Məsələlər: 4-cü sinif riyaziyyat tapşırıqları

Bu səhifədə 4-cü sinif riyaziyyat fənnindən «Məsələlər» mövzusu üzrə 5 nümunə sual var. Övladınız əvvəl özü hesablasın, sonra cavabı birlikdə yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 13 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. 50 kq-lıq bir kisə kömür 24 manatdır. 1 ton kömür alan Sənan neçə manat ödəyər?

    1. A.460 manat
    2. B.470 manat
    3. C.480 manat
    4. D.485 manat
  2. Uzunluqları 65 sm, 90 mm və 8 m olan üç parça ip birləşdirilir. Yeni ipin uzunluğu neçə santimetrdir?

    1. A.865 sm
    2. B.824 sm
    3. C.874 sm
    4. D.774 sm
  3. Eni uzunluğunun yarısı olan düzbucaqlının perimetri 36 sm-dir. Bu düzbucaqlının uzunluğu neçə santimetrdir?

    1. A.12 sm
    2. B.24 sm
    3. C.6 sm
    4. D.8 sm
  4. Tərəfi 60 m olan kvadratşəkilli tarla ortadan bölünərək satılır. Qalan hissənin sahəsini tapın.

    1. A.1800 m2m²
    2. B.1900 m2m²
    3. C.1600 m2m²
    4. D.1920 m2m²
  5. Şahlar bir tərəfi 18 m olan bərabərtərəfli üçbucaqşəkilli parkın ətrafında fırlanmışdır. Buna görə Şahlar neçə metr yol getmişdir?

    1. A.46 m
    2. B.54 m
    3. C.52 m
    4. D.45 m

Tətbiqdə bu mövzu üzrə 13 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Həcm», sonra «Zaman» gəlir.

  1. Bu səhifəMəsələlər

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər