2-ci sinif Azərbaycan dili BSQ 2: sınaq sualları və cavabları

Bu səhifədə 2-ci sinif Azərbaycan dili fənnindən BSQ 2 üçün 20 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə BSQ-nın əhatə etdiyi mövzular fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Uyğunluğu müəyyən edin.
    1 -- gözlə görünən varlıqlar
    2 -- gözlə görünməyən varlıqlar
    a. arzu
    b. meşə
    c. hörmət
    d. çiçək

    1. A.1 -- a, b; 2 -- c, d
    2. B.1 -- b, d; 2 -- a, c
    3. C.1 -- a, c; 2 -- b, d
  2. Verilmiş sözlərdən təkdə olanların əvvəlinə "T", cəmdə olanların əvvəlinə "C" yazılarsa, hansı bənd doğru olar?

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  3. Aşağıdakı cümlədə hansı sözdən sonra vergül işarəsi qoyulmalıdır?
    Kamal çox savadlı ağıllı oğlandır.

    1. A.ağıllı
    2. B.savadlı
    3. C.çox
  4. Qəhrəmanlara pislik edirlər, adətən, xarici görünüşləri qorxunc olur:

    1. A.müsbət obrazlar
    2. B.mənfi obrazlar
    3. C.baş qəhrəman
  5. Verilmiş cümlədə icraçı hansıdır?
    Pilot təyyarəni təhlükəsiz əraziyə düşürdü.

    1. A.ərazi
    2. B.təyyarə
    3. C.pilot
  6. Hansı cümlədə hərəkət icra olunmur?

    1. A.Qatara çatmaq üçün sürətlə qaçdım.
    2. B.Avtobus bu dayanacaqda dayanmır.
    3. C.Axşam yeməkdən sonra çay içdik.
  7. Cümlədə hansı simvolla göstərilmiş söz icraçıdır?

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  8. Başqalarından heç bir gözləntiniz olmasın. Ən böyük güc sizsiniz. Özünüzə arxayın olun, amma özünüzü də heç kimdən üstün tutmayın. Mətnin mövzusunu seçin.

    1. A.özünə güvənmək
    2. B.hörmətcil olmaq
    3. C.insanlara kömək etmək
  9. Hansı bənddə dırnaq işarəsi düzgün qoyulmamışdır?

    1. A.Anam tapşırdı: "Otağını səliqəli saxla".
    2. B.Tülkü dedi: "Qarğa qardaş, gəl dost olaq".
    3. C.Qardaşım həvəslə danışdı: Böyüyəndə pilot olacağam.
  10. Ayaz istəmədən dostunun xətrinə dəydi. O, dostuna hansı ifadəni söyləməlidir?

    1. A.Minnətdaram!
    2. B.Üzr istəyirəm!
    3. C.Çox sağ ol!
  11. Atalar sözünü oxuyun və nə demək istədiyini seçin.
    "Tələsən təndirə düşər".

    1. A.Tələsən adam tez qalib gələr.
    2. B.Tələsən insan səhv edə bilər.
    3. C.Təndirdə çörək hazırlayırlar.
  12. Hansı bənddə yalnız həqiqi mənalı birləşmələr verilmişdir?

    1. A.acı bibər, acı təcrübə
    2. B.iti bıçaq, iti baxış
    3. C.işıqlı lampa, işıqlı salon
  13. Sıra sayları olan bəndi seçin.

    1. A.az, çox, xeyli
    2. B.min, yüz, altmış
    3. C.əllinci, yüzüncü, üçüncü
  14. Uyğunlaşdırın.

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  15. Hansı bənddə uyğunluq pozulmuşdur?

    1. A.100-ci
    2. B.90-cı
    3. C.4-cü
  16. Aşağıdakı cümlədə müraciət bildirən söz hansıdır? Nənə, bu nağılın sonu necə bitir?

    1. A.bitir
    2. B.nağıl
    3. C.nənə
  17. Hansı bənddəki söz yalnız böyük hərflə yazılır?

    1. A.Şamaxı
    2. B.Yasəmən
    3. C.İnci
  18. Hansı cümlədə hiss, həyəcan bildirən söz işlənmişdir?

    1. A.Aaa, gör kim gəlib?
    2. B.Çox pis oldu, çox.
    3. C.Görəsən, o bu gün gələcək?
  19. Hansı cümlədə altından xətt çəkilmiş söz müraciət bildirir?

    1. A.Bağban bütün çiçəklərinə sevgi ilə baxır.
    2. B.Şübhəsiz, sənin dediklərin doğrudur.
    3. C.Kitablarını anlayaraq oxu, Zəhra.
  20. Hansı cümlədə altından xətt çəkilmiş söz hiss, həyəcan bildirir?

    1. A.Ayaqqabım köhnəldiyi üçün yenisini aldım.
    2. B.Sinifdə ən sürətli qaçan mənəm.
    3. C.Of, hava çox istidir!

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin