3-cü sinif riyaziyyat BSQ 2: sınaq sualları və cavabları

Bu səhifədə 3-cü sinif riyaziyyat fənnindən BSQ 2 üçün 20 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə BSQ-nın əhatə etdiyi mövzular fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Bir yeşikdə 42 kq gilas var. Onlardan 34 kq-ı sarı gilas, qalanları isə qırmızı gilasdır. 9 belə yeşikdə neçə kiloqram qırmızı gilas olar?

    Sualın şəkli
    1. A.76 kq
    2. B.72 kq
    3. C.80 kq
    4. D.73 kq
  2. Fikrimdə tutduğum ədədi 5 dəfə azaltdıqda 3-dən 3 dəfə böyük olan ədəd alınır. Fikrimdə hansı ədədi tutmuşam?

    1. A.45
    2. B.9
    3. C.54
    4. D.63
  3. 33-dən sonra gələn ilk iki ardıcıl cüt ədədin cəmini 7-yə bölüb, alınan qismətin üzərinə 667 əlavə edib onluqlara qədər yuvarlaqlaşdırsaq, neçə alınar?

    1. A.670
    2. B.680
    3. C.620
    4. D.630
  4. Gülay birinci gün 12 manat, ikinci gün bundan 6 manat çox pul xərclədi. O bu iki gündə eyni qiymətə 6 dəftər almışdırsa, hər dəftərin qiyməti neçə manatdır?

    1. A.4 manat
    2. B.6 manat
    3. C.5 manat
    4. D.3 manat
  5. Aşağıdakı misallardan hansında mötərizə işarəsi silinsə, misalın nəticəsi dəyişməz?

    1. A.7 x (6 + 4)
    2. B.(24 - 12) : 6
    3. C.(4 x 8) + 13
    4. D.(7 + 3) x 9
  6. a = 4 və y = 2 x a olduqda 5 x y + 4 x a ifadəsinin qiymətini tapın.

    1. A.64
    2. B.62
    3. C.56
    4. D.52
  7. I. 5 x (14 - 8)II. 42 : 7 + 34III. 8 x 8 - 24IV. 3 x 3 + (9 - 6) + 1 x 3Hansı əməllərin nəticəsi eynidir?

    1. A.I, II
    2. B.II, III
    3. C.III, IV
    4. D.I, IV
  8. Şəkildə neçə şüa var?

    Sualın şəkli
    1. A.2
    2. B.3
    3. C.4
    4. D.5
  9. Verilmiş şəklin simmetrik hissəsi hansıdır?

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
    4. D.D variantı
  10. Silindrin üzlərinin sayı ilə kubun tillərinin sayı cəmi neçədir?

    1. A.15
    2. B.12
    3. C.13
    4. D.14
  11. Nigar yaşıl kağızdan 4 ədəd kvadrat, qırmızı kağızdan isə 5 ədəd düzbucaqlı kəsib mozaika düzəltdi. O, 6 mozaika düzəltmək üçün neçə fiqurdan istifadə etdi? Cavabı tapmaq üçün hansı ifadəni yazmaq olar?

    1. A.(5 + 2) ×\times 3
    2. B.(4 + 5) ×\times 6
    3. C.(6 + 3)×3)\times 4
    4. D.3 x (8 - 5)
  12. 239 x 4, 312 x 2, 165 x 5, 127 x 6. Aşağıdakılardan hansı vurma əməllərindən birinin nəticəsi deyil?

    1. A.815
    2. B.624
    3. C.956
    4. D.762
  13. 26 qələm 4 qələmqabıya bərabər yerləşdirildi. Qalan qələmlər isə digər qələmqabıya qoyuldu. Sonuncu qələmqabıda neçə qələm oldu?

    1. A.0
    2. B.1
    3. C.2
    4. D.3
  14. Aşağıdakı bölmə əməllərindən hansı yanlışdır?

    1. A.63 : 3 = 21
    2. B.70 : 5 = 16
    3. C.90 : 2 = 45
    4. D.48 : 3 = 16
  15. Onluq mərtəbə vahidinin sayı 5 olan ən kiçik üçrəqəmli ədədi 4 dəfə artırıb, üzərinə 348 əlavə etsək, cəm neçə olar?

    1. A.845
    2. B.940
    3. C.943
    4. D.948
  16. Sevil 27 topunun 23 \tfrac{2}{3} -ni dostuna verdi. Dostu bu topları özü və iki dostu arasında da bərabər bölsə, hərəsinə neçə top düşər?

    1. A.4
    2. B.5
    3. C.6
    4. D.7
  17. 55-in 35 \tfrac{3}{5} hissəsini 6-ya böldükdə qalıq neçə alınar?

    1. A.3
    2. B.5
    3. C.6
    4. D.2
  18. Əlinin anası 72 manat pulunun 12 \tfrac{1}{2} -i ilə pendir, 13 \tfrac{1}{3} -i ilə zeytun aldı. Əlinin anasının nə qədər pulu qaldı?

    1. A.36 man
    2. B.24 man
    3. C.12 man
    4. D.20 man
  19. Modellə verilmiş ədədin sözlərlə yazılışı aşağıdakılardan hansıdır?

    Sualın şəkli
    1. A.Min dörd yüz əlli beş
    2. B.Min iki yüz əlli altı
    3. C.Min iki yüz əlli yeddi
    4. D.Min üç yüz əlli səkkiz
  20. Ədədi 125 qəpiyə olan çörəkdən 4 ədəd alan Kərim satıcıya 10 manat pul verdi. Satıcı ona neçə manat pul qaytaracaq?

    1. A.3 man
    2. B.5 man
    3. C.8 man
    4. D.4 man

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin