2-ci sinif riyaziyyat KSQ 4: sınaq sualları və cavabları

Bu səhifədə 2-ci sinif riyaziyyat fənnindən KSQ 4 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Bu dəstdə hansı mövzular var

Suallar bu mövzulardandır. Məktəbdə hansı mövzuların keçildiyinə baxıb uyğun dəsti seçin.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Düzgün cavabı müəyyən edin.

    Sualın şəkli
    1. A.37
    2. B.48
    3. C.36
  2. Bölmə əməlində bölən 4-ün ikiqatı, bölünən 59-dan 11 vahid kiçik ədəddir. Qismət neçədir?

    1. A.5
    2. B.9
    3. C.6
  3. Samir alma ağacından 40 alma dərdi və almaları 8 səbətə bərabər sayda yığdı. Bu ifadəni təkrar çıxma ilə göstərin.

    1. A.40 - 8 - 8 - 8 - 8 - 8
    2. B.40 - 5 - 5 - 5 - 5 - 5
    3. C.40 - 16 - 16 - 8
  4. Rəqəmləri cəmi 8 olan ən böyük ikirəqəmli cüt ədəd hansıdır?

    1. A.71
    2. B.80
    3. C.62
  5. İki ədədin fərqi 20-dir. Çıxılan 27-dən 9 dəfə kiçik olarsa, azalan ilə 43-ün cəmi neçədir?

    1. A.64
    2. B.65
    3. C.66
  6. Hansı bənddə bucaq yoxdur?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  7. Aşağıdakı misalların hansı ilə səbətlərdəki pomidorların sayını tapmaq olar?

    Sualın şəkli
    1. A.5 ×\times 5
    2. B.5 ×\times 4
    3. C.3 ×\times 5
  8. Verilmiş bölmə əməli ilə bağlı aşağıdakılardan hansı doğrudur? 56 : 7

    1. A.Qismət tək ədəddir.
    2. B.Qismətdən 4 dəfə az olan ədəd 2-dir.
    3. C.Bölən bölünəndən 49 vahid çoxdur.
  9. Səmanın pişiyi hər gün 2 qab yemək yeyir. 1 qutuda 6 qab yemək olarsa, Səmanın pişiyi 2 qutu yeməyi neçə günə yeyər?

    1. A.6
    2. B.4
    3. C.3
  10. Cüt (C) və tək (T) ədədlərin sayını müəyyən edin.

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  11. 7 ədəd 6, 8 onluq 9 təklikdən neçə vahid kiçikdir?

    1. A.2 onluq 5 təklik
    2. B.3 onluq 9 təklik
    3. C.4 onluq 7 təklik
  12. Aşağıdakı saatlardan hansının əqrəbləri düz bucaq əmələ gətirir?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  13. Bir torbada 8 kq buğda, digərində isə bundan 3 dəfə çox arpa var. 2 belə torbada neçə kiloqram arpa var?

    1. A.49
    2. B.50
    3. C.48
  14. Bölmə əməlində bölünən 18, bölən 3-ün ikiqatıdır. Qismət 19-dan neçə vahid kiçikdir?

    1. A.15
    2. B.16
    3. C.18
  15. Şəkildəki kitabları 3 dost arasında bərabər sayda bölüşdürsək, hərəsinə neçə kitab düşər?

    Sualın şəkli
    1. A.3
    2. B.5
    3. C.6

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin