Bağlayıcının növləri. Bağlayıcıların bir-birini əvəz etməsi. Tarixi hadisə: 3-cü sinif Azərbaycan dili tapşırıqları

Bu səhifədə 3-cü sinif Azərbaycan dili fənnindən «Bağlayıcının növləri. Bağlayıcıların bir-birini əvəz etməsi. Tarixi hadisə» mövzusu üzrə 5 nümunə sual var. Sualları övladınızla birlikdə oxuyun, sonra cavabı və izahı yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 24 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. Hansı cümlədəki fikir qarşılaşdırılıb?

    1. A.Buğda dəyirmanda üyüdülür, un hazırlanır.
    2. B.Ağaclar çiçək açdı, çünki yaz gəlmişdi.
    3. C.Gözlədik, amma gələn olmadı.
    4. D.Güclü külək əsdi, yarpaqlar töküldü.
  2. Verilmiş cümlədə nöqtələrin yerinə hansı bağlayıcını yazmaq olar?
    Biz filmə baxdıq, ... müzakirə etmədik.

    1. A.amma
    2. B.çünki
    3. C.ona görə də
    4. D.ona görə ki
  3. Hansı cümlədəki bağlayıcını "lakin" bağlayıcısı ilə əvəz etmək olmaz?

    1. A.Uşaq dəcəllik etdi və anası ona acıqlandı.
    2. B.Havalar isindi, fəqət qarlar ərimədi.
    3. C.Uşaq ucadan ağlayırdı, amma heç kim onu eşitmirdi.
    4. D.Məstan siçanı tutmaq istədi, ancaq siçan qaçmağı bacardı.
  4. Hansı cümlələrdə fikirlər qarşılaşdırılıb?
    1. Mən çağırdım, amma Tural gəlmədi.
    2. Sən doğru deyirsən, lakin mən bu fikirlərə qatılmıram.
    3. Səhər açıldı və ətraf işıqlandı.
    4. Hamı dinləsin, ona görə ki mən danışıram.

    1. A.1, 3
    2. B.3, 4
    3. C.1, 2
    4. D.2, 3
  5. Bağlayıcının növünə əsasən ardıcıllığı davam etdirən sözü seçin.

    Sualın şəkli
    1. A.fəqət
    2. B.ilə
    3. C.çünki
    4. D.ona görə ki

Tətbiqdə bu mövzu üzrə 24 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Mürəkkəb cümlə. Mürəkkəb cümlədə vergül və bağlayıcılar. Obraz xəritəsi», sonra «Ümumiləşdirici tapşırıqlar» gəlir.

  1. Bu səhifəBağlayıcının növləri. Bağlayıcıların bir-birini əvəz etməsi. Tarixi hadisə

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər