Nəzakətli ifadələr: ümumiləşdirici tapşırıqlar: 2-ci sinif Azərbaycan dili tapşırıqları

Bu səhifədə 2-ci sinif Azərbaycan dili fənnindən «Nəzakətli ifadələr: ümumiləşdirici tapşırıqlar» mövzusu üzrə 5 nümunə sual var. Sualları övladınızla birlikdə oxuyun, sonra cavabı və izahı yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 24 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. Atalar sözünü oxuyun və nə demək istədiyini seçin.
    "Tələsən təndirə düşər".

    1. A.Tələsən adam tez qalib gələr.
    2. B.Tələsən insan səhv edə bilər.
    3. C.Təndirdə çörək hazırlayırlar.
  2. Evimiz nə zaman gözəl olur? Təbii ki, ailəmizlə birlikdə olduğumuz zaman. Ailəmiz bizim xoşbəxtlik qaynağımızdır. Evimizdə anamız, atamız, bacı və qardaşlarımız varsa, o zaman bütün gözəlliklər bizimlədir. Mətnin mövzusu nədir?

    1. A.Vəzifələrimiz
    2. B.Xoşbəxtliyin qaynağı
    3. C.Ailəmiz və qohumlarımız
  3. Hansı atalar sözüdür?

    1. A.Biz təbiəti qorumalıyıq.
    2. B.Ağacları kəsməyi dayandırmalıyıq.
    3. C.Bağa baxarsan, bağ olar.
  4. "Nə əkərsən, onu da biçərsən".
    Verilən atalar sözü ilə eyni mənaya gələn atalar sözü hansıdır?

    1. A.Nə tökərsən aşına, o da çıxar qaşığına.
    2. B.İşləyən dəmir pas tutmaz.
    3. C.Saxla samanı, gələr zamanı.
  5. Pəncərədəki çiçəklər müəyyən vaxtlarda sulanmalıdır. Onların da bizim kimi qidalanmağa ehtiyacları vardır. Lazımı qədər sulanmasalar, quruyub ölərlər.
    Mətnin məzmununa aid olmayan cümlə hansıdır?

    1. A.Çiçəkləri sulamayın.
    2. B.Çiçəklərin qidalanmağa ehtiyacları var.
    3. C.Çiçəklər sulanmasalar, ölərlər.

Tətbiqdə bu mövzu üzrə 24 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Nəzakətli ifadələr», sonra «Sözün mənaları. Alqış» gəlir.

  1. Bu səhifəNəzakətli ifadələr: ümumiləşdirici tapşırıqlar

Bu mövzu başqa siniflərdə

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər