İkirəqəmli ədədlərin fərqi: 2-ci sinif riyaziyyat tapşırıqları

Bu səhifədə 2-ci sinif riyaziyyat fənnindən «İkirəqəmli ədədlərin fərqi» mövzusu üzrə 5 nümunə sual var. Övladınız əvvəl özü hesablasın, sonra cavabı birlikdə yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 24 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. 78-dən A ədədini çıxdıqda fərqdə 28-dən 11 vahid kiçik ədəd alınır. A-nı tapın.

    1. A.61
    2. B.63
    3. C.57
  2. Səma pulqabısındakı 27 qəpiyə qələm, 31 qəpiyə isə karandaş almaq istəyir. Səma pulqabısına baxdıqda orada 46 qəpiyin olduğunu gördü. İstədiyi əşyaları almaq üçün Səmanın neçə qəpiyi çatmır?

    1. A.10 qəp
    2. B.15 qəp
    3. C.12 qəp
  3. 3 onluq 5 təklikdən ibarət olan ədəddən 2 onluq 3 təklik kiçik olan ədəd neçədir?

    1. A.23
    2. B.12
    3. C.31
  4. Həm onluqları, həm də təklikləri 5 olan ədədi 34 vahid azaltsaq, fərq neçə olar?

    1. A.21
    2. B.31
    3. C.25
  5. Səbətdə bir neçə göbələk var idi. Səbətə əvvəlcə 14, sonra isə 13 göbələk qoydular. Bundan sonra səbətdə 59 göbələk oldu. Əvvəlcə səbətdə neçə göbələk var idi?

    1. A.33
    2. B.43
    3. C.32

Tətbiqdə bu mövzu üzrə 24 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Onluqların çıxılması», sonra «Ümumiləşdirici tapşırıqlar» gəlir.

  1. Bu səhifəİkirəqəmli ədədlərin fərqi

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər