Dəyişən və dəyişməyən xərclər: 4-cü sinif riyaziyyat tapşırıqları

Bu səhifədə 4-cü sinif riyaziyyat fənnindən «Dəyişən və dəyişməyən xərclər» mövzusu üzrə 5 nümunə sual var. Övladınız əvvəl özü hesablasın, sonra cavabı birlikdə yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 15 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. 7 m yun parça və 9 m sətinə 232 manat verdilər. 1 m sətin 4 manat olarsa, 1 m yun parça neçə manatdır?

    1. A.19 man
    2. B.28 man
    3. C.17 man
    4. D.23 man
  2. Vəfa qiyməti 720 manat olan kompüter almaq istədi. Mağaza bu kompüteri 9 ayda məbləğin 18 \dfrac{1}{8} hissəsi qədər əlavə pul ödəməyi təklif etdi. Vəfa bunun üçün ümumilikdə mağazaya nə qədər pul ödəməlidir?

    1. A.840 man
    2. B.890 man
    3. C.810 man
    4. D.900 man
  3. Alıcının 130 manat pulu var. O, bazarda mağazadakından 6 dəfə çox pul xərclədi. Alıcının 11 manat pulu qalıbsa, bazarda neçə manat pul xərcləmişdir?

    1. A.117 man
    2. B.98 man
    3. C.102 man
    4. D.100 man
  4. Əli dayı birini 2 manat 50 qəpiyə aldığı 160 kitabı 2 manata satırsa, Əli dayı cəmi neçə manat zərər edir?

    1. A.80
    2. B.70
    3. C.75
    4. D.83
  5. Cədvəl üzrə dəyişməyən xərclərin məbləği neçə manatdır?

    Sualın şəkli
    1. A.29 man
    2. B.74 man
    3. C.95 man
    4. D.118 man

Tətbiqdə bu mövzu üzrə 15 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Pullarla hesablamalar», sonra «Ümumiləşdirici tapşırıqlar» gəlir.

  1. Bu səhifəDəyişən və dəyişməyən xərclər

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər