Mətnin planı. Qafiyə: 1-ci sinif Azərbaycan dili tapşırıqları

Bu səhifədə 1-ci sinif Azərbaycan dili fənnindən «Mətnin planı. Qafiyə» mövzusu üzrə 5 nümunə sual var. Sualları övladınızla birlikdə oxuyun, sonra cavabı və izahı yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 9 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. Hansı biri mətnin planına aid ola bilməz?
    Tülkü meşədə gəzərkən küləyin təsiri ilə budaqların vurduğu nağaradan gələn qorxulu səsi eşitdi. İçində ət və yağ olduğunu sanıb nağaranı parçaladı, amma içinin boş olduğunu gördü və dedi: "Deməli, ən çox səs salan və iri görünən şeylərin içi boş olurmuş".

    1. A.Budaqların nağaraya dəyməsi
    2. B.Nağaranın ağacdan asılması
    3. C.Tülkünün əti yeməsi
  2. Şeirdə hansı sözlər qafiyələnmişdir?
    Bahar eylədikcə naz,
    Elin kefi olur saz.
    Əkir, biçir həvəslə,
    Deyir: -- Var ol, gözəl yaz!
    (A.Şaiq)

    1. A.naz, saz, gözəl
    2. B.bahar, olur, var
    3. C.naz, saz, yaz
  3. Hadisələrin başvermə ardıcıllığına əsasən hansı bənd doğrudur?

    Sualın şəkli
    1. A.1, 2, 3
    2. B.2, 3, 1
    3. C.3, 1, 2
  4. Hekayəni planına əsasən hansı ilə tamamlamaq olmaz?
    Nazlı məktəbdən evə qayıdarkən yolda balaca bir pişik gördü. Yazıq pişiyin ayağı yaralanmışdı. Nazlı onu qucağına alıb evə tərəf addımlamağa başladı.

    1. A.Anası Nazlını öpərək oyatdı.
    2. B.Qapıda onu bacısı qarşıladı.
    3. C.Evin qarşısında atası ilə qarşılaşdı.
  5. Verilmiş şeirdə hansı misralar qafiyələnmişdir?
    Yaşıllaşır dağ, yamac,
    Bəzək vurur hər ağac.
    Dərə, təpə, çöl, çəmən
    Çiçəklərdən qoyur tac.

    1. A.1, 2, 3
    2. B.2, 3, 4
    3. C.1, 2, 4

Tətbiqdə bu mövzu üzrə 9 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Ümumiləşdirici tapşırıqlar», sonra «Yer adlarının yazılışı. Sözlərin yazılışı» gəlir.

  1. Bu səhifəMətnin planı. Qafiyə

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər