1-ci sinif Azərbaycan dili BSQ 2: sınaq sualları və cavabları

Bu səhifədə 1-ci sinif Azərbaycan dili fənnindən BSQ 2 üçün 20 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə BSQ-nın əhatə etdiyi mövzular fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Bu hekayədə danışılan hadisələr hansı ayda baş verə bilər?
    Havalar soyuduğu üçün səbirsizliklə qarın yağmasını gözləyirdim. Hər səhər erkəndən qalxıb pəncərədən baxırdım. Artıq ümidimi kəsmişdim ki, bir səhər oyanıb hər tərəfin qarla örtülü olduğunu gördüm və çox sevindim. Dostlarımla bağçamızda qardan adam düzəltdik, oynadıq.

    1. A.sentyabr
    2. B.yanvar
    3. C.avqust
  2. Hərəkət bildirən yaxınmənalı sözlər cütü hansı bənddə verilmişdir?

    1. A.söz -- söhbət
    2. B.susur -- danışır
    3. C.əsəbiləşir -- qəzəblənir
  3. Şeir parçasında qafiyələnmiş sözlər hansılardır?
    Salamladıq bülbülü,
    Açıldı novruzgülü
    Bağlarda quşlar ötdü,
    Nərgiz, bənövşə bitdi.

    1. A.ötdü, nərgiz
    2. B.bülbülü, novruzgülü
    3. C.nərgiz, bənövşə
  4. Verilmiş şəklə uyğun əksmənalı sözlər cütü hansılardır?

    Sualın şəkli
    1. A.kök -- arıq
    2. B.az -- çox
    3. C.sarışın -- qaraşın
  5. Şeirdə cəmi neçə misra var?
    Hamının üzü gülür,
    Bu nə sevincdir belə?
    Nənəm heç sevincini
    Gətirə bilmir dilə.
    Bu yurdun oğulları
    Necə mərddi, igiddi
    Şuşatək bir qalanı,
    Qaytarmaq möcüzədi.
    (M.Rəşid)

    1. A.7
    2. B.8
    3. C.4
  6. Hansı bənddəki hər iki sözün tərkibində "ka" səsi işlənmişdir?

    1. A.marka, tülkü
    2. B.dekabr, kollektiv
    3. C.kirpi, makaron
  7. Şəxs adı hansı cümlədə işlənmişdir?

    1. A.Arı kimi dayanmadan işləyirdi.
    2. B.Atam qüvvətli bir adamdır.
    3. C.Aydın bağçada dostları ilə oynayır.
  8. Mətnin əsas fikri nədir?
    Çox insan unutqanlığı pis hesab edir. Amma əgər pis xatirələrimizi unutmasaydıq, necə xoşbəxt ola bilərdik?

    1. A.Unutqanlıq yaxşı bir şeydir.
    2. B.Unutqan insanlar daha xoşbəxtdirlər.
    3. C.Unutqanlığın yaxşı tərəfləri də vardır.
  9. Əlifba sırasına əsasən "?" işarəsinin yerinə hansı hərf uyğundur?

    Sualın şəkli
    1. A.K
    2. B.L
    3. C.X
  10. Hansı meyvənin adı əlifbada digərlərindən əvvəl gəlir?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  11. Hansı biri mətnin planına aid ola bilməz?
    Tülkü meşədə gəzərkən küləyin təsiri ilə budaqların vurduğu nağaradan gələn qorxulu səsi eşitdi. İçində ət və yağ olduğunu sanıb nağaranı parçaladı, amma içinin boş olduğunu gördü və dedi: "Deməli, ən çox səs salan və iri görünən şeylərin içi boş olurmuş".

    1. A.Budaqların nağaraya dəyməsi
    2. B.Nağaranın ağacdan asılması
    3. C.Tülkünün əti yeməsi
  12. Hansı bənddə uyğunluq pozulmuşdur?

    1. A.Lənkəran →\rightarrow şəhər
    2. B.Böyük Qafqaz →\rightarrow çay
    3. C.Batabat →\rightarrow göl
  13. Verilmiş sözlərin son hərfi hansı sözün son hərfi ilə eynidir?

    Sualın şəkli
    1. A.muze...
    2. B.şimşə...
    3. C.səhən...
  14. Sözlərdən neçəsi yer adı bildirir?
    [1em] Bülbül, Kür, Ağsu, Polad, Arpaçay, Bəxtiyar, Salyan, Səma

    1. A.3
    2. B.4
    3. C.5
  15. Xüsusiyyətlərə uyğun gələn sözü seçin.
    Xüsusi addır.
    Canlı varlıqdır.

    1. A.Alabaş
    2. B.Kərtənkələ
    3. C.Şahdağ
  16. Mətndə neçə abzas var?
    Günel məktəbə gedərkən qara buludları gördü və addımlarını tezləşdirdi.
    Məktəbə yaxınlaşanda külək gücləndi və yağış yağmağa başladı. Günel çətirini çıxarıb açdı.
    O, məktəbə islanmadan çatdı və çətir götürdüyünə sevindi. Günel başa düşdü ki, hazırlıqlı olmaq yaxşıdır.

    1. A.3
    2. B.2
    3. C.1
  17. Məntiqi ardıcıllığı hansı söz tamamlayar?
    Məstan, xallı, ...

    1. A.Dəvə
    2. B.Qırat
    3. C.Pinqvin
  18. Hansı bənddə yalnız şəxs adı kimi işlənən sözlər verilmişdir?

    1. A.Aslan, Bənövşə
    2. B.Zümrüd, Qalib
    3. C.Azər, Nərminə
  19. Hansı sözlər yalnız şəxs adı kimi işlənir?

    1. A.Uğur, Azad
    2. B.Ceyran, Ulduz
    3. C.Nəsimi, Abdulla
  20. Səhv yazılmış sözü seçin.

    1. A.prablem
    2. B.velosiped
    3. C.okean

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin