Ədədi ifadələr: 4-cü sinif riyaziyyat tapşırıqları

Bu səhifədə 4-cü sinif riyaziyyat fənnindən «Ədədi ifadələr» mövzusu üzrə 5 nümunə sual var. Övladınız əvvəl özü hesablasın, sonra cavabı birlikdə yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 12 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. Verilmiş ifadənin nəticəsi hansı bənddə doğru göstərilmişdir?

    Sualın şəkli
    1. A.549
    2. B.327
    3. C.483
    4. D.438
  2. Bir qutuda 2, digərində isə bundan 3 dəfə çox şirniyyat bağlaması var. Bir bağlamanın kütləsi 300 q olarsa, iki bağlamada cəmi neçə qram şirniyyat olar? Məsələnin həllinə uyğun ifadə hansıdır?

    1. A.(2 + 2) ×\times 300
    2. B.(2 + 2 ×\times 3) ×\times 300
    3. C.(2 ×\times 3 - 2) ×\times 300
    4. D.2 ×\times 3 + 2 ×\times 300
  3. Çıxma əməlində azalan 52634, fərq isə 18547 olarsa, çıxılanın 2 qatını tapın.

    1. A.56582
    2. B.68174
    3. C.48575
    4. D.68542
  4. İfadənin cavabının doğru olması üçün mötərizə işarəsi hansı bənddə doğru qoyulmuşdur? 60 - 32 + 16 ÷\div 4 + 4 = 52

    1. A.60 - (32 + 16) ÷\div 4 + 4
    2. B.60 - 32 + (16 ÷\div 4) + 4
    3. C.60 - 32 + 16 ÷\div (4 + 4)
    4. D.(60 - 32) + 16 ÷\div 4 + 4
  5. Tədbirə 48 müəllim gəldi. Onların bir hissəsi 7 nəfərlik 4 masaya, qalanları isə 5 nəfərlik masalara əyləşdilər. Müəllimlərin əyləşdiyi 5 nəfərlik masaların sayı nə qədərdir?

    1. A.3
    2. B.4
    3. C.5
    4. D.6

Tətbiqdə bu mövzu üzrə 12 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Ümumiləşdirici tapşırıqlar», sonra «Dəyişəni olan ifadələr» gəlir.

  1. Bu səhifəƏdədi ifadələr

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər