3-cü sinif riyaziyyat KSQ 1: sınaq sualları və cavabları

Bu səhifədə 3-cü sinif riyaziyyat fənnindən KSQ 1 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Bu dəstdə hansı mövzular var

Suallar bu mövzulardandır. Məktəbdə hansı mövzuların keçildiyinə baxıb uyğun dəsti seçin.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Aşağıdakı uzunluqlardan hansı 3 metrə bərabərdir?

    1. A.2 m + 85 sm
    2. B.2 m + 100 sm
    3. C.285 sm + 1 m
    4. D.195 sm + 2 m
  2. Verilmiş fiqurun perimetrini tapın.

    Sualın şəkli
    1. A.1 m 7 sm
    2. B.1 m 40 sm
    3. C.1 m 17 sm
    4. D.1 m 30 sm
  3. Aysel 525 qram unun 35 \tfrac{3}{5} hissəsini şirniyyat bişirdi. Neçə qram un artıq qaldı?

    1. A.325 q
    2. B.315 q
    3. C.253 q
    4. D.210 q
  4. Tutumu 9 l olan çaydanda 7 l su var. Çaydana 4 dolu stəkan su töküb doldurdular. Stəkanın tutumu neçə millilitrdir?

    1. A.250 ml
    2. B.350 ml
    3. C.400 ml
    4. D.500 ml
  5. Verilmiş iki vaxt arasındakı saat fərqini tapın.

    Sualın şəkli
    1. A.1 saat 30 dəq
    2. B.2 saat 20 dəq
    3. C.30 dəq
    4. D.45 dəq
  6. Oxu fırlatdıqda düşən ədədin 3-ə bölünmə ehtimalı nə qədərdir?

    Sualın şəkli
    1. A.Ola bilməz.
    2. B.Mütləq olacaq.
    3. C.Ola bilər.
    4. D.Çətin ki, olsun.
  7. Bir televizor zavoddan 470 manata alınır və mağazada 527 manata satılır. Gün ərzində 6 belə televizor satılarsa, mağaza nə qədər qazanc əldə edər?

    1. A.358 manat
    2. B.342 manat
    3. C.340 manat
    4. D.376 manat
  8. Rəsulun boyu 150 sm uzunluğundadır. Bacısı Rənanın boyu isə Rəsulun boyundan 26 \tfrac{2}{6} sm qısadır. Uşaqların boyları cəmi nə qədərdir?

    1. A.3 m 40 sm
    2. B.2 m 50 sm
    3. C.2 m 40 sm
    4. D.2 m
  9. Düzbucaqlının perimetri 60 sm, uzunluğu enindən 16 sm böyük olarsa, onun uzunluğunu tapın.

    1. A.21
    2. B.22
    3. C.23
    4. D.24
  10. Kiloqramı 40 manat olan zeytun yağından 12 \tfrac{1}{2} kq, kiloqramı 80 manat olan kərə yağından 14 \tfrac{1}{4} kq alan Əli bəy nə qədər pul ödəmişdir?

    1. A.60 man
    2. B.50 man
    3. C.40 man
    4. D.20 man
  11. Qabda 2 l portağal şirəsi var. Bu qabdan 750 ml portağal şirəsi içildi. Qalan şirə 300 ml-lik qablara dolduruldu. Nə qədər portağal şirəsi artıq qaldı?

    1. A.20 ml
    2. B.50 ml
    3. C.125 ml
    4. D.100 ml
  12. Bakıdan Şamaxıya 40 dəqiqədən bir avtobus yola düşməkdədir. Əhmədin avtobusu saat 11:30-da yola düşmüşdür. Əli bir sonrakı avtobusla gələcəyinə görə onun avtobusu saat neçədə yola düşəcək?

    1. A.10:50
    2. B.11:00
    3. C.12:10
    4. D.12:40
  13. Sinifdə cəmi neçə şagird var?

    Sualın şəkli
    1. A.24
    2. B.22
    3. C.25
    4. D.35
  14. Satıcı hər qutuda 240 kq üzüm olan 3 qutu üzüm alıb mağazasına gətirdi. Satıcı üzümlərin 500 kq-nı satdı. Satıcının neçə kiloqram üzümü qalmışdır?

    1. A.160 kq
    2. B.220 kq
    3. C.310 kq
    4. D.230 kq
  15. Həsən 75 km-lik yolun 15 \tfrac{1}{5} -ni getdikdən sonra birinci dəfə istirahət üçün dayandı. Qalan yolun 13 \tfrac{1}{3} -ni getdikdən sonra ikinci dəfə dayandı. Həsənin nə qədər yolu qaldı?

    1. A.37
    2. B.38
    3. C.39
    4. D.40

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin