Say. Sayın yazılış formaları: 3-cü sinif Azərbaycan dili tapşırıqları

Bu səhifədə 3-cü sinif Azərbaycan dili fənnindən «Say. Sayın yazılış formaları» mövzusu üzrə 5 nümunə sual var. Sualları övladınızla birlikdə oxuyun, sonra cavabı və izahı yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 24 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. Hansı cümlədə təxmini say işlənmişdir?

    1. A.Bu tədbirdə az adam iştirak edirdi.
    2. B.İkinci sırada oturan kimdir?
    3. C.Kitabxanamızda yeddi yüz kitab var.
    4. D.Yeddinci mərtəbədə təmir işləri gedir.
  2. Hansı bənddə uyğunluq pozulmuşdur?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
    4. D.D variantı
  3. Miqdar sayının işləndiyi cümlə hansıdır?

    1. A.İkinci mərtəbədəki səs-küy binanın girişində eşidilirdi.
    2. B.Şeirin son misraları hamını kədərləndirdi.
    3. C.Bu universitetdə beşinci ilini keçirəcəkdi.
    4. D.Adətə görə bayram yeddi gün davam etməli idi.
  4. Cümlədəki say haqqında verilən fikirlərdən hansı doğrudur?
    Bu gün III dərsimiz boş keçdi.

    1. A.Təxmini miqdar sayıdır.
    2. B.Üçrəqəmli ədəddir.
    3. C.Neçənci? sualına cavab verir.
    4. D.Ərəb rəqəmləri ilə ifadə olunmuşdur.
  5. Doğru yazılmış sayı müəyyən edin.

    1. A.Mən 7-i gün istirahət edəcəyəm.
    2. B.Şeir kitabı III-cü rəfdə yerləşir.
    3. C.Əlifbanın 1-ci hərfi "A"-dır.
    4. D.Biz 4-ncü mərtəbədə qalırıq.

Tətbiqdə bu mövzu üzrə 24 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Dinləmə bacarığı. "L" samiti ilə başlanan şəkilçilər. Yaddaş xəritəsi», sonra «Ümumiləşdirici tapşırıqlar» gəlir.

  1. Bu səhifəSay. Sayın yazılış formaları

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər