3-cü sinif Azərbaycan dili KSQ 8: sınaq sualları və cavabları

Bu səhifədə 3-cü sinif Azərbaycan dili fənnindən KSQ 8 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Verilmiş feillərdən neçəsi indiki zamandadır?

    Sualın şəkli
    1. A.3
    2. B.2
    3. C.4
    4. D.5
  2. Cümlə hansı feillə tamamlanar?
    Nənəm bayram günlərində bizim evdə ......

    1. A.qalacaqlar
    2. B.qalacaq
    3. C.qalacaqsınız
    4. D.qalacağıq
  3. Hansı cümlədə şəxs əvəzliyi işlənmişdir?

    1. A.Müəllim bu qaydanı dəfələrlə təkrar etmişdi.
    2. B.Gərək, səninlə üzbəüz oturub danışaq.
    3. C.Dürüst olmaq üçün vicdanının səsini dinlə.
    4. D.Orada güclü külək əsirdi.
  4. Aşağıdakı sözlərdən hansının mənası "müdrik fikir" deməkdir?

    1. A.hikmət
    2. B.hekayət
    3. C.aforizm
    4. D.təmsil
  5. Hansı cümlədəki feil nümunədəki feillə eyni zamandadır?
    Qıy vuran qartallar yox oldu çəndə, Nərgizlər saraldı şehli çəməndə. (M.Araz)

    1. A.Günəş batanda quşlar yuvalarına qayıtdı.
    2. B.Mən səni indi çox yaxşı anlayıram.
    3. C.Bu xəbəri eşidəndə sevinəcəksən.
    4. D.Bəzi insanlar musiqi dinləyərək dincəlirlər.
  6. Aşağıdakılardan hansılar keçmiş zamanda olan feillərdir?
    1. fikirləşdi 2. dəyişir 3. tapdı 4. döyünür

    1. A.1, 3
    2. B.2, 4
    3. C.1, 2
    4. D.2, 3
  7. Cümlədə verilmiş feil haqqında hansı məlumat yanlışdır?
    O köhnə günləri bir gün xatırlayacaqsınız.

    1. A.II şəxsin cəmindədir.
    2. B.Gələcək zamandadır.
    3. C.III şəxsin təkindədir.
    4. D.Təsdiqdədir.
  8. Cümlədə bənzəyən və bənzədilən cütünü müəyyən edin.
    Uşağın ağ yanaqları bal kimi şirin idi.

    1. A.uşaq, bal
    2. B.ağ, yanaq
    3. C.yanaq, bal
    4. D.yanaq, şirin
  9. Hansı atalar sözü "Vətən" mövzusundadır?

    1. A.Doğma yurd şirin olar.
    2. B.Bilmədiyini biləndən soruş.
    3. C.Elm ağılın çırağıdır.
    4. D.Dost dar gündə tanınar.
  10. Nümunədəki köməkçi sözü hansı sözlə əvəz etmək olar?
    Kitabxanadan kitab və jurnal götürüb oxudum.

    1. A.ancaq
    2. B.ilə
    3. C.çünki
    4. D.lakin
  11. Hansı cümlədəki feilin zamanı digərlərindən fərqlidir?

    1. A.Hər səhər tezdən oyanıram.
    2. B.Soyuq su içdiyi üçün boğazı şişdi.
    3. C.Onlar dayanmadan çalışdılar.
    4. D.Yaşlı qadına kömək etdik.
  12. Hansı bənddə uyğunluq pozulmuşdur?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
    4. D.D variantı
  13. Cu¨mlədə no¨mrələnmis¸ so¨zlərdən hansı məcazi mənadadır?Quru1 so¨zlər2 dərin3kədərini4 apara5 bilmədi6.\begin{array}{l} \text{Cümlədə nömrələnmiş sözlərdən }\text{hansı məcazi mənadadır?} \\ \text{Quru}{}^{1}\text{ sözlər}{}^{2}\text{ dərin}{}^{3}\text{kədərini}{}^{4}\text{ apara}{}^{5}\text{ bilmədi}{}^{6}\text{.} \end{array}

    1. A.1-3; 2-4
    2. B.2-5; 1-6
    3. C.1-6; 2-5
    4. D.1-2; 3-4
  14. Verilmiş nümunə nə adlanır?
    "Arzular həyata məna verir". (A.Frans)

    1. A.lətifə
    2. B.təmsil
    3. C.aforizm
    4. D.atalar sözü
  15. Son samiti nəzərə alsaq, ardıcıllığa hansı söz uyğun olar? vərəq, hüquq, ..........

    1. A.oraq
    2. B.daraq
    3. C.qayıq
    4. D.natiq

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin