3-cü sinif Azərbaycan dili BSQ 2: sınaq sualları və cavabları

Bu səhifədə 3-cü sinif Azərbaycan dili fənnindən BSQ 2 üçün 20 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə BSQ-nın əhatə etdiyi mövzular fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Biri təxəyyüldür:

    1. A.Dünyanın ən qısa çayı Roe çayıdır.
    2. B.Kainatın ən qaynar ulduzu Veneradır.
    3. C.Bütün planetlər Günəş ətrafında fırlanır.
    4. D.Muzeylər maddi-mənəvi xəzinədir.
  2. Hansı bənddə səhvə yol verilmişdir?

    Sualın şəkli
    1. A.asta-asta şirindil
    2. B.böyük-kiçik aşsüzən
    3. C.gözü-açıq arasıra
    4. D.söz-söhbət kəklikotu
  3. Verilmiş şeir neçə misradan ibarətdir?
    Mən istəyirəm:
    buludlar ağlasın
    uşaqlar ağlamasın;
    analı ya anasız.
    Mən istəyirəm:
    güllər açılsın,
    güllələr açılmasın,
    amanlı ya amansız.
    (R.Rza)

    1. A.7
    2. B.8
    3. C.9
    4. D.10
  4. Hansı cümlədə səhv yazılmış söz var?

    1. A.Raufun ayağı daşa dəydi.
    2. B.Dayanacağda onu gözləyirdik.
    3. C.Bayırdakı soyuğu sanki hiss edirdim.
    4. D.Kəpənəklər işığa tərəf uçurdu.
  5. Hansı cümlədə səhv yazılmış söz var?

    1. A.Hədiyyə verilən kitab çox qiymətdi idi.
    2. B.Dostluqda dürüstlük böyük rol oynayır.
    3. C.Film səhnəsi çox kədərli bitdi.
    4. D.Dekorasiyanın rəngləri uyğunluq təşkil edirdi.
  6. Hansı cümlədə təxmini say işlənmişdir?

    1. A.Bu tədbirdə az adam iştirak edirdi.
    2. B.İkinci sırada oturan kimdir?
    3. C.Kitabxanamızda yeddi yüz kitab var.
    4. D.Yeddinci mərtəbədə təmir işləri gedir.
  7. Hansı cümlədə say işlənmişdir?

    1. A.Film başlamazdan əvvəl zal tam dolmuşdu.
    2. B.Mağazaya ilk gələn müştəri hədiyyə qazandı.
    3. C.Hekayə sonda xoşbəxtliklə tamamlandı.
    4. D.Yarışda doqquz komanda mübarizə aparırdı.
  8. Cümlələrə ardıcıllıqla hansı köməkçi sözlər uyğundur?
    Ayşə .... Camal birlikdə oyun oynadılar. Həsən məktəbə gəlmədi, .... xəstələnmişdi. Çox çalışdı, .... bacarmadı.

    1. A.ilə -- çünki -- amma
    2. B.lakin -- ancaq -- və
    3. C.ilə -- da -- kimi
    4. D.bəs -- çünki -- ancaq
  9. Cümlələrdən biri mürəkkəb cümlədir:

    1. A.Yağış yağdığı üçün evə getdik.
    2. B.Qapı açıldı, qonaqlar içəri girdilər.
    3. C.Tədbir başlayanda şair içəridə idi.
    4. D.Gülmək üçün komediya filmi izlədilər.
  10. Hansı cümlədəki fikir qarşılaşdırılıb?

    1. A.Buğda dəyirmanda üyüdülür, un hazırlanır.
    2. B.Ağaclar çiçək açdı, çünki yaz gəlmişdi.
    3. C.Gözlədik, amma gələn olmadı.
    4. D.Güclü külək əsdi, yarpaqlar töküldü.
  11. Cümlələrdən hansı quruluşca digərlərindən fərqlənir?

    1. A.Aparılan təcrübə uğurla başa çatdı.
    2. B.Qapı açıq qaldı, içəriyə soyuq hava doldu.
    3. C.Əsən külək pəncərəyə toxunurdu.
    4. D.Qədim daşlar illərin ağırlığını, yükünü daşıyırdı.
  12. Boşluqlara ardıcıl olaraq hansı əvəzliklər yazılmalıdır?
    .... çox gözəl işlər gördülər.
    .... tanıdığım ən yaxşı insansan.
    .... çox yaxşı işlər görəcəyik.

    1. A.Onlar, Mən, Biz
    2. B.Biz, Onlar, Sən
    3. C.Onlar, Sən, Biz
    4. D.Sən, Siz, Biz
  13. Hansı söz həm isim, həm də feil kimi işlənə bilir?

    1. A.kök
    2. B.tut
    3. C.dolu
    4. D.qaş
  14. Hansı bənddə uyğunluq pozulmuşdur?

    Sualın şəkli
    1. A.yumşaq cəza
    2. B.sınıq ürək
    3. C.sərt xasiyyət
    4. D.hündür bina
  15. Cümlələrdən birində səhvə yol verilmişdir:

    1. A.Biz rayondan sabah qayıdacağıq.
    2. B.Onlar yarışa heç hazırlaşmadılar.
    3. C.Sən sualları həll edə bilməyəcəksiniz.
    4. D.Mən imtahana bu gün hazırlaşdım.
  16. Verilmiş feillərdən neçəsi indiki zamandadır?

    Sualın şəkli
    1. A.3
    2. B.2
    3. C.4
    4. D.5
  17. Cümlə hansı feillə tamamlanar?
    Nənəm bayram günlərində bizim evdə ......

    1. A.qalacaqlar
    2. B.qalacaq
    3. C.qalacaqsınız
    4. D.qalacağıq
  18. Hansı cümlədə şəxs əvəzliyi işlənmişdir?

    1. A.Müəllim bu qaydanı dəfələrlə təkrar etmişdi.
    2. B.Gərək, səninlə üzbəüz oturub danışaq.
    3. C.Dürüst olmaq üçün vicdanının səsini dinlə.
    4. D.Orada güclü külək əsirdi.
  19. Aşağıdakı sözlərdən hansının mənası "müdrik fikir" deməkdir?

    1. A.hikmət
    2. B.hekayət
    3. C.aforizm
    4. D.təmsil
  20. Hansı cümlədəki feil nümunədəki feillə eyni zamandadır?
    Qıy vuran qartallar yox oldu çəndə, Nərgizlər saraldı şehli çəməndə. (M.Araz)

    1. A.Günəş batanda quşlar yuvalarına qayıtdı.
    2. B.Mən səni indi çox yaxşı anlayıram.
    3. C.Bu xəbəri eşidəndə sevinəcəksən.
    4. D.Bəzi insanlar musiqi dinləyərək dincəlirlər.

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin