BSQ testləri: böyük summativ qiymətləndirməyə hazırlıq

Yarımilin sonunda uşaq bir neçə bölmənin mövzularını bir yoxlamada göstərməlidir. Sinfi seçin və övladınızla evdə qarışıq suallarla təkrar edin: hər sualın cavabı və izahı var.

BSQ nədir və KSQ-dan nə ilə fərqlənir?

Böyük summativ qiymətləndirmə (BSQ) yarımilin sonunda yazılan yoxlama işidir. KSQ bir bölməni yoxlayırsa, BSQ yarımil ərzində keçilən bütün bölmələri bir yerdə yoxlayır: riyaziyyatda hesablama ilə ölçü vahidləri, Azərbaycan dilində mətnlə qrammatika eyni vərəqdə ola bilər.

Uşaq üçün çətinlik də buradadır. Bölmə yoxlamasında hansı qaydanın lazım olduğu bəllidir, BSQ-da isə sualı oxuyub hansı mövzuya aid olduğunu özü tanımalıdır. Qarışıq suallarla məşq bu bacarığı yaxşı inkişaf etdirir.

Yarımilin qiymətinə KSQ-larla yanaşı BSQ-nin nəticəsi də təsir edir. Bu səhifədəki BSQ testləri rəsmi material deyil, dərslik mövzularına uyğun hazırlanmış məşq suallarıdır.

Hər sinifdən qarışıq BSQ nümunəsi

Hər sinif üçün üç fəndən bir neçə sual, BSQ-da olduğu kimi qarışıq. Sinfin öz səhifəsində hər fəndən daha çox sual var.

2-ci sinif

  1. Yandakı cədvəldə fermada yaşayan heyvanlar verilmişdir. Cədvələ əsasən fermada yaşayan heyvanların ayaqlarının sayı nə qədərdir?

    Sualın şəkli
    1. A.36
    2. B.32
    3. C.31
  2. Camal ilə Orxan C nöqtəsində görüşəcəklər. Orxan Camaldan neçə metr çox yol gedəcək?

    Sualın şəkli
    1. A.11 m
    2. B.9 m
    3. C.7 m
  3. Hansı cümlədə altından xətt çəkilmiş söz hiss, həyəcan bildirir?

    1. A.Ayaqqabım köhnəldiyi üçün yenisini aldım.
    2. B.Sinifdə ən sürətli qaçan mənəm.
    3. C.Of, hava çox istidir!
  4. Hansı söz yalnız kökdən ibarətdir?

    1. A.qələm
    2. B.dənizçi
    3. C.uşaqlıq
  5. What is it?

    Sualın şəkli
    1. A.snack
    2. B.pizza
    3. C.hamburger
  6. Choose the correct variant.

    Sualın şəkli
    1. A.doll
    2. B.ship
    3. C.ball
  7. Choose the correct answer.Is it a yo-yo?

    1. A.Yes, is not.
    2. B.Yes, it is.
    3. C.Yes, is it.
    4. D.Yes, it is not.

Daha çox sual sinfin səhifəsində və tətbiqdədir

Sinif səhifələrində hər fəndən 10-a yaxın sual var. Dapti tətbiqində isə I və II yarımil üzrə ümumiləşdirici tapşırıqların tam dəstləri var.

Tətbiqdə davam edin

BSQ-ya iki həftəlik sakit hazırlıq

  1. 1

    Yarımilin bölmələrini yazın

    Dərsliyin mündəricatından yarımil ərzində keçilən bölmələri ayırın. Hər gün birinə qısa təkrar edin, son iki gün isə qarışıq suallara saxlayın.

  2. 2

    Unudulanı tapın

    Qarışıq sualların hansında uşaq duruxur, o bölməni qeyd edin. Adətən ilin əvvəlində keçilən mövzular daha çox unudulur.

  3. 3

    Çətin olanı izahla təkrar edin

    Alınmayan sualın izahını birlikdə oxuyun, iki-üç gün sonra oxşar sualı uşaq bir də özü həll etsin.

Yarımilin təkrarı tətbiqdə hazırdır

Dapti tətbiqində hər bölmənin tapşırıqları və yarımil üzrə ümumiləşdirici dəstlər var. Tapşırıqlar uşağın cavablarına uyğunlaşır, siz isə həftəlik hesabatda hansı bölmələrin hələ təkrar istədiyini görürsünüz.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Valideynlərin tez-tez verdiyi suallar

BSQ ilə KSQ arasında fərq nədir?

KSQ bir bölmə bitəndə həmin bölmənin mövzularından yazılır. BSQ yarımilin sonunda keçirilir və yarımil ərzində keçilən bütün bölmələri bir yerdə yoxlayır. Ona görə BSQ-da mövzular qarışıq gəlir və uşaq hansı qaydanın lazım olduğunu özü tanımalıdır.

BSQ ildə neçə dəfə olur?

Hər yarımilin sonunda bir dəfə: birincisi adətən qış tətilindən əvvəl, ikincisi dərs ilinin sonunda. Dəqiq tarixi məktəb elan edir, müəllimdən və ya gündəlikdən öyrənə bilərsiniz.

BSQ testləri rəsmi suallardır?

Xeyr. Bu səhifədəki BSQ testləri Dapti-nin dərsliklərin mövzularına uyğun hazırladığı məşq suallarıdır. Məktəbdə veriləcək sualları məktəb özü hazırlayır, onları heç kim əvvəlcədən bilmir.

BSQ-ya hazırlığa nə vaxt başlamaq yaxşıdır?

Yoxlamadan iki həftə əvvəl başlamaq rahatdır: hər gün bir bölmədən qısa təkrar. Uşaq il boyu KSQ-lara hazırlaşıbsa, BSQ-dan əvvəl əsas iş unudulmuş mövzuları tapıb təzələməkdir.

Bütün sualları görmək pulsuzdur?

Bu səhifədəki və sinif səhifələrindəki nümunə suallar hər kəs üçün açıqdır. Tam dəstlər Dapti tətbiqindədir, tətbiqi pulsuz sınaq müddəti ilə başlaya bilərsiniz.

Yarımilin bütün bölmələri bir yerdə

Dapti tətbiqində ümumiləşdirici tapşırıqlar, hər sualın izahı və sizin üçün həftəlik hesabat.