2-ci sinif riyaziyyat BSQ 1: sınaq sualları və cavabları

Bu səhifədə 2-ci sinif riyaziyyat fənnindən BSQ 1 üçün 20 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə BSQ-nın əhatə etdiyi mövzular fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. 4 addımım 2 metrdir. 24 addımım neçə metr olar?

    1. A.14 m
    2. B.11 m
    3. C.12 m
  2. Alma ilə armudun çəkisi bərabərdir. Buna əsasən 2 ədəd bananın kütləsi cəmi nə qədərdir?

    Sualın şəkli
    1. A.101
    2. B.50
    3. C.102
  3. 45 l su ilə neçə ədəd 9 litrlik vedrəni doldurmaq olar?

    1. A.10
    2. B.9
    3. C.5
  4. İndi saat 12:00-dır. 5 saat sonra saat neçə olacaq?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  5. Cahan 26 kq-dır. Zəhra ilə Cahanın çəkiləri cəmi 60 kq olarsa, Zəhranın çəkisi nə qədərdir?

    1. A.36 kq
    2. B.42 kq
    3. C.34 kq
  6. Camal ilə Orxan C nöqtəsində görüşəcəklər. Orxan Camaldan neçə metr çox yol gedəcək?

    Sualın şəkli
    1. A.11 m
    2. B.9 m
    3. C.7 m
  7. Ən kiçik ikirəqəmli ədədlə ən kiçik ikirəqəmli tək ədədi müqayisə edin.

    1. A.9 > 13
    2. B.8 < 12
    3. C.10 < 11
  8. 93, 14, 26, 35 ədədləri üçün aşağıdakı fikirlərdən hansı doğrudur?

    1. A.Azalan sıra ilə düzüldükdə ən sondakı ədəd 2 onluq 6 təklikdən ibarətdir.
    2. B.Artan sıra ilə düzüldükdə ilk ədəd 14-dür.
    3. C.Sıradakı hər bir ədəd digərindən 15 vahid kiçikdir.
  9. C + 9 = 34 bərabərliyində C-nin yerində hansı ədəd olmalıdır?

    1. A.26
    2. B.25
    3. C.22
  10. Cəmi ən kiçik olanı tapın.

    1. A.10+20
    2. B.40+4
    3. C.20+20
  11. Birinci toplanan A > 35 müqayisəsini ödəyən ən kiçik ədəd, ikinci toplanan 1 onluq 2 təklikdən ibarət olan ədəd olarsa, cəmi tapın.

    1. A.45
    2. B.43
    3. C.48
  12. Şəbnəmin anası Şəbnəmə 13 dilim alma və bundan 3-ün ikiqatı qədər çox portağal dilimi verdi. Şəbnəmin anası ona neçə portağal dilimi verdi?

    1. A.10
    2. B.12
    3. C.19
  13. Azalan 58 və 18 ədədlərinin fərqinə, çıxılan isə 25 və 15 ədədlərinin cəminə bərabərdir. Fərq neçədir?

    1. A.20
    2. B.10
    3. C.0
  14. 78-dən A ədədini çıxdıqda fərqdə 28-dən 11 vahid kiçik ədəd alınır. A-nı tapın.

    1. A.61
    2. B.63
    3. C.57
  15. Fikrimdə tutduğum ədəd 40 ilə 30-un fərqindən 10 vahid böyükdür. Fikrimdə tutduğum ədəd neçədir?

    1. A.10
    2. B.20
    3. C.50
  16. Bağda 38 armud, bundan 6 + 6 + 6 cəmi qədər az heyva və 11 gilas ağacı əkdilər. Bağda cəmi neçə ağac əkdilər?

    1. A.67
    2. B.69
    3. C.48
  17. Bölmə əməlində bölən 4-ün ikiqatı, bölünən 59-dan 11 vahid kiçik ədəddir. Qismət neçədir?

    1. A.5
    2. B.9
    3. C.6
  18. Samir alma ağacından 40 alma dərdi və almaları 8 səbətə bərabər sayda yığdı. Bu ifadəni təkrar çıxma ilə göstərin.

    1. A.40 - 8 - 8 - 8 - 8 - 8
    2. B.40 - 5 - 5 - 5 - 5 - 5
    3. C.40 - 16 - 16 - 8
  19. Rəqəmləri cəmi 8 olan ən böyük ikirəqəmli cüt ədəd hansıdır?

    1. A.71
    2. B.80
    3. C.62
  20. İki ədədin fərqi 20-dir. Çıxılan 27-dən 9 dəfə kiçik olarsa, azalan ilə 43-ün cəmi neçədir?

    1. A.64
    2. B.65
    3. C.66

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin