Terminlər. Mürəkkəb adlar və onların yazılışı. Mörtərizə. Bəzi mürəkkəb adlarda dırnaq işarəsindən istifadə: 4-cü sinif Azərbaycan dili tapşırıqları
Bu səhifədə 4-cü sinif Azərbaycan dili fənnindən «Terminlər. Mürəkkəb adlar və onların yazılışı. Mörtərizə. Bəzi mürəkkəb adlarda dırnaq işarəsindən istifadə» mövzusu üzrə 5 nümunə sual var. Sualları övladınızla birlikdə oxuyun, sonra cavabı və izahı yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 12 sual var.
Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.
0/5
1
Hansı cümlədə mörtərizə işarəsi düzgün qoyulmuşdur?
AA.Sabah (yanvarın beşi) bizim mağazamızın açılışı olacaq.
BB.Bizim (yaşadığımız dünya) çox gözəldir.
CC.Dünyada (anadan şirin) varlıq yoxdur.
DD.Kitabların (mənim həyatımda) rolu böyükdür.
Düzgün cavab: A) Sabah (yanvarın beşi) bizim mağazamızın açılışı olacaq.
İzah
İfadə olunan fikri dəqiqləşdirmək üçün verilən əlavə məlumatdır.
2
Hansı bənddə dırnaq işarəsindən istifadə olunmalıdır?
AA.Beynəlxalq Ana Dili Günü
BB.Bizim Cəbiş müəllim filmi
CC.Xocalı soyqırımı
DD.Ənvər Məmmədxanlı
Düzgün cavab: B) Bizim Cəbiş müəllim filmi
İzah
Film adıdır, dırnaqda yazılmalı idi.
3
Aşağıdakılardan hansı yalnız termin kimi işlənir?
AA.tənlik
BB.isim
CC.say
DD.xəbər
Düzgün cavab: A) tənlik
İzah
Tənlik→ yalnız riyazi termin kimi is¸lənir. I˙sim→ həm nitq hissəsi, həm də "ad" mənasında is¸lənir.Say→ həm nitq hissəsi, həm də "say" feili kimi is¸lənir. Xəbər→ həm bas¸u¨zv kimi, həm də "yeni məlumat" mənasında is¸lənir.
4
Hansı cümlədə"gün"sözü böyük hərflə yazılmalıdır?
AA.O, istirahət günü babasının yanına gedəcək.
BB.Gələn ilin bu günü mən evimdə olacağam.
CC.Yeni ildə yeddi gün iş olmayacaq.
DD.Kitab Bağışlama günü ən gənc bayramlardandır.
Düzgün cavab: D) Kitab Bağışlama günü ən gənc bayramlardandır.
İzah
Mürəkkəb addır, "gün" sözü böyüklə yazılmalı idi.
5
Hansı mürəkkəb ad səhv yazılıb?
AA.Beynəlxalq Meşə Günü
BB.Tacikistan respublikası
CC.Alp dağları
DD.31 Dekabr
Düzgün cavab: B) Tacikistan respublikası
İzah
Tacikistan Respublikası✓
Tətbiqdə bu mövzu üzrə 12 sual var
Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.