Qalıqlı bölmə: 3-cü sinif riyaziyyat tapşırıqları

Bu səhifədə 3-cü sinif riyaziyyat fənnindən «Qalıqlı bölmə» mövzusu üzrə 5 nümunə sual var. Övladınız əvvəl özü hesablasın, sonra cavabı birlikdə yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 29 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. 26 qələm 4 qələmqabıya bərabər yerləşdirildi. Qalan qələmlər isə digər qələmqabıya qoyuldu. Sonuncu qələmqabıda neçə qələm oldu?

    1. A.0
    2. B.1
    3. C.2
    4. D.3
  2. Şəkildəki bölmə əməlində simvolun yerinə hansı ədəd olmalıdır?

    Sualın şəkli
    1. A.10
    2. B.9
    3. C.6
    4. D.8
  3. 62 kq arpa 8 torbaya bərabər bölüşdürülür. Buna əsasən, neçə torba dolar və neçə kiloqram arpa artıq qalar?

    1. A.5 kq artıq qalır6 tam torba alınır
    2. B.6 kq artıq qalır7 tam torba alınır
    3. C.7 kq artıq qalır7 tam torba alınır
    4. D.8 kq artıq qalır7 tam torba alınır
  4. Dayımın 34 manat pulu var idi. O, 1 kiloqramının qiyməti 3 manat olan almadan ən çox neçə kiloqram ala bilər?

    1. A.9 kq
    2. B.7 kq
    3. C.10 kq
    4. D.11 kq
  5. Bölən 5, natamam qismət 8, qalıq 4 olarsa, bölünəni tapın.

    1. A.41
    2. B.42
    3. C.43
    4. D.44

Tətbiqdə bu mövzu üzrə 29 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Üçrəqəmli ədədin birrəqəmli ədədə vurulması», sonra «İkirəqəmli ədədin birrəqəmli ədədə bölünməsi» gəlir.

  1. Bu səhifəQalıqlı bölmə

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər