Ümumiləşdirici tapşırıqlar: 3-cü sinif Azərbaycan dili tapşırıqları

Bu səhifədə 3-cü sinif Azərbaycan dili fənnindən «Ümumiləşdirici tapşırıqlar» mövzusu üzrə 5 nümunə sual var. Sualları övladınızla birlikdə oxuyun, sonra cavabı və izahı yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 24 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. Hansı mürəkkəb sözlər səhv yazılmışdır?

    Sualın şəkli
    1. A.1, 2
    2. B.2, 3
    3. C.1, 3
    4. D.2, 4
  2. Hansı cümlədə altından xətt çəkilmiş söz böyük hərflə yazılmalıdır?

    1. A.Ramin basketbolçu olmaq istəyirdi.
    2. B.Göyqurşağı çox gözəl görünür.
    3. C.Tətildə şahdağa gedəcəyik.
    4. D.Onun vüqarını heç kim sındıra bilmirdi.
  3. Hansı cümlədə mürəkkəb söz işlənməmişdir?

    1. A.Biz arabir çay kənarına gedirik.
    2. B.Hər bir ölkənin öz adət-ənənəsi var.
    3. C.Bakı günü-gündən gözəlləşir.
    4. D.Merkuri Günəşə ən yaxın planetdir.
  4. Verilmiş şeirdə sətirlər neçə heca ilə yaranmışdır?
    Quşlara daş atmayın,
    Quşlar hürkər, uçarlar.
    O şirin mahnıları
    Birdən yarımçıq qalar.
    (A.Səhhət)

    1. A.6
    2. B.7
    3. C.8
    4. D.9
  5. Aşağıdakılardan hansı faktdır?

    1. A.Kür çayının sahilində gəzdik.
    2. B.Çiçəklərdən çələng hördük.
    3. C.Bakı dünyanın ən gözəl şəhərlərindəndir.
    4. D.Kür çayının uzunluğu 1515 km-dir.

Tətbiqdə bu mövzu üzrə 24 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Xüsusi isimlərin yaranması», sonra «I yarımil üzrə ümumiləşdirici tapşırıqlar» gəlir.

  1. Bu səhifəÜmumiləşdirici tapşırıqlar

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər