4-cü sinif riyaziyyat KSQ 8: sınaq sualları və cavabları

Bu səhifədə 4-cü sinif riyaziyyat fənnindən KSQ 8 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Bu dəstdə hansı mövzular var

Suallar bu mövzulardandır. Məktəbdə hansı mövzuların keçildiyinə baxıb uyğun dəsti seçin.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Verilmiş şəkildəki düzbucaqlının sahəsi boyalı hissənin sahəsindən neçə kvadrat vahid böyükdür?

    Sualın şəkli
    1. A.11
    2. B.28
    3. C.43
    4. D.54
  2. 8 ədəd narın kütləsi 1 kq-dır. 4 nar sıxılanda 120 ml nar şirəsi əldə olunur. 4 kq nar sıxdıqda nə qədər nar şirəsi əldə olunar?

    1. A.120 ml
    2. B.160 ml
    3. C.720 ml
    4. D.960 ml
  3. 1 kiçik tilinin uzunluğu 2 sm olan kubun həcmi neçə kub santimetrdir?

    Sualın şəkli
    1. A.380
    2. B.384
    3. C.386
    4. D.388
  4. 50 kq-lıq bir kisə kömür 24 manatdır. 1 ton kömür alan Sənan neçə manat ödəyər?

    1. A.460 manat
    2. B.470 manat
    3. C.480 manat
    4. D.485 manat
  5. Hansı bənd səhvdir?

    1. A.Bir il 52 həftədir.
    2. B.1 saat 60 dəqiqədir.
    3. C.1 saat 3600 saniyədir.
    4. D.1 həftə 192 saatdır.
  6. Avtobus 5 saata 320 km yol gedir. Sürəti avtobusun sürətindən 24 km/saat az olan motosikletçi 4 saata neçə kilometr yol gedər?

    1. A.155
    2. B.158
    3. C.163
    4. D.160
  7. Hansı bənddəki fiqurun sahəsi digərlərindən fərqlidir?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
    4. D.D variantı
  8. Perimetri 64 sm olan kvadratın sahəsi neçə kvadrat santimetrdir?

    1. A.256 sm²
    2. B.128 sm²
    3. C.400 sm²
    4. D.512 sm²
  9. Marketə 500 q-lıq bağlamalarda 3000 ədəd çay qutusu gətirildi. Marketə cəmi neçə kiloqram çay gətirildi?

    1. A.1400 kq
    2. B.1500 kq
    3. C.1600 kq
    4. D.1700 kq
  10. Tutumu 1 sm³ olan akvariumu doldurmaq üçün 1 ml su lazımdır. Akvariumu doldurmaq üçün neçə litr su lazımdır?

    Sualın şəkli
    1. A.18 l
    2. B.20 l
    3. C.21 l
    4. D.25 l
  11. Uzunluqları 65 sm, 90 mm və 8 m olan üç parça ip birləşdirilir. Yeni ipin uzunluğu neçə santimetrdir?

    1. A.865 sm
    2. B.824 sm
    3. C.874 sm
    4. D.774 sm
  12. Mehdi 175 dəqiqə idman etdi. Mehdi neçə saat neçə dəqiqə idman etmişdir?

    1. A.1 saat 35 dəq
    2. B.1 saat 55 dəq
    3. C.2 saat 35 dəq
    4. D.2 saat 55 dəq
  13. Sürətləri saatda 8 km və 11 km olan iki velosipedçi eyni vaxtda A məntəqəsindən yola düşdü. Neçə saatdan sonra bu velosipedçilər arasında qalan məsafə 76 km olar?

    1. A.8 saat
    2. B.3 saat
    3. C.4 saat
    4. D.5 saat
  14. A şəhərindən sürəti 60 km/saat olan yük maşını çıxdı. 3 saat getdikdən sonra sürəti 90 km/saat olan avtobus eyni şəhərdən hərəkət etməyə başladı. Avtobus yük maşınına neçə saat sonra çatar?

    1. A.6 saat
    2. B.1 saat
    3. C.2 saat
    4. D.3 saat
  15. Otağın uzunluğu 10 m, eni 8 m-dir. Bu otağa uzunluğu 6 m, eni 5 m olan xalça salınmışdır. Otağın döşəməsində nə qədər boş sahə qaldı?

    1. A.40 sm²
    2. B.50 sm²
    3. C.60 sm²
    4. D.20 sm²

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin