1-ci sinif riyaziyyat KSQ 1: sınaq sualları və cavabları

Bu səhifədə 1-ci sinif riyaziyyat fənnindən KSQ 1 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Bu dəstdə hansı mövzular var

Suallar bu mövzulardandır. Məktəbdə hansı mövzuların keçildiyinə baxıb uyğun dəsti seçin.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. 36-dan başlayaraq geriyə doğru dörd-dörd ritmik saydım. 5-ci söylədiyim ədəd neçədir?

    1. A.24
    2. B.20
    3. C.28
  2. 4A ədədinin rəqəmləri cəmi 9-a bərabərdir. Buna əsasən A ədədi ilə 7-nin cəmi neçədir?

    1. A.13
    2. B.14
    3. C.12
  3. 8-12-ci sualları şəklə görə cavablandırın. Günay 6 karandaş, 2 kitab və 4 dəftər almaq istəyir. Nə qədər pula ehtiyacı var?

    Sualın şəkli
    1. A.2 manat
    2. B.1 manat
    3. C.3 manat
  4. Bir mağazada ətəyin qiyməti papağın qiymətindən 5 manat çoxdur. Papaq 12 manatdır. Bu mağazadan ətək alan Arzu satıcıya 20 manat verdi. Buna əsasən satıcı Arzuya neçə manat pul qaytarmalıdır?

    1. A.3
    2. B.4
    3. C.5
  5. Ömərin 4 qarışı bir addıma bərabərdir. Ömərin 12 addımı neçə qarış olar?

    1. A.49
    2. B.48
    3. C.50
  6. 8 eyni çəkidə olan soğan 2 kq olarsa, tərəzinin tarazlıqda olması üçün boş gözə neçə soğan qoyulmalıdır?

    Sualın şəkli
    1. A.12
    2. B.13
    3. C.14
  7. Hansı qabın maye tutumu daha azdır?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  8. Yarım saatda 10 cümlə oxuyan Nəzrin bir saatda neçə cümlə oxumuş olar?

    1. A.15
    2. B.10
    3. C.20
  9. 18-dən başlayaraq iki-iki ritmik sayarkən 6-cı saymada hansı ədəd deyilər?

    1. A.30
    2. B.26
    3. C.28
  10. Ən böyük ikirəqəmli cüt ədədi onluq və təklik qruplarına ayırın.

    1. A.9 onluq 9 təklik
    2. B.9 onluq 8 təklik
    3. C.9 onluq 7 təklik
  11. Yarısı 9 manat olan pulumun 4 manatını xərclədim. Neçə manat pulum qaldı?

    1. A.15
    2. B.14
    3. C.16
  12. Toğrul irəliyə doğru dörd-dörd sayanda 4-cü ədədi 36 demişdi. Buna görə Toğrul saymağa hansı ədəddən başlamışdır?

    1. A.20
    2. B.28
    3. C.24
  13. Verilənlərdən hansının uzunluğunu xətkeşlə ölçmək olmaz?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  14. Qoyunun çəkisi 14 kiloqramdır, quzu isə qoyundan 10 kiloqram yüngüldür. Qoyun və quzunun çəkiləri cəmi neçə kiloqramdır?

    1. A.15 kq
    2. B.18 kq
    3. C.17 kq
  15. Şəkildəki qabı ən tez hansı ilə boşaltmaq olar?

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin