Çoxrəqəmli ədədlər: 4-cü sinif riyaziyyat tapşırıqları

Bu səhifədə 4-cü sinif riyaziyyat fənnindən «Çoxrəqəmli ədədlər» mövzusu üzrə 5 nümunə sual var. Övladınız əvvəl özü hesablasın, sonra cavabı birlikdə yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 14 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. Sözlərlə yazılışı "dörd yüz altı min beş yüz qırx yeddi" olan ədəddə ən çox təkrar olunan rəqəm neçədir?

    1. A.0
    2. B.6
    3. C.4
    4. D.7
  2. Sözlərlə yazılışı "beş yüz qırx üç min yüz otuz altı" olan ədədin təkrar olunan rəqəmlərinin mərtəbə qiymətlərinin cəmi neçədir?

    1. A.3300
    2. B.3030
    3. C.3003
    4. D.303
  3. Hansı bənddəki ədədin sözlərlə yazılışı səhv verilmişdir?

    1. A.23817 \ iyirmi üç min səkkiz yüz on yeddi
    2. B.30624 \ otuz min altı yüz iyirmi dörd
    3. C.42320 \ dörd yüz iyirmi üç min üç yüz
    4. D.17199 \ on yeddi min yüz doxsan doqquz
  4. 637405 ədədinin yüzlük mərtəbə vahidinin sayını 2 vahid artırıb, yüzminlik mərtəbə vahidinin sayını 3 vahid azaltsaq, yeni yaranan ədəd neçə olar?

    1. A.337605
    2. B.337604
    3. C.337606
    4. D.337607
  5. Altmış yeddi min qırx altı Sözlərlə yazılışı verilən ədəd aşağıdakılardan hansıdır?

    1. A.67064
    2. B.76046
    3. C.67046
    4. D.67067

Tətbiqdə bu mövzu üzrə 14 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Yekun qiymətləndirmə», sonra «Müqayisə və sıralama» gəlir.

  1. Bu səhifəÇoxrəqəmli ədədlər

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər