4-cü sinif KSQ testləri

Dördüncü sinif ibtidai məktəbin son ilidir: yoxlamalarda məsələ həlli, qrammatika və mətnlə iş daha çox yer tutur. Aşağıdakı KSQ tipli suallarla bölmə yoxlamasından əvvəl övladınızla qısa bir təkrar edin.

4-cü sinif üçün KSQ tipli suallar

Fənni seçin. Bu yaşda uşaq sualları özü həll edə bilər: siz sonda cavabları birlikdə yoxlayın və izahı oxuyun.

Riyaziyyat

  1. Sinifdəki kitab rəfində 12 sıra vardır. Hər sıraya 25 kitab qoyulanda 37 kitab yerdə qalırsa, sinifdəki kitabların ümumi sayı neçədir?

    1. A.375
    2. B.286
    3. C.337
    4. D.342
  2. 1 kiçik tilinin uzunluğu 2 sm olan kubun həcmi neçə kub santimetrdir?

    Sualın şəkli
    1. A.380
    2. B.384
    3. C.386
    4. D.388
  3. Verilmiş misalların nəticələrinin cəmi neçədir?

    Sualın şəkli
    1. A.90000
    2. B.84966
    3. C.89639
    4. D.96354
  4. Verilmiş şəkildəki düzbucaqlının sahəsi boyalı hissənin sahəsindən neçə kvadrat vahid böyükdür?

    Sualın şəkli
    1. A.11
    2. B.28
    3. C.43
    4. D.54
  5. Sözlərlə yazılışı "dörd yüz altı min beş yüz qırx yeddi" olan ədəddə ən çox təkrar olunan rəqəm neçədir?

    1. A.0
    2. B.6
    3. C.4
    4. D.7
  6. Verilmiş fiqurda neçə ədəd kub var?

    Sualın şəkli
    1. A.12
    2. B.13
    3. C.14
    4. D.15
  7. 1 kq alma və 2 kq armud almaq üçün satıcıya 5 manat pul verdim. Satıcı mənə neçə manat pul qaytarmalıdır?

    Sualın şəkli
    1. A.2,50 m
    2. B.2,70 m
    3. C.1,90 m
    4. D.2,30 m
  8. Saat 14:00-da saat və dəqiqə əqrəbləri arasındakı bucaq neçə dərəcə olur?

    1. A.30°
    2. B.45°
    3. C.60°
    4. D.90°
  9. Ülkər kitablarını rəflərə eyni sayda olmaqla əvvəlcə 5, sonra isə 6 cərgə düzdü. Kitabların sayı 55-dən çox, 75-dən azdırsa, Ülkərin cəmi neçə kitabı var?

    1. A.42
    2. B.60
    3. C.57
    4. D.70
  10. Düzbucaq formasında olan otağın perimetri 26 m-dir. Otağın uzunluğu 8 m olarsa, eni neçə metr olar?

    1. A.5 m
    2. B.6 m
    3. C.7 m
    4. D.8 m

Dördüncü sinfin hər bölməsi tətbiqdə

Dapti tətbiqində 4-cü sinfin bütün bölmələri üçün tapşırıqlar və ümumiləşdirici yoxlama, ingilis dili üçün isə “Sub Summative” və “Big Summative” dəstləri var. Tətbiqi pulsuz sınaq müddəti ilə başlaya bilərsiniz.

Tətbiqdə davam edin

4-cü sinifdə KSQ hansı mövzulardan olur

Suallar dərslikdəki bölmələrin mövzularından gəlir. Bu sinifdə əsas yeri bunlar tutur:

Riyaziyyat
Çoxrəqəmli ədədlər: müqayisə, sıralama, yuvarlaqlaşdırma, toplama və çıxma. Birrəqəmli, ikirəqəmli və üçrəqəmli ədədə vurma, birrəqəmli ədədə bölmə, bölənlər və bölünənlər. Ədədi ifadələr, dəyişəni olan ifadələr, tənlik və tənlik qurmaqla məsələ həlli. Cədvəl, piktoqram, xətti və dairəvi diaqram.
Azərbaycan dili
Frazeoloji birləşmələr, qoşa sait və qoşa samitli sözlərin yazılışı. İsmin hallanması, sifətin dərəcələri, zərf, işarə əvəzlikləri. Cümlə üzvləri: mübtəda, xəbər və ikinci dərəcəli üzvlər. Bayatı, sitat, annotasiya, durğu işarələri.
İngilis dili
Yaş və insanlar haqqında suallar (How old is he?), aylar və sıra sayları, yiyəlik forması (the boy's computer), gündəlik həyat və məktəb sözləri.

Nümunə testi necə keçirmək olar

  1. 1

    Əvvəl özü həll etsin

    Uşaq bir fənnin bütün suallarını sona qədər özü cavablasın və cavabları dəftərə yazsın.

  2. 2

    Sonra birlikdə yoxlayın

    “Cavaba bax” ilə düzgün variantı və izahı açın. Alınmayan suallarda hansı addımda çətinlik olduğunu birlikdə tapın.

  3. 3

    Çətin mövzunu tətbiqdə davam etdirin

    Dapti tətbiqində hər bölmə üzrə tapşırıqlar və ümumiləşdirici yoxlama var, siz də həftəlik hesabatı görürsünüz.

Tətbiqdə hər bölmə üçün tam dəst var

4-cü sinfin bütün bölmələri üzrə tapşırıqlar, hər sualın izahı və bölmənin sonunda ümumiləşdirici yoxlama. Tapşırıqlar uşağın cavablarına uyğunlaşır, siz isə həftəlik hesabatda hansı mövzuların hələ çətin olduğunu görürsünüz.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Valideynlərin tez-tez verdiyi suallar

4-cü sinif KSQ testlərində ən çox nə çətin olur?

Riyaziyyatda adətən çoxaddımlı məsələlər və diaqramdan məlumat oxumaq, Azərbaycan dilində isə cümlə üzvləri və yazılış qaydaları. Nümunə sualların izahında hər addım yazılıb.

Tənlik mövzusuna necə hazırlaşaq?

Əvvəlcə məchulun tapılmasını təkrar edin: məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Sonra sadə məsələni tənlik kimi yazmağı məşq edin. Tətbiqdə “Tənlik. Tənlik qurmaqla məsələ həlli” bölməsi üzrə ayrıca tapşırıqlar var.

İngilis dili sualları necədir?

Sual ingiliscə verilir, izah isə Azərbaycan dilindədir. 4-cü sinifdə qrammatika (yiyəlik forması, sıra sayları) və gündəlik mövzular üzrə suallar çoxdur.

Bu suallar rəsmi KSQ materialıdır?

Xeyr. Bunlar KSQ tipli məşq suallarıdır, mövzular 4-cü sinif dərsliklərinə uyğundur. Məktəbdəki yoxlamanın suallarını müəllim hazırlayır.

Tam dəstlər pulsuzdur?

Bu səhifədəki nümunə suallar hər kəs üçün açıqdır. Tam dəstlər Dapti tətbiqindədir, tətbiqi pulsuz sınaq müddəti ilə başlaya bilərsiniz.

İbtidai sinfin son ilini tətbiqdə bölmə-bölmə təkrar edin

Hər sualın izahı, uşağa uyğunlaşan tapşırıqlar və sizin üçün həftəlik hesabat.