Köməkçi sözlər. Qəhrəmanlıq dastanı: 3-cü sinif Azərbaycan dili tapşırıqları

Bu səhifədə 3-cü sinif Azərbaycan dili fənnindən «Köməkçi sözlər. Qəhrəmanlıq dastanı» mövzusu üzrə 5 nümunə sual var. Sualları övladınızla birlikdə oxuyun, sonra cavabı və izahı yoxlayın. Dapti tətbiqində bu mövzu üzrə 24 sual var.

Nümunə suallar

Övladınızla birlikdə həll edin. Düzgün cavabı və izahı görmək üçün «Cavaba bax» düyməsinə toxunun.

  1. Cümlələrə ardıcıllıqla hansı köməkçi sözlər uyğundur?
    Ayşə .... Camal birlikdə oyun oynadılar. Həsən məktəbə gəlmədi, .... xəstələnmişdi. Çox çalışdı, .... bacarmadı.

    1. A.ilə -- çünki -- amma
    2. B.lakin -- ancaq -- və
    3. C.ilə -- da -- kimi
    4. D.bəs -- çünki -- ancaq
  2. Cümlədəki köməkçi sözü hansı sözlə əvəz etmək olar?
    Səyyahın qatara qədər piyada yolu var idi.

    1. A.üçün
    2. B.görə
    3. C.kimi
    4. D.lakin
  3. Hansı cümlədə köməkçi söz işlənməmişdir?

    1. A.Çox çalışdı, amma tapşırıqları bitirə bilmədi.
    2. B.Yatana qədər kitab oxudu.
    3. C.Ağacdan qırmızı alma dərdim.
    4. D.Kamal və dostları parka getdilər.
  4. Altı sözdən ibarətdir. Tərkibində iki ədəd köməkçi söz var.
    Verilmiş məlumatlar hansı cümləyə aiddir?

    1. A.Arzu ilə dost olduğum üçün xoşbəxtəm.
    2. B.Mən yağış yağdığı üçün qaçaraq gəldim.
    3. C.Dənizə getmək üçün səbirsizlənirəm.
    4. D.Məstan həyətə qaçdı, amma Toplana çatmadı.
  5. Verilmiş cümlədəki boşluğun yerinə hansı köməkçi sözləri yazmaq olar?
    Hamı səs gələn meydana ....... baxdı.

    1. A.savayı, üçün
    2. B.amma, bəri
    3. C.kimi, isə
    4. D.tərəf, doğru

Tətbiqdə bu mövzu üzrə 24 sual var

Hər sualın izahı var. Dapti övladınızın cavablarına görə növbəti sualı seçir.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Mövzunun yeri

Dapti tətbiqində bu mövzudan əvvəl «Ümumiləşdirici tapşırıqlar», sonra «Mürəkkəb cümlə. Mürəkkəb cümlədə vergül və bağlayıcılar. Obraz xəritəsi» gəlir.

  1. Bu səhifəKöməkçi sözlər. Qəhrəmanlıq dastanı

Övladınız bu mövzunu Dapti tətbiqində davam etdirə bilər