Payız tətili tapşırıqları: 5 gün, gündə 10 dəqiqə

Tətil istirahət üçündür, amma sentyabr və oktyabrda öyrənilənlər bir həftədə unudulmasın. Sinfi seçin: hər gün üçün riyaziyyat, Azərbaycan dili və ingilis dilindən 5 sual hazırdır, hər birinin cavabı və izahı ilə.

Plan necə qurulub

Hər sinif üçün beş gün var. Bir gün iki riyaziyyat, iki Azərbaycan dili və bir ingilis dili sualıdır, beşi də fərqli mövzulardan. Uşaq bir mövzuda ilişib qalmır, beş gündə isə ilin ilk bölmələrinin çoxuna bir dəfə toxunur.

Suallar ilin ilk iki ayında keçilən mövzulardandır: 1-ci sinifdə əşyaların yeri, 10-a qədər sayma və ilk hərflər, 4-cü sinifdə isə çoxrəqəmli ədədlər və frazeoloji birləşmələr kimi. Günlərin sualları bir-birini təkrarlamır.

Bu payız tətili tapşırıqları Dapti-nin dərslik mövzularına uyğun hazırladığı məşq suallarıdır, məktəbin rəsmi tapşırığı deyil. Müəllim tətil üçün iş veribsə, əvvəlcə onu edin, bu planı əlavə kimi işlədin.

Sinfi seçin, günü açın

Günün suallarını ekranda birlikdə həll edin və ya “Bu günü çap edin” düyməsi ilə vərəqə çıxarın. Çap vərəqində cavablar ən altdadır.

1-ci sinif

1-ci sinif, 1-ci gün

5 sual, təxminən 10 dəqiqə

Birinci gün sualları birlikdə oxuyun. Məqsəd hamısını düz tapmaq deyil, tətil günlərində də qısa bir məşqə alışmaqdır.

  1. Ardıcıllığı tamamlayın.
    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  2. Sanama sözünün heca sayı ilə hansı şəklin adının heca sayı eynidir?
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  3. Choose the correct answer. What colour is it?
    1. A.It is an eraser.
    2. B.It is red.
    3. C.It is a ruler.
  4. Soldan ikinci və dördüncü sıradakı ədədlərin cəmi neçədir?
    Sualın şəkli
    1. A.7
    2. B.5
    3. C.6
  5. Hansı şəkillərin adlarının baş hərfləri birləşib mənalı söz əmələ gətirir?
    Sualın şəkli
    1. A.2, 4, 5, 6
    2. B.1, 3, 5, 6
    3. C.1, 3, 4, 5

Tətildən sonra da gündə bir neçə dəqiqə

Dapti tətbiqində 1-4-cü siniflərin bütün bölmələri üçün qısa tapşırıqlar və hər sualın izahı var, tapşırıqlar uşağın cavablarına uyğunlaşır. Tətbiqi pulsuz sınaq müddəti ilə başlaya bilərsiniz.

Tətbiqdə davam edin

Payız tətili tapşırıqları ilə gündə 10 dəqiqə

  1. 1

    Vaxtı sabit edin

    Səhər yeməyindən sonra və ya gəzintidən qayıdanda, hər gün eyni vaxtda. Beş sual təxminən 10 dəqiqə çəkir, uşaq yorulmadan bitirir.

  2. 2

    Uşaq seçsin, siz yoxlayın

    “Cavaba bax” düzgün variantı göstərir. Alınmayan sualda “bir də baxaq” deyin və izahı birlikdə oxuyun.

  3. 3

    Yola çıxırsınızsa, çap edin

    Səfərə və ya qonaq getsəniz, günün vərəqini çap edin. Uşaq düzgün variantı dairəyə alsın, axşam vərəqin altındakı cavablarla yoxlayın.

Tətil bitəndə yeni bölmə başlayır

Dapti tətbiqində uşaq mövzu xəritəsi üzrə addım-addım irəliləyir, hər sualın izahı var. Siz isə həftəlik hesabatda hansı mövzuların hələ çətin olduğunu görürsünüz.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Valideynlərin tez-tez verdiyi suallar

Payız tətilində dərs etmək lazımdır?

Tətil ilk növbədə istirahətdir. Gündə 10 dəqiqəlik təkrar istirahətə mane olmur, amma ilk iki ayda öyrənilənlərin yaddan çıxmasına imkan vermir. Uşaq yorğundursa, həmin günü sabaha saxlayın.

Hər sinifdə hansı mövzulardan sual var?

İlin ilk bölmələrindən. 1-ci sinifdə sayma, ədədlərin müqayisəsi və ilk hərflər, 2-ci sinifdə ikirəqəmli ədədlərin toplanması və saitlər, 3-cü sinifdə üçrəqəmli ədədlər və sözlərin yazılışı, 4-cü sinifdə çoxrəqəmli ədədlər və frazeoloji birləşmələr. İngilis dilində ilin ilk dərslərinin sözləri var.

Payız tətili tapşırıqlarını çap etmək olar?

Bəli. Günü seçin və “Bu günü çap edin” düyməsini basın. Vərəqdə uşağın adı üçün yer, 5 sual və ən altda valideyn üçün cavablar olur. Çap pəncərəsində “PDF kimi saxla” seçsəniz, vərəqi telefonda da saxlaya bilərsiniz.

Uşaq hamısını bir gündə etmək istəsə?

İki günü birləşdirə bilər. Amma beş günə bölmək daha faydalıdır: bir neçə gün ardıcıl edilən qısa təkrar yadda bir dəfəlik uzun oturumdan daha yaxşı qalır.

Bu tapşırıqlar pulsuzdur?

Bu səhifədəki beş günün sualları hər kəs üçün açıqdır. Daha çox tapşırıq Dapti tətbiqindədir, tətbiqi pulsuz sınaq müddəti ilə başlaya bilərsiniz.

Tətil rahat keçsin, öyrənilənlər yerində qalsın

Tətildən sonra Dapti tətbiqində qısa tapşırıqlarla davam edin: hər sualın izahı var, siz də həftəlik hesabatı görürsünüz.