3-cü sinif Azərbaycan dili KSQ 2: sınaq sualları və cavabları

Bu səhifədə 3-cü sinif Azərbaycan dili fənnindən KSQ 2 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Hansı cümlədə fərqləndirilmiş söz səhv yazılmışdır?

    1. A.Yarışda qalib komandanı biz seçdik.
    2. B.Gülün ləçəgləri yerə tökülmüşdü.
    3. C.Saatın əqrəbi hərəkət etmirdi.
    4. D.Ustalar çox ləng işləyirdilər.
  2. Mətnin hissələri hansı bənddə doğru verilmişdir?

    1. A.giriş, əsas hissə, final
    2. B.giriş, əsas hissə, sonluq
    3. C.başlanğıc, əsas hissə, son
    4. D.ön, daxil, son
  3. Uyğunluğu müəyyən edin.
    1. konkret 2. mücərrəd
    a) qürur
    b) dahliz
    c) fürsət
    d) səhnə
    e) sükut
    ə) niqab

    1. A.1 - a, b, c; 2 - d, e, ə
    2. B.1 - b, d, ə; 2 - a, c, e
    3. C.1 - b, c, d; 2 - a, e, ə
    4. D.1 - b, d, e; 2 - a, c, ə
  4. Hansı söz yalnız cümlənin əvvəlində böyük hərflə yazılır?

    1. A.Ümid
    2. B.Baykal
    3. C.Kenquru
    4. D.Ceyran
  5. Hansı cümlədə altından xətt çəkilmiş söz xalq adıdır?

    1. A.Oksigenin ən böyük istehsalçısı Rusiyadır.
    2. B.Dünya göllərinin 60\%-i Kanada ərazisindədir.
    3. C.Təhsilə ən çox pul xərcləyənlər kubalılardır.
    4. D.Taksi səyahətinin ən bahalı olduğu yer İsveçrədir.
  6. Hansı simvolla göstərilmiş cümlələrdə səhv yazılmış sözlər var?

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
    4. D.D variantı
  7. Hansı uyğunluq yanlışdır?

    1. A.uçmaq, yazır, qaçdı →\rightarrow hərəkət
    2. B.xeyli, səksən, birinci →\rightarrow say
    3. C.şirin, sevimli, çətin →\rightarrow varlıq
    4. D.yasəmən, dost, külək →\rightarrow varlıq
  8. Verilmiş cümlədə neçə ad bildirən söz var?
    Kamal dostlarını parkda həvəslə gözləyirdi.

    1. A.2
    2. B.3
    3. C.4
    4. D.5
  9. Hamıya deyil, ayrı-ayrı varlıqlara və fərdlərə aid olan isimlər necə adlanır?

    1. A.cəm isimlər
    2. B.mücərrəd isimlər
    3. C.xüsusi isimlər
    4. D.ümumi isimlər
  10. Mən birinci sözü əlamət, ikinci sözü ad bildirən söz birləşməsiyəm. Mən hansı bənddə gizlənmişəm?

    1. A.geniş meydan
    2. B.durna qatarı
    3. C.yumurta sarısı
    4. D.Sabir bağı
  11. Hansı cümlədə köhnəlmiş söz işlənib?

    1. A.Rəssam kətan parçaya rəsm çəkdi.
    2. B.Müdir işçilərlə iclas keçirdi.
    3. C.Çarıq ayağını tam örtmürdü.
    4. D.Qonaqlıq axşam başladı.
  12. Hansı uyğunluq yanlışdır?

    1. A.Giriş →\rightarrow mövzu haqqında ümumi məlumat verilir.
    2. B.Əsas hissə →\rightarrow mövzuya uyğun faktlar verilir.
    3. C.Sonluq →\rightarrow məlumatlardan nəticə çıxarılır.
    4. D.Giriş →\rightarrow məlumatların yekun nəticələri verilir.
  13. Boşluğa uyğun gələn sözləri seçin.

    Sualın şəkli
    1. A.a, b
    2. B.b, d
    3. C.b, c
    4. D.a, c
  14. Hansı bənddə yalnız ümumi isim kimi işlənən sözlər verilmişdir?

    1. A.lalə, gecə, ümid
    2. B.çiyələk, yarpaq, yağış
    3. C.dağ, tərəvəz, aslan
    4. D.yol, bənövşə, qatar
  15. Hansı sözləri birləşdirsək, söz birləşməsi yaranar?

    Sualın şəkli
    1. A.2, 3
    2. B.1, 5
    3. C.1, 3
    4. D.3, 4

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin