3-cü sinif Azərbaycan dili KSQ 3: sınaq sualları və cavabları

Bu səhifədə 3-cü sinif Azərbaycan dili fənnindən KSQ 3 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Hansı bənddə yalnız ümumi isim kimi işlənən sözlər verilmişdir?

    1. A.kəpənək, sevinc
    2. B.qəzet, bulud
    3. C.vüqar, murad
    4. D.saat, aslan
  2. Şeirin neçənci misrasında səhv yazılmış söz var?
    Qəlbim, canımsan,
    Ey ana yurdum!
    İsdi qoynunda
    Şən yuva qurdum.

    1. A.I
    2. B.II
    3. C.III
    4. D.IV
  3. Aşağıdakı məlumatlardan hansı yanlışdır?

    1. A.Yarımbaşlıqlar məlumatı tez tapmağa kömək edir.
    2. B.Yarımbaşlıqlar sual cümləsi şəklində ifadə olunur.
    3. C.Yarımbaşlıqlar söz birləşməsi şəklində ifadə olunur.
    4. D.Yarımbaşlıq mətnin sonuncu cümləsinə deyilir.
  4. Cümlə hansı sözlə bitsə, yalnız sual cümləsi yaranar?
    Bu kəndin camaatı ..................?

    1. A.çalışqandır
    2. B.haradadır
    3. C.kasıbdır
    4. D.xeyirxahdır
  5. Hansı bənddə uyğunluq pozulmuşdur?

    Sualın şəkli
    1. A.yumru mərd
    2. B.çirkin qorxaq
    3. C.soyuq nazik
    4. D.enli mehriban
  6. Verilmiş sözlərin ortaq xüsusiyyəti nədir? xoşbəxtlik, zürafə

    1. A.Hər iki söz canlı varlıq adı bildirir.
    2. B.Hər iki söz konkret isimdir.
    3. C.Hər iki söz nə? sualına cavab verir.
    4. D.Hər iki söz mücərrəd isimdir.
  7. Şeirin neçənci misrasında səhv yazılmış söz var?
    Bülbüllərin gülşəni,
    Maralların məsgəni,
    Qəhrəmanlar vətəni,
    Ey qartal yurdlu dağlar.
    (M.Seyidzadə)

    1. A.I
    2. B.II
    3. C.III
    4. D.IV
  8. Hansı söz birləşməsinin tərkibi yanlış göstərilib?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
    4. D.D variantı
  9. Verilmiş cümlələrdən hansı nəqli cümlədir? (Durğu işarələri buraxılmışdır.)

    1. A.Bəh-bəh, nə dadlı yeməkdir
    2. B.Bu yolu necə gedəcəyik
    3. C.Yaşlı qadına kömək etdim
    4. D.Bu köhnə evdən tez çıxın
  10. Ensiklopediyada mətnlər, adətən, nə ilə müşayiət olunur?

    1. A.şəkillər və düsturlarla
    2. B.qrafik və cədvəllərlə
    3. C.şəkillər və haşiyələrlə
    4. D.düstur və sxemlərlə
  11. Uyğunlaşdırın.
    1. Ad bildirən söz
    2. Əlamət bildirən söz
    3. Say bildirən söz
    a. yüzlərlə
    b. yaxşılıq
    c. nurani

    1. A.1-a, 2-b, 3-c
    2. B.1-b, 2-a, 3-c
    3. C.1-b, 2-c, 3-a
    4. D.1-c, 2-a, 3-b
  12. Hansı sözün tələffüzü yazılışından fərqlənmir?

    1. A.ittiham
    2. B.mütəkkə
    3. C.qəddar
    4. D.saqqal
  13. Hansı bitmiş fikir ifadə edir?

    1. A.Bura Vətəndir
    2. B.Qələbə sevinci
    3. C.Vətənpərvərlik
    4. D.Vətən sevgisi
  14. Haşiyə nədir?

    1. A.Mətndə haqqında danışılan əsas obrazdır.
    2. B.Mətndən kənarda tanış olmayan sözlərin izahıdır.
    3. C.Mətndə səhv yazılmış sözlərin düzgün yazılışıdır.
    4. D.İnformativ mətndə verilmiş əsas məlumatlardır.
  15. Hansı cümlədə keyfiyyət bildirən sifət işlənmişdir?

    1. A.Heç kəs arıq quzunu tapa bilmirdi.
    2. B.Payızda sarı yarpaqlar tökülür.
    3. C.Soyuq hava otağa doldu.
    4. D.Atam həyətdə dərin quyu qazmışdı.

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin