3-cü sinif riyaziyyat KSQ 2: sınaq sualları və cavabları

Bu səhifədə 3-cü sinif riyaziyyat fənnindən KSQ 2 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Sonu 8 rəqəmi ilə qurtaran 60-dan böyük 120-dən kiçik bütün ədədlərin cəmindən 235 vahid kiçik olan ədədi onluqlara qədər yuvarlaqlaşdırın.

    1. A.320
    2. B.430
    3. C.330
    4. D.450
  2. 286 ədədinin yüzlüklərinə 4 yüzlük əlavə edib onluqlarından 3 onluq götürsək, aşağıda bəndlərdən hansı alınar?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
    4. D.D variantı
  3. Yuxarıdakı ədədlərdən hansı dörd yüz doxsan ədədini ifadə edir?

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
    4. D.D variantı
  4. 23 + 12 > A müqayisəsində A-nın yerinə yazıla biləcək ən böyük ədəd neçədir?

    1. A.34
    2. B.20
    3. C.25
    4. D.24
  5. Yüzlüklərə qədər yuvarlaqlaşdırıldıqda 400 alınan ən böyük ədədlə ən kiçik ədədin rəqəmləri cəminin fərqi neçədir?

    1. A.11
    2. B.9
    3. C.7
    4. D.12
  6. Verilmiş müqayisədə simvolun yerinə yazılacaq ədədlərin cəmi neçədir?

    Sualın şəkli
    1. A.24
    2. B.35
    3. C.37
    4. D.39
  7. Mənim boyum 112 sm-dir. Bacımın boyu isə məndən 5 sm hündürdür. İkimizin boy ölçülərinin cəmi neçədir?

    Sualın şəkli
    1. A.290
    2. B.240
    3. C.229
    4. D.219
  8. Rəqəmləri fərqli üçrəqəmli ən böyük ədəddən 8 onluq, 4 yüzlük, 6 təklik kiçik olan ədəddən əvvəl gələn ilk tək ədəd neçədir?

    1. A.470
    2. B.499
    3. C.500
    4. D.501
  9. Yandaki şəkildə üçrəqəmli ədədin mərtəbə qiymətləri göstərilmişdir. Buna əsasən ulduzun hansı ədəd olmalıdır?

    Sualın şəkli
    1. A.70
    2. B.100
    3. C.700
    4. D.600
  10. Dörd yüz altı ədədinin yüzlüyü, üç yüz yetmiş beş ədədinin onluğu, iki yüz yeddi ədədinin təkliyi götürülüb yeni ədəd yaradılarsa, aşağıdakılardan hansı alınar?

    1. A.465
    2. B.747
    3. C.477
    4. D.474
  11. 3A5 < 36A müqayisəsində A-nın yerinə yazılacaq ən böyük ədədlə 6-nın hasilini tapın.

    1. A.30
    2. B.24
    3. C.36
    4. D.48
  12. Aşağıdakı ədədlərdən hansı ən yaxın onluğa səhv yuvarlaqlaşdırılmışdır?

    1. A.608 → 610
    2. B.111 → 110
    3. C.275 → 270
    4. D.219 → 220
  13. Modellə verilmiş ədədin sözlərlə yazılış forması aşağıdakılardan hansıdır?

    Sualın şəkli
    1. A.Üç yüz əlli bir
    2. B.Dörd yüz qırx yeddi
    3. C.Dörd yüz yetmiş dörd
    4. D.Altı yüz altmış
  14. Fermada 224 qoyun, qoyunlardan 120 ədəd çox inak var. Fermada cəmi neçə heyvan var?

    1. A.568
    2. B.564
    3. C.764
    4. D.768
  15. Verilmiş rəqəmlərdən bir dəfə istifadə etməklə yazıla bilən ən böyük üçrəqəmli tək ədədi onluqlara qədər yuvarlaqlaşdırın.

    Sualın şəkli
    1. A.430
    2. B.420
    3. C.350
    4. D.330

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin