6.6. Şirkətin məsuliyyəti təqdim etdiyi Xidmətlərin həcmi ilə məhdudlaşır. Platforma oyunlaşdırılmış rəqəmsal öyrənmə mühiti təqdim edir və biz Platformada təqdim olunan Məzmunun istifadəsi nəticəsində əldə edilməyən akademik nəticələrə, məktəb qiymətlərinə, attestasiya nəticələrinə və ya digər rəsmi qiymətləndirmə göstəricilərinə görə məsuliyyət daşımırıq.

7. Məxfilik və Fərdi məlumatlar

7.1. Biz İstifadəçilərin fərdi məlumatlarının qorunmasını prioritet hesab edir və bu sahədə qüvvədə olan qanunvericiliyə uyğun fəaliyyət göstəririk.

7.2. Qeydiyyat və istifadə zamanı Sizdən ad, soyad, əlaqə nömrəsi, elektron poçt ünvanı, doğum tarixi (daxil edildikdə), istifadəçi rolu, Sinif, Fənn seçimi, ödənişlə bağlı texniki məlumatlar və mövcud funksionallıqdan asılı olaraq digər əlaqəli məlumatlar əldə oluna bilər. Bu məlumatların bir hissəsi Profil bölməsində əks oluna bilər.

7.3. Ad, soyad, Sinif və oxşar məlumatlar əsasən Sizin və ya müvafiq hallarda Valideynin (və ya onu əvəz edən şəxsin) təqdim etdiyi məlumatlar əsasında emal olunur. Qanunvericilikdə və ya təhlükəsizlik baxımından zəruri hallar istisna olmaqla, bu məlumatların təsdiqi üçün ayrıca sənəd tələb olunmur.

7.4. Toplanılan məlumatlardan yalnız Xidmətlərin göstərilməsi, təkmilləşdirilməsi, təhlükəsizliyin təmin olunması, texniki diaqnostika, analitika və qanunvericilikdən irəli gələn öhdəliklərin icrası məqsədilə istifadə edilir.

7.5. İstifadəçilərin fərdi məlumatlarla bağlı hüquqları tətbiq olunan qanunvericiliyə uyğun olaraq qorunur. Siz öz fərdi məlumatlarınızla bağlı qanunvericilikdə nəzərdə tutulan hüquqlardan istifadə edə bilərsiniz

7.6. Bu Şərtləri qəbul etməklə Siz, qanunvericiliyin tələb etdiyi həddə, Xidmətlərin göstərilməsi, təkmilləşdirilməsi və təhlükəsizliyinin təmin olunması məqsədilə Sizə aid fərdi məlumatların işlənilməsinə razılıq verdiyinizi təsdiqləyirsiniz.

7.7. Fərdi məlumatların emalı, saxlanılması, ötürülməsi, silinməsi və digər əlaqəli məsələlər barədə daha ətraflı qaydalar ayrıca Məxfilik Siyasətində müəyyən edilir.

7.8. Biz fərdi məlumatları qanunvericiliklə yol verilən hallar istisna olmaqla satmırıq və onları yalnız qanuni əsaslar və zəruri məqsədlər çərçivəsində üçüncü şəxslərlə paylaşırıq.

7.9. Xidmət bildirişləri, təhlükəsizlik bildirişləri və hesabla bağlı digər vacib məlumatlandırmalar Sizə elektron poçt, SMS, tətbiqdaxili bildiriş və ya digər uyğun əlaqə vasitələri ilə göndərilə bilər. Marketinq xarakterli məlumatlandırmalar isə tətbiq olunan qanunvericiliyin tələb etdiyi hallarda ayrıca razılıq əsasında göndərilir.

7.10. Məxfilik və məlumatların qorunması barədə daha ətraflı məlumat üçün ayrıca Məxfilik Siyasətinə baxa bilərsiniz.

8. Əqli mülkiyyət və müəlliflik hüquqları

8.1. Platforma, Platformanın adı, loqosu, interfeys elementləri, dizayn həlləri, proqram təminatı, məlumat bazası strukturu, Platformanın arxitekturası, Şirkət tərəfindən hazırlanmış və ya qanuni əsaslarla əldə edilmiş Suallar, Tapşırıqlar, İzahlar, analitik görünüşlər, Liderlər lövhəsi, XP və digər əlaqəli Məzmun, başqa cür açıq şəkildə göstərilmədikcə, müstəsna mülkiyyətimizdədir və ya müvafiq hüquq sahiblərinə məxsusdur. Bu hüquqlar tətbiq olunan müəlliflik hüququ, əmtəə nişanı, kommersiya sirri və digər əqli mülkiyyət qanunvericiliyi ilə qorunur.

8.2. Biz sizə Platformadan və onun vasitəsilə təqdim olunan Məzmundan yalnız şəxsi istifadə məqsədləri üçün məhdud, qeyri-müstəsna, geri götürülə bilən və üçüncü şəxslərə ötürülə bilməyən istifadə hüququ veririk. Bu istifadə hüququ Platforma və ya onun hər hansı hissəsi üzərində mülkiyyət hüququ yaratmır. Bu Şərtlərdə Sizə açıq şəkildə verilməyən bütün hüquqlar bizim tərəfimizdən saxlanılır.

8.3. Siz Platformadakı Məzmunu bizim əvvəlcədən yazılı razılığımız olmadan tam və ya qismən çoxalda, yayımlaya, paylaşa, üçüncü şəxslərə ötürə, sata, başqa platformada yerləşdirə, dəyişdirə, uyğunlaşdıra, lisenziyalaşdıra, kommersiyalaşdıra, törəmə məhsul yarada və ya hər hansı kommersiya məqsədi ilə istifadə edə bilməzsiniz. Eyni qayda Platformanın proqram təminatına, strukturuna, dizaynına və funksional həllərinə də şamil olunur.

8.4. Siz Platformadan istifadə zamanı müəlliflik hüquqlarına, əmtəə nişanı hüquqlarına, məxfilik və fərdi məlumatların qorunması ilə bağlı tələblərə, habelə tətbiq olunan digər qanunvericiliyə riayət etməlisiniz. Sizə məxsus olmayan və ya istifadəsi üçün lazımi hüquqi əsasınız olmayan heç bir Məzmunu Platformaya yerləşdirə, paylaşa və ya başqa şəkildə istifadəyə verə bilməzsiniz.

8.5. Müəllim və ya digər İstifadəçi tərəfindən Platformaya yerləşdirilən materiallar üzrə hüquqlar, qanunvericilik və ayrıca razılaşma çərçivəsində, həmin şəxsdə qala bilər. Bununla belə, belə materialların Platformada yerləşdirilməsi ilə Siz bizə həmin materialları Platformanın fəaliyyəti, saxlanılması, göstərilməsi, emalı, texniki uyğunlaşdırılması, ehtiyat nüsxələnməsi və Xidmətlərin təqdim edilməsi məqsədləri üçün qeyri-müstəsna, əvəzsiz, geri götürülə bilən olmayan və Platformanın fəaliyyəti üçün zəruri həcmdə istifadə etmək hüququ verirsiniz.

8.6. Platformada əks olunan Sualların və Tapşırıqların bir hissəsi bizim tərəfimizdən hazırlanmış, digər hissəsi isə qanunvericiliklə nəzərdə tutulan qaydada müəlliflərdən, tərəfdaşlardan və ya digər hüquq sahiblərindən əldə edilmiş ola bilər. Bu baxımdan, konkret Məzmun vahidi üzrə hüquqi status ayrıca qiymətləndirilə bilər. Müəlliflik hüququ ilə bağlı hər hansı mübahisə yarandıqda, müvafiq Məzmunun bizim tərəfimizdən yaradıldığı, yoxsa müqavilə və ya digər hüquqi əsasla əldə olunduğu ayrıca araşdırılır.

8.7. Müəlliflik hüquqlarının, əmtəə nişanlarının və digər əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı əsaslı şübhə, iddia və ya müraciət olduqda, biz mübahisəli Məzmunu silmək, ona çıxışı məhdudlaşdırmaq, aidiyyəti hesabı müvəqqəti dayandırmaq və ya digər zəruri tədbirlər görmək hüququnu özümüzdə saxlayırıq.

8.8. Bu bölmənin tələblərinin pozulması Platformadan istifadənin məhdudlaşdırılması və ya dayandırılması, habelə tətbiq olunan qanunvericiliyə uyğun digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər.

9. Qaydalarımıza dəyişiklik

9.1. Şirkət bu Şərtlərə istənilən vaxt dəyişiklik və əlavələr edə bilər. Əhəmiyyətli dəyişikliklər barədə İstifadəçilərə ən azı 5 (beş) gün əvvəl Platformadaxili Bildiriş, elektron poçt və/və ya digər Əlaqə kanalları vasitəsilə məlumat verilə bilər.

9.2. Dəyişikliklər qüvvəyə mindikdən sonra Platformadan istifadəni davam etdirmək yenilənmiş Şərtlərin qəbul edilməsi kimi şərh olunur. İstifadəçi yenilənmiş Şərtlərlə razı deyilsə, Platformadan istifadəni dayandırmaq və hesabını silmək hüququna malikdir.

9.3. İstifadəçinin Platformadan istifadəni dayandırması və ya hesabını silməsi artıq icra edilmiş ödənişlərin geri qaytarılmasını avtomatik təmin etmir.

10. Fors-major

10.1. Qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, epidemiyalar, pandemiyalar, embarqolar, dövlət və hökumət orqanlarının qərarları, hərəkətləri və hərəkətsizliyi və s.), yəni fors-major hallar, nəticəsində bu Şərtlər üzrə öhdəliklərin yerinə yetirilməsi mümkün olmadıqda, Şirkət və İstifadəçi onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, bu şərtlə ki, həmin hallar Şərtlər üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun.

10.2. Fors-major halına istinad edən tərəf həmin halın baş verdiyi tarixdən etibarən 10 (on) təqvim günü ərzində digər tərəfi yazılı qaydada (o cümlədən elektron əlaqə vasitələri ilə) məlumatlandırmalı, mümkün olduqda fors-major halının xarakterini, təsirini və ehtimal olunan müddətini göstərməlidir. Digər tərəfin tələbi olduqda, fors-major halını təsdiq edən səlahiyyətli orqanın sənədi təqdim edilə bilər. Bu Şərtlərdə nəzərdə tutulmuş məlumatlandırma öhdəliyini yerinə yetirməyən tərəf fors-major halına istinad etmək hüququnu itirir.

10.3. Fors-major hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf məhkəməyə müraciət etmədən, digər tərəfi 2 (iki) həftə öncədən yazılı qaydada məlumatlandıraraq, Şərtlərə birtərəfli qaydada xitam verə bilər.

10.4. Fors-major hallar səlahiyyətli hakimiyyət orqanının qərarı ilə yazılı qaydada təsdiqlənməlidir.

10.5. Tibbi, ailəvi problemlər və İstifadəçi ilə əlaqədar digər fərdi hallar fors-major hesab olunmur.

11. Qanunsuz istifadənin qadağan edilməsi

11.1. İstifadəçilər Platformadan heç bir halda qanunsuz məqsədlər, o cümlədən çirkli pulların yuyulması, vergidən yayınma, terrorçuluğun maliyyələşdirilməsi, fırıldaqçılıq və digər hüquqa zidd fəaliyyətlər üçün istifadə etməyəcəklər.

11.2. Platformadan istifadə zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə, aidiyyəti beynəlxalq müqavilələrə və normativ-hüquqi aktlara riayət olunmalıdır.

11.3. Şirkət və ya onun nümayəndələri İstifadəçinin Platformadan qanunsuz məqsədlərlə istifadə etdiyini bildikdə, ehtimal etdikdə və ya əsaslı şübhəyə malik olduqda, bu barədə müvafiq dövlət orqanlarını məlumatlandırmaq hüququna və qanuni öhdəliyinə malikdir.

11.4. İstifadəçi təsdiq və bəyan edir ki, Platformadan istifadə etməklə qanunvericiliyi pozmur və Platformadan yalnız qanuni məqsədlərlə istifadə edir.

12. Tətbiq edilən qanunvericilik və mübahisələrin həlli

12.1. Bu Şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.

12.2. Bu Şərtlərin hər hansı müddəasının etibarsız və ya icraedilməz hesab edilməsi digər müddəaların etibarlılığına təsir göstərmir.

12.3. Bu Şərtlərdən irəli gələn mübahisələr əvvəlcə danışıqlar yolu ilə həll edilməyə çalışılır. Razılıq əldə edilmədikdə mübahisəyə Azərbaycan Respublikasının aidiyyəti üzrə məhkəmələrində baxılır.

13. Yekun müddəalar

13.1. Şərtlərin qəbul edilməsi tərəflər arasında mülki hüquqi münasibətlərin, o cümlədən Platformadan istifadə ilə bağlı müqavilə münasibətlərinin yaranması kimi qiymətləndirilir.

13.2. Qeydiyyatdan keçən və ya Platformadan faktiki istifadə edən hər bir şəxs bu Şərtlərin bütün müddəalarını qeyd-şərtsiz qəbul etmiş hesab olunur.

13.3. Bu Şərtlərdə istifadə olunan terminlər və anlayışlar cəmdə və ya təkdə istifadə edilməsindən asılı olmayaraq, kontekstdən başqa hal irəli gəlmədikdə, eyni mənanı daşıyır.

13.4. Bu Şərtlər Xidmətlərdən istifadə ilə bağlı tam razılaşmanı əks etdirir və həmin predmet üzrə əvvəlki şifahi və ya yazılı razılaşmaları, təqdimatları və ya bəyanatları əvəz edir.

13.5. Bu Şərtlərin hər hansı müddəasının icraedilməz və ya etibarsız olduğu aşkar edilərsə, həmin müddəa zəruri minimum həddə məhdudlaşdırılacaq və ya tətbiq olunmayacaq, Şərtlərin qalan müddəaları isə tam qüvvədə qalacaqdır.

14. Əlaqə kanalları

© 2026 Dapti