1-ci sinif riyaziyyat KSQ 8: sınaq sualları və cavabları

Bu səhifədə 1-ci sinif riyaziyyat fənnindən KSQ 8 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Hansı bənddəki misalın nəticəsi 12-dən 3 vahid böyük ədədə bərabərdir?

    1. A.8 + 6
    2. B.7 + 5
    3. C.6 + 9
  2. 6-nın ikiqatından kiçik, 2-nin ikiqatından böyük neçə cüt ədəd var?

    1. A.3
    2. B.2
    3. C.5
  3. Təklik mərtəbəsi 4, onluq mərtəbəsi 1 olan ədəddən 5 vahid böyük olan ədəd neçədir?

    1. A.19
    2. B.20
    3. C.21
  4. Hansı misalda fərq 13-dən sonra gələn ədədə bərabərdir?

    1. A.16 - 4
    2. B.18 - 4
    3. C.12 - 1
  5. Azalan 1 onluq 4 təklikdən ibarət olan ədəd, çıxılan isə ikiqatı 12 olan ədəd olarsa, fərq neçə olar?

    1. A.6
    2. B.7
    3. C.8
  6. Verilmiş misalda fərqdən 8 vahid böyük olan ədədi tapın. 17 - 9

    1. A.16
    2. B.12
    3. C.14
  7. 9 dənə fındığım var idi. 2 dənəsini yedim, 6 dənəsini anama verdim. Neçə fındığım qaldı?

    1. A.2
    2. B.3
    3. C.1
  8. Arif futbolda 8 qol, Akif 5 qol, Rauf isə 2 qol atdı. Uşaqlar futbolda cəmi neçə qol atdılar?

    1. A.15
    2. B.16
    3. C.18
  9. Lalə səhər 4, günorta 5, axşam isə 8 nağıl oxudu. Lalə bir gündə cəmi neçə nağıl oxudu?

    1. A.18
    2. B.19
    3. C.17
  10. 4-ün ikiqatından əvvəl gələn ədədlə 8-in cəmi neçədir?

    1. A.15
    2. B.16
    3. C.17
  11. Modellə verilmiş ədəddən 2-dən 5 vahid böyük olan ədəd qədər kiçik olan ədədi tapın.

    Sualın şəkli
    1. A.11
    2. B.15
    3. C.12
  12. Hansı misalın nəticəsi modellə verilmiş ədəddən sonra gələn ədədə bərabərdir?

    Sualın şəkli
    1. A.14 - 9
    2. B.12 - 4
    3. C.15 - 6
  13. Babəkin 15 dənə alması var idi. Almaların 3 dənəsini Arzuya verdi. Anası isə Babəkə 7 alma daha verdi. Babəkin neçə alması oldu?

    1. A.19
    2. B.20
    3. C.21
  14. Verilmiş çıxma əməllərinin cavablarının cəmini tapın.

    Sualın şəkli
    1. A.13
    2. B.16
    3. C.18
  15. Hansı ədəd üçlüyü doğrudur?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin