Dapti haqqında tez-tez verilən suallar

Qiymət, pulsuz sınaq, siniflər, fənlər, valideyn hesabatı və müəllim imkanları haqqında qısa cavablar.

Pulsuz sınağa başlayın

Son yenilənmə:

Ümumi

Dapti nədir?

Dapti 1-4-cü sinif şagirdləri üçün Azərbaycan kurikulumuna uyğun öyrənmə tətbiqidir. Uşaq qısa tapşırıqlar həll edir, səhv edəndə izah görür, valideyn isə nəticələri izləyir.

Dapti hansı siniflər üçündür?

Dapti 1, 2, 3 və 4-cü sinif şagirdləri üçündür. Qeydiyyatda sinif seçilir və tapşırıqlar həmin sinfin mövzularına uyğun gəlir.

Dapti-də hansı fənlər var?

Dapti-də Riyaziyyat, Azərbaycan dili, İngilis dili və Məntiq var. Hər sinifdə açıq olan fənlər tətbiqdə göstərilir.

Dapti Azərbaycan məktəb proqramına uyğundurmu?

Bəli, mövzular Azərbaycanın ibtidai sinif kurikulumuna uyğun, sinif və fənn üzrə düzülüb.

Dapti hansı dildədir?

Tətbiq Azərbaycan dilindədir. İngilis dili fənni uşağa ingilis dilini öyrədir.

Qiymət və sınaq

Dapti pulludur?

Dapti-ni kartsız pulsuz sınaqla başlamaq olar. Sınaq bitəndən sonra davam etmək üçün Dapti Pro abunəsi lazımdır: aylıq 10 AZN və ya 3 aylıq 24 AZN.

Pulsuz sınaq necə işləyir?

Sınaq kartsızdır və bir fənndə Dapti Pro imkanlarını açır. 18 tapşırıq bitəndə və ya ilk tapşırıqdan 8 gün keçəndə (hansı əvvəl olsa) sınaq bitir.

Hansı planlar var?

Dapti Pro-nun iki planı var: aylıq 10 AZN və ya 3 aylıq 24 AZN. 3 aylıq plan aylıq ödənişə görə 20% sərfəlidir. App Store və Google Play-də qiymət mağazanın öz valyutası ilə göstərilir.

Dapti Pro-ya nə daxildir?

Dapti Pro ilə bütün fənlər və AI Müəllim dərsləri açılır. Pulsuz sınaqda bunlar yalnız seçilmiş bir fənndə açıqdır.

Abunəliyi necə ləğv etmək olar?

Kartla alınmış abunəliyi profildə istənilən vaxt ləğv etmək olar, giriş cari dövrün sonuna qədər qalır. App Store və ya Google Play ilə alınmış abunə həmin mağazanın abunəlik ayarlarından ləğv olunur.

Dapti telefonunuzda daha maraqlıdır

Dərslər, Dapti və bütün irəliləyiş tətbiqdə də eynidir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Uşaq üçün

Uşaq səhv edəndə nə olur?

Səhv cavabdan sonra Dapti düz cavabı və izahı göstərir. AI Müəllim dərslərində isə mövzu səslə, addım-addım izah olunur.

AI Müəllim nədir?

AI Müəllim mövzunu səslə, addım-addım izah edən dərslərdir. Dərsin içində uşaq qısa suallara cavab verir.

Dapti-də oyunlar var?

Bəli, tətbiqdə xal, sikkə, ardıcıl günlər və aylıq liderlər cədvəli var. dapti.az-da isə qeydiyyatsız oynanan pulsuz təhsil oyunları var: vurma cədvəli, yaddaş və məntiq oyunları.

Valideyn üçün

Valideyn uşağın nəticələrini necə görür?

Valideyn panelində uşağın nəticələri və irəliləyişi görünür. SMS hesabat nəticələri tətbiqə girmədən çatdırır.

Uşağın məlumatları necə qorunur?

Dapti bank kartı məlumatlarını toplamır və saxlamır, uşaqlarla bağlı məlumatları isə yalnız zəruri həcmdə işləyir. Şagirdin nəticələrinə giriş istifadəçinin rolu və tədris məqsədi ilə məhdudlaşır.

Hesabı və məlumatları silmək olar?

Bəli, məlumatların silinməsini support.app@dapti.az ünvanına yazaraq tələb edə bilərsiniz. Müraciətə qanunvericiliyə uyğun baxılır.

Müəllim üçün

Müəllimlər Dapti-dən necə istifadə edir?

Müəllim sinif yaradır, şagirdləri link ilə dəvət edir və ev tapşırığını son tarixlə verir. Paneldə kimin təhvil verdiyi, orta nəticə və ən çox səhv edilən suallar görünür.

Müəllim hesabı necə açılır?

Qeydiyyatda müəllim rolu seçilir və hesab telefon nömrəsi ilə açılır.

Texniki

Dapti hansı cihazlarda işləyir?

Dapti iPhone-da (App Store), Android telefonda (Google Play) və kompüterdə brauzerdə (dapti.az) işləyir.

Dapti internetsiz işləyir?

Xeyr, Dapti-dən istifadə üçün internet bağlantısı lazımdır.

Dəstək ilə necə əlaqə saxlamaq olar?

support.app@dapti.az ünvanına yazın və ya +994 10 234 65 11 nömrəsinə zəng edin; bu nömrə WhatsApp-da da işləyir.

Cavabı burada tapmadınız?

support.app@dapti.az ünvanına yazın, ya da tətbiqi pulsuz sınaqla özünüz yoxlayın.