3-cü sinif riyaziyyat KSQ 5: sınaq sualları və cavabları

Bu səhifədə 3-cü sinif riyaziyyat fənnindən KSQ 5 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Bu dəstdə hansı mövzular var

Suallar bu mövzulardandır. Məktəbdə hansı mövzuların keçildiyinə baxıb uyğun dəsti seçin.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. 33-dən sonra gələn ilk iki ardıcıl cüt ədədin cəmini 7-yə bölüb, alınan qismətin üzərinə 667 əlavə edib onluqlara qədər yuvarlaqlaşdırsaq, neçə alınar?

    1. A.670
    2. B.680
    3. C.620
    4. D.630
  2. Gülay birinci gün 12 manat, ikinci gün bundan 6 manat çox pul xərclədi. O bu iki gündə eyni qiymətə 6 dəftər almışdırsa, hər dəftərin qiyməti neçə manatdır?

    1. A.4 manat
    2. B.6 manat
    3. C.5 manat
    4. D.3 manat
  3. Bu ədədi 8-ə vurduqda 64 alınır. Həmin ədədlə A>347 müqayisəsini ödəyən ən kiçik ədədin cəmini tapın.

    1. A.356
    2. B.358
    3. C.359
    4. D.360
  4. Aşağıdakı misallardan hansında mötərizə işarəsi silinsə, misalın nəticəsi dəyişməz?

    1. A.7 x (6 + 4)
    2. B.(24 - 12) : 6
    3. C.(4 x 8) + 13
    4. D.(7 + 3) x 9
  5. a = 4 və y = 2 x a olduqda 5 x y + 4 x a ifadəsinin qiymətini tapın.

    1. A.64
    2. B.62
    3. C.56
    4. D.52
  6. I. 5 x (14 - 8)II. 42 : 7 + 34III. 8 x 8 - 24IV. 3 x 3 + (9 - 6) + 1 x 3Hansı əməllərin nəticəsi eynidir?

    1. A.I, II
    2. B.II, III
    3. C.III, IV
    4. D.I, IV
  7. 3 onluq 5 təklikdən ibarət ədədi 7-yə bölsək, qismətdə neçə alınar?

    1. A.5
    2. B.6
    3. C.8
    4. D.10
  8. 3 qələmqabı 18 manatdır. 43 manata bu qələmqabıdan neçəsini almaq olar?

    1. A.7
    2. B.6
    3. C.8
    4. D.3
  9. Nənənin 30 toyuğu və bundan 3 dəfə az cücəsi var. Nənənin cəmi neçə ev quşu var?

    1. A.65
    2. B.70
    3. C.40
    4. D.50
  10. Verilmiş misalı əməllər ardıcıllığına uyğun hesablayın. 14 + (28 + 26) : 9 + 19 - 12 = ?

    1. A.28
    2. B.23
    3. C.27
    4. D.19
  11. Dəyişənin hansı qiymətində 45 : m + 259 ifadəsi ən böyük qiymət alar?

    1. A.3
    2. B.9
    3. C.5
    4. D.1
  12. Aşağıdakı əməllərdən hansının nəticəsi yanlışdır?

    1. A.27 - 9 : 3 = 24
    2. B.54 : 6 x 3 = 27
    3. C.40 + 10 : 5 = 42
    4. D.28 - 6 : 3 = 24
  13. 81-dən 9 dəfə kiçik olan ədədi 7 dəfə artırıb üzərinə 7 yüzlük 6 onluq 5 təklik əlavə etsək, cəm neçə olar?

    1. A.825
    2. B.828
    3. C.765
    4. D.768
  14. Modellə verilmiş çıxma əməlində fərqdən sonra gələn ilk tək ədədi hansı ədədə bölsək,qismət 7 edər?

    Sualın şəkli
    1. A.5
    2. B.7
    3. C.6
    4. D.9
  15. Ayaz biri 8 manata olan kitabdan 7 ədəd alıb satıcıya 100 manat verir. Satıcı ona neçə manat pul qaytarmalıdır?

    1. A.44
    2. B.45
    3. C.46
    4. D.47

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin