4-cü sinif Azərbaycan dili KSQ 3: sınaq sualları və cavabları

Bu səhifədə 4-cü sinif Azərbaycan dili fənnindən KSQ 3 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Aşağıdakı hadisələri xronoloji ardıcıllıqla düzün:
    1.\ 15\ avqust\ 1992-ci ildə manat dövriyyəyə buraxıldı.
    2.\ 12\ noyabr\ 1995-ci ildə Konstitusiya qəbul edildi.
    3.\ 18\ oktyabr\ 1991-ci ildə müstəqillik elan olundu.
    4.\ 5\ fevral\ 1991-ci ildə dövlət bayrağı təsdiq edildi.

    1. A.2 - 4 - 1 - 3
    2. B.4 - 2 - 1 - 3
    3. C.4 - 3 - 1 - 2
    4. D.1 - 2 - 4 - 3
  2. Aşağıdakılardan hansı kitabla ümumi tanışlığa aid deyil?

    1. A.Kitabın üzlüyünə diqqət etmək
    2. B.Annotasiyanı oxumaq
    3. C.Müəllifin adını oxumaq
    4. D.İllüstrasiya və yarımbaşlıqlara baxmaq
  3. Cümlə üzvlərinin sualları hansı bənddə doğru ardıcıllıqla verilmişdir?
    Ana məktubu diqqətlə oxudu.

    1. A.Kim? nəyi? necə? nə etdi?
    2. B.Kim? nəyi? nə zaman? nə etdi?
    3. C.Nə? nəyi? necə? nə edir?
  4. Səhv fikri seçin.

    1. A.qışqırdı→ \rightarrow Nə etdi? sualına cavab verir, feili xəbər olur.
    2. B.qardaşıdır→ \rightarrow Kimdir? sualına cavab verir, ismi xəbər olur.
    3. C.parlaqdır→ \rightarrow Nə edir? sualına cavab verir, feili xəbər olur.
    4. D.artırır→ \rightarrow Nə edir? sualına cavab verir, feili xəbər olur.
  5. Bir çox əfsanə qəhrəmanlarının qeyri-adi xüsusiyyətləri və bacarıqları olur. Onlara nə deyilir?

    1. A.mifik obraz
    2. B.tarixi mənbə
    3. C.mühakimə
    4. D.annotasiya
  6. Hansı sözə yönlük halda bitişdirici samit əlavə olunur?

    1. A.körpə
    2. B.məktəb
    3. C.çiçək
    4. D.otaq
  7. Hansı cümlədəki fərqləndirilmiş ifadə ismi birləşmədir?

    1. A.
      Atası tamaşaya baxmağı qərara aldı.
    2. B.
      Uşaq hündür ağaca dırmaşdı.
    3. C.
      Uşaq qaçanda yerə yıxıldı.
    4. D.Dərsə hazırlaşan şagirdləri gözlədik.
  8. Hansı cümlədə mübtəda iştirak etmir?

    1. A.Bakı çox orijinal bir şəhərdir.
    2. B.Azərbaycan öz nefti ilə məşhurdur.
    3. C.Bu mübarizədə qalib gələcəyik.
    4. D.Bu gün möhkəm yağış yağdı.
  9. İsmi xəbərli cümləni seçin.

    1. A.Quşlar çəmənlikdə uçuşurdular.
    2. B.Müəllim birinci Kamili çağırdı.
    3. C.Muradgilin evləri məktəbə yaxındır.
    4. D.Uşaqlar sabah ekskursiyaya gedəcəklər.
  10. Cümlədəki üzvlərdən birinə aid olmayan sualı müəyyən edin.
    Hava bir azdan yağışlı olacaq.

    1. A.nə zaman?
    2. B.nə edəcək?
    3. C.hansı?
    4. D.necə?
  11. Cümlədəki əvəzlik haqqında hansı fikir doğrudur?
    Hamin şagird yarışda qalib oldu.

    1. A.Şəxs əvəzliyidir.
    2. B.Kim? sualına cavab verir.
    3. C.Yalnız hansı? sualına cavab verir.
    4. D.Cümlədə əvəzlik işlənməmişdir.
  12. Hansı cümlədə say+isim sxeminə uyğun söz birləşməsi işlənmişdir?

    1. A.İndiki nəsil daha bacarıqlıdır.
    2. B.Mənim dostum yarışda birinci oldu.
    3. C.Birincilər çox hayacanlı idilər.
    4. D.Minlərlə adam meydana toplaşdı.
  13. Hansı cümlədə altından xətt çəkilmiş söz mübtəda vəzifəsindədir?

    1. A.Turistlər qalaya baş çəkdilər.
    2. B.Qatar stansiyaya gec çatdı.
    3. C.Kəpənək çiçəyin üstünə qondu.
    4. D.Dostum maraqlı hekayə danışdı.
  14. Hansı cümlədə altından xətt çəkilmiş söz ismi xəbərdir?

    1. A.Çiçəkləri vaxtında sulamalısan.
    2. B.Uşaqlar üçün oyuncaqlar çox dəyərlidir.
    3. C.Boş stəkanları su ilə doldurdum.
    4. D.Yoxsul insanlara kömək etməliyik.
  15. Hansı cümlədə ikinci dərəcəli cümlə üzv nəyi? sualına cavab verir?

    1. A.Biz məktəbə tələsdik.
    2. B.Müəllim tapşırığı izah etdi.
    3. C.Hava bu gün küləklidir.
    4. D.Quşlar səmada uçurdular.

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin