Şeir, nağıl: 1-ci sinif Azərbaycan dili tapşırıqları

Bu səhifədə 1-ci sinif Azərbaycan dili fənnindən «Şeir, nağıl» mövzusu üzrə 5 nümunə sual var. Sualları övladınızla birlikdə oxuyun, sonra cavabı və izahı yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 9 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. Bu hekayədə danışılan hadisələr hansı ayda baş verə bilər?
    Havalar soyuduğu üçün səbirsizliklə qarın yağmasını gözləyirdim. Hər səhər erkəndən qalxıb pəncərədən baxırdım. Artıq ümidimi kəsmişdim ki, bir səhər oyanıb hər tərəfin qarla örtülü olduğunu gördüm və çox sevindim. Dostlarımla bağçamızda qardan adam düzəltdik, oynadıq.

    1. A.sentyabr
    2. B.yanvar
    3. C.avqust
  2. Verilmiş şeirə aid olan təsviri seçin.
    İyun sevimli aydır,
    Xoş gəlib deyir hamı...
    İlk günü uşaqların
    Müdafiə bayramı!
    (H.Ziya)

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  3. Şeirə ən uyğun ad hansıdır?
    Üzümlər şirinləşir,
    Əncirlərdən axır bal.
    Bağbanlar bol meyvəni
    Yığmağa tapır macal.
    (Z.Cabbarzadə)

    1. A.Payız
    2. B.Yay
    3. C.Qış
  4. Mətndə altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar?
    Zəhra və Leyla parkda meyvə yeyirdilər. Onlara baxan bir qızcığaza da meyvələrindən verdilər. Qız sevindi. Paylaşmaq gözəl xüsusiyyətdir.

    1. A.bölüşmək
    2. B.toplamaq
    3. C.saxlamaq
  5. Mətnə uyğun başlıq hansıdır?
    Havalar soyuduğu üçün səbirsizliklə qarın yağmasını gözləyirdim. Hər səhər erkəndən qalxıb pəncərədən baxırdım. Artıq ümidimi kəsmişdim ki, bir səhər oyanıb hər tərəfin qarla örtülü olduğunu gördüm və çox sevindim. Dostlarımla bağçamızda qardan adam düzəltdik, oynadıq.

    1. A.Qarın zərəri
    2. B.Yazın gəlişi
    3. C.Qar sevinci

Tətbiqdə bu mövzu üzrə 9 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Ümumiləşdirici tapşırıqlar», sonra «Yaxınmənalı sözlər» gəlir.

  1. Bu səhifəŞeir, nağıl

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər