Məcaz-fikrin təsirli ifadəsi. Sözün leksik və qrammatik mənası: 4-cü sinif Azərbaycan dili tapşırıqları

Bu səhifədə 4-cü sinif Azərbaycan dili fənnindən «Məcaz-fikrin təsirli ifadəsi. Sözün leksik və qrammatik mənası» mövzusu üzrə 5 nümunə sual var. Sualları övladınızla birlikdə oxuyun, sonra cavabı və izahı yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 24 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. Verilmiş cümlədə altından xətt çəkilmiş sözlə bağlı hansı fikir səhvdir?
    Bu gün hava çox soyuqdur.

    1. A.Xəbərdir.
    2. B.Sifətdir.
    3. C.Necədir? sualına cavab verir.
    4. D.İndiki zaman formasındadır.
  2. Hansı ifadəni həm həqiqi, həm də məcazi mənada düşünmək olar?

    1. A.coşqun dəniz
    2. B.ağır adam
    3. C.yumşaq çörək
    4. D.dumanlı fikir
  3. Hansı sözlərin həm leksik, həm də qrammatik mənası var?

    1. A.və, amma
    2. B.lakin, çünki
    3. C.geniş, hava
    4. D.kimi, üçün
  4. "Daş" sözü hansı sözlə birləşsə, məcazi mənalı birləşmə yaranar?

    1. A.ev
    2. B.yol
    3. C.ürək
    4. D.hasar
  5. Hansı cümlədəki bütün sözlərin həm leksik, həm də qrammatik mənası var?

    1. A.Tətil olduğuna görə dostlarım üçün çox darıxmışam.
    2. B.Qardaşım güclü yaddaşı ilə hamını təəccübləndirdi.
    3. C.Meşədəki ən yaşlı heyvan xəstələnmişdi.
    4. D.Balaca uşaq parka getmək istədiyini dedi.

Tətbiqdə bu mövzu üzrə 24 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «I yarımil üzrə ümumiləşdirici tapşırıqlar», sonra «Esse nədir? Qoşma. Qoşmanın yazılışı» gəlir.

  1. Bu səhifəMəcaz-fikrin təsirli ifadəsi. Sözün leksik və qrammatik mənası

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər