4-cü sinif riyaziyyat KSQ 2: sınaq sualları və cavabları

Bu səhifədə 4-cü sinif riyaziyyat fənnindən KSQ 2 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. 197378 + 216471 > ⭐️ Verilmiş bərabərliyə əsasən ulduz simvolunun ala biləcəyi ən böyük qiymət neçədir?

    Sualın şəkli
    1. A.413848
    2. B.421850
    3. C.413488
    4. D.412978
  2. Azalan 3764, çıxılan ən kiçik dördrəqəmli cüt ədəd olarsa, fərqdən 2893 vahid böyük olan ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırın.

    1. A.5708
    2. B.5478
    3. C.6300
    4. D.5700
  3. 9, 5, 1, 7 rəqəmlərindən bir dəfə istifadə etməklə yazıla bilən ən böyük və ən kiçik ədədlərin cəmini tapın.

    1. A.13300
    2. B.12300
    3. C.11330
    4. D.14258
  4. Əvəzləmə üsulu ilə çıxma hansı bənddə səhv yerinə yetirilmişdir?

    1. A.2348 - 302 = 2346 - 300 = 2046
    2. B.165308 - 5003 = 165305 - 5000 = 160300
    3. C.5308 - 2897 = 5301 - 2890 = 2411
    4. D.4678 - 2999 = 4679 - 3000 = 1679
  5. 5684 ədədinin onluq və yüzlüklərinin yerini dəyişib yeni yaranan ədədi 5-ə vursaq, neçə alınar?

    Sualın şəkli
    1. A.26996
    2. B.29320
    3. C.26320
    4. D.29960
  6. Hansı simvolla göstərilən vurma əməlinin nəticəsi yanlışdır?

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
    4. D.D variantı
  7. Bir anbarın birinci hissəsində 6280 kq düyü, ikinci hissəsində isə bundan 2 dəfə çox buğda var. Anbardakı ümumi məhsulun 15400 kq-ı satıldı. Neçə kiloqram məhsul qaldı?

    1. A.3440 kq
    2. B.3450 kq
    3. C.2168 kq
    4. D.3460 kq
  8. 2467, 3842, 1963, 7348 ədədlərini azalan sıra ilə düzün. Sıralamada ən sonda yerləşən ədədlə 4637 ədədinin cəmini 6-ya böldükdə qismət neçə olar?

    1. A.1098
    2. B.1099
    3. C.1100
    4. D.1101
  9. Bir tır maşını 4873 kq un, 3542 kq düyü və 2597 kq makaron daşıyır. Tır maşını ümumilikdə neçə kq ərzaq daşıyır?

    1. A.11012
    2. B.11013
    3. C.11014
    4. D.11011
  10. Rəqəmləri fərqli ən böyük beşrəqəmli cüt ədəddən rəqəmləri fərqli ən kiçik beşrəqəmli ədədi çıxsaq, fərqdə neçə alınar?

    1. A.88530
    2. B.87619
    3. C.88529
    4. D.79538
  11. Ən yaxın onluğa yuvarlaqlaşdırıldıqda 5170 olan ən böyük və ən kiçik ədədlərin cəmini tapın.

    1. A.13489
    2. B.11569
    3. C.12860
    4. D.10339
  12. Narıncı çərçivəyə hansı ədəd yazılmalıdır?

    Sualın şəkli
    1. A.2347
    2. B.4733
    3. C.5084
    4. D.4268
  13. 4375 ədədinin minlik mərtəbə vahidinin sayını 3 vahid, təklik mərtəbə vahidinin sayını 2 vahid artırsaq, yeni yaranan ədədi 4 dəfə artırıb əvvəlki ədədlə toplasaq, cəm neçə olar?

    1. A.33885
    2. B.33583
    3. C.33883
    4. D.33886
  14. Minlik mərtəbə vahidinin sayı 3 olan rəqəmləri fərqli ən kiçik beşrəqəmli tək ədədin 6 ilə hasili neçədir?

    1. A.78150
    2. B.72615
    3. C.54675
    4. D.78144
  15. 3678 ədədi ilə bundan 175 vahid böyük olan ədədin cəmini 6-ya vursaq, hasil neçə edər?

    1. A.45176
    2. B.46186
    3. C.45286
    4. D.45186

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin