Omonimlər və çoxmənalı sözlər: 4-cü sinif Azərbaycan dili tapşırıqları

Bu səhifədə 4-cü sinif Azərbaycan dili fənnindən «Omonimlər və çoxmənalı sözlər» mövzusu üzrə 5 nümunə sual var. Sualları övladınızla birlikdə oxuyun, sonra cavabı və izahı yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 24 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. Hansı cümlədə omonim olan söz işlənmişdir?

    1. A.Hamı filmi maraqla izlədi.
    2. B.Qəfil görünən gəmi hamını sevindirdi.
    3. C.Xəstə həkimi gözləyirdi.
    4. D.Qoğal bişirmək üçün xəmir yaydıq.
  2. "Don" sözü hansı bənddə geyim mənasında işlənmişdir?

    1. A.
      Gah günəş alovdan biçmiş donumu,
      Gah xəzan sayırdib çapmış atını.
      (H.Arif)
    2. B.
      Karvan çəkər göydə qara buludlar,
      Çovğun gələr, şaxta kəsər, buz donar.
      (R.Rza)
    3. C.
      Qış gəlincə buz tutub
      Torpaq donur, daş donur.
      (B.Vahabzadə)
    4. D.
      Donan vicdanları qeyrətləndirər,
      Axı el qeyrəti çəkdi şəhidlər.
      (B.Vahabzadə)
  3. Hansı bənddə sözün biri həqiqi, digəri isə məcazi mənadadır?

    1. A.idmançının qolu -- oğlanın qolu
    2. B.körpənin gözü -- iynənin gözü
    3. C.mişarın dişi -- darağın dişi
    4. D.qızın burnu -- uşağın burnu
  4. Cümlədəki fərqləndirilmiş sözlər nə adlanır?
    Köynəyin qolu dar olduğu üçün Samirin qolunu sıxırdı.

    1. A.sinonim sözlər
    2. B.antonim sözlər
    3. C.çoxmənalı sözlər
    4. D.omonim sözlər
  5. Aşağıdakı cümlədə işlənmişdir:
    Səhərdən axşama qədər bel ilə işlədiyi üçün beli ağrımağa başladı.
    1. frazeoloji birləşmələr \quad 2. omonimlər \quad 3. antonimlər \quad 4. sinonimlər

    1. A.2, 3
    2. B.1, 2
    3. C.3, 4
    4. D.2, 4

Tətbiqdə bu mövzu üzrə 24 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Mürəkkəb feillər», sonra «Şəxsə və zamana görə dəyişməyən feillər» gəlir.

  1. Bu səhifəOmonimlər və çoxmənalı sözlər

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər