Sözlərin qrammatik mənasının müəyyənləşdirilməsi: 4-cü sinif Azərbaycan dili tapşırıqları

Bu səhifədə 4-cü sinif Azərbaycan dili fənnindən «Sözlərin qrammatik mənasının müəyyənləşdirilməsi» mövzusu üzrə 5 nümunə sual var. Sualları övladınızla birlikdə oxuyun, sonra cavabı və izahı yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 24 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. Cümlələrdə işlənmiş "tək" sözünün hansı nitq hissəsi olduğunu müəyyən edin.
    1. O bu məsələni tək həll etdi. \quad 2. Tək əldən səs çıxmaz.
    3. Mən tək səninlə danışmaq istəyirəm. \quad 4. O, şirtək cəsarətlə irəli atıldı.

    1. A.1. zərf, 2. sifət, 3. ədat, 4. qoşma
    2. B.1. sifət, 2. zərf, 3. qoşma, 4. ədat
    3. C.1. ədat, 2. sifət, 3. zərf, 4. qoşma
    4. D.1. zərf, 2. ədat, 3. sifət, 4. qoşma
  2. Hansı cümlədə "doğru" sözü qoşma kimi işlənmişdir?

    1. A.Çox doğru var, yalan ondan yaxşıdır.
    2. B.Doğru yolla gedən yorulmaz.
    3. C.Yerimdən qalxıb pəncərəyə doğru irəlilədim.
    4. D.O öz düşüncələrini doğru ifadə etdi.
  3. Hansı söz digərlərindən fərqli nitq hissəsinə aiddir?

    1. A.sərin
    2. B.isti
    3. C.çəhrayı
    4. D.sürətlə
  4. Hansı cümlədə "sarı" sözü sifət kimi işlənmişdir?

    1. A.Torbada yeddi ədəd sarı top var.
    2. B.Uşaq anasına sarı qaçmağa başladı.
    3. C.Murad dostunun yaralı əlini sarıdı.
    4. D.Toplan qapıya sarı hürməyə başladı.
  5. Biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlidir:

    1. A.onlarla
    2. B.xeyli
    3. C.çoxlu
    4. D.birlik

Tətbiqdə bu mövzu üzrə 24 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Antonim sözlərin nitqdə rolu», sonra «Ki-bağlayıcı, ədat. Lakonik ifadələr» gəlir.

  1. Bu səhifəSözlərin qrammatik mənasının müəyyənləşdirilməsi

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər