Dapti nədir?
Dapti 1-4-cü sinif şagirdləri üçün Azərbaycan kurikulumuna uyğun öyrənmə tətbiqidir. Uşaq riyaziyyat, Azərbaycan dili, İngilis dili və məntiq üzrə qısa tapşırıqlar həll edir, səhv edəndə izah görür, valideyn isə nəticələri izləyir.
Pulsuz sınağa başlayın
Son yenilənmə:


Qısa faktlar
Tətbiqin özündən və rəsmi sənədlərdən götürülmüş məlumatlar.
- Nədir
- İbtidai sinif üçün öyrənmə və məşq tətbiqi: uşağın səviyyəsinə uyğun qısa tapşırıqlar, izahlar və AI Müəllim dərsləri.
- Kim üçün
- 1-4-cü sinif şagirdləri (təxminən 6-10 yaş), onların valideynləri və müəllimləri.
- Siniflər
- 1, 2, 3 və 4-cü siniflər. Qeydiyyatda sinif seçilir.
- Fənlər
- Riyaziyyat, Azərbaycan dili, İngilis dili, Məntiq. Hər sinifdə açıq olan fənlər tətbiqdə göstərilir.
- Kurikulum
- Mövzular Azərbaycanın ibtidai sinif kurikulumuna uyğun, sinif və fənn üzrə düzülüb.
- Platformalar
- iPhone (App Store), Android (Google Play) və kompüterdə brauzer (dapti.az). İnternet bağlantısı lazımdır.
- Qiymət
- Dapti Pro: aylıq 10 AZN və ya 3 aylıq 24 AZN. 3 aylıq plan aylıq ödənişə görə 20% sərfəlidir. Bu qiymətlər dapti.az-da kartla ödəniş üçündür; App Store və Google Play-də qiymət mağazanın öz valyutası və cədvəli ilə göstərilir.
- Pulsuz sınaq
- Kart tələb olunmur. Sınaq bir fənndə Dapti Pro imkanlarını açır və 18 tapşırıq bitəndə və ya ilk tapşırıqdan 8 gün keçəndə (hansı əvvəl olsa) bitir.
- Dil
- Tətbiq Azərbaycan dilindədir.
- AI Müəllim
- Mövzunu səslə, addım-addım izah edən dərslər; dərsin içində qısa suallar var. Sınaqda seçilmiş fənndə, Dapti Pro ilə bütün fənlərdə açıqdır.
- Motivasiya
- Xal, sikkə, ardıcıl günlər və aylıq liderlər cədvəli; ayın ilk 3 yeri sertifikat alır.
- Valideyn üçün
- Valideyn panelində uşağın nəticələri və irəliləyişi görünür; SMS hesabat nəticələri tətbiqə girmədən çatdırır.
- Müəllim üçün
- Müəllim sinif yaradır, şagirdləri link ilə dəvət edir, ev tapşırığını son tarixlə verir; kimin təhvil verdiyi, orta nəticə və ən çox səhv edilən suallar görünür.
- Şirkət
- “Dapti” Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN 1703993581.
- Ünvan
- AZ1003, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 5
- Əlaqə
- support.app@dapti.az, telefon və WhatsApp +994 10 234 65 11.
Necə işləyir
- 1
Qeydiyyat
Telefon nömrəsi ilə hesab açılır, uşağın sinfi və fənni seçilir.
- 2
Qısa tapşırıqlar
Uşaq mövzu xəritəsində tapşırıqları ardıcıl həll edir. Səhv cavabdan sonra izah görür, mövzunun sonunda yoxlama testi var.
- 3
Nəticələr
Valideyn irəliləyişi valideyn panelində və SMS hesabatda görür, müəllim sinfin nəticələrini öz panelində.
Uşağın məlumatları necə qorunur
Məxfilik siyasətindən qısa xülasə.
- Bank kartı məlumatlarını Dapti toplamır və saxlamır: ödəniş inteqrasiya olunmuş ödəniş xidmətinin infrastrukturu ilə keçir.
- Uşaqlarla bağlı məlumatlar zərurilik, proporsionallıq və əlavə ehtiyatlılıq prinsipləri ilə işlənir.
- Şagirdin nəticələrinə giriş yalnız istifadəçinin rolu və tədris məqsədi üçün lazım olan həddə verilir.
- Şifrələr açıq mətndə saxlanılmır.
- Məlumatların silinməsini support.app@dapti.az ünvanına yazaraq tələb edə bilərsiniz.
- Saytda Google Analytics, Meta Pixel və Yandex Metrica kimi analitika alətləri işləyir; tam siyahı məxfilik siyasətindədir.
Tam mətn: Məxfilik siyasəti və İstifadəçi şərtləri.
Pulsuz sınaqla başlayın
Kart tələb olunmur. Sınaq bir fənndə Dapti Pro imkanlarını açır.

