2-ci sinif riyaziyyat KSQ 7: sınaq sualları və cavabları

Bu səhifədə 2-ci sinif riyaziyyat fənnindən KSQ 7 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Bu dəstdə hansı mövzular var

Suallar bu mövzulardandır. Məktəbdə hansı mövzuların keçildiyinə baxıb uyğun dəsti seçin.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Bir məktəb tədbirinə 36 şagird qatıldı. Onlardan 11 nəfəri oyun zonasına, 9 nəfəri isə kitab sərgisi olan hissəyə keçdi. Qalan şagirdlər isə zalda qaldı. Zalda neçə şagird qaldı? Məsələnin həllinə uyğun mötərizəli ifadə yazın və həll edin.

    1. A.17
    2. B.18
    3. C.16
  2. 6 onluq 7 təklikdən ibarət olan ədədin onluq və təkliklərinin yerini dəyişib alınan ədəddən 9-un ikiqatını çıxsaq, fərq neçə olar?

    1. A.57
    2. B.62
    3. C.58
  3. Modellə verilmiş ədəddən 5-in 6 qatı qədər böyük olan ədədi tapın.

    Sualın şəkli
    1. A.78
    2. B.73
    3. C.77
  4. Qazanda 16 litr süd var idi. Bu qazana 5 dəfə 6 litrlik qabla süd tökdükdən sonra qazan doldu. Qazanın tutumu nə qədərdir?

    1. A.46 l
    2. B.40 l
    3. C.36 l
  5. Hansı misalın nəticəsi cüt ədəddir?

    1. A.6 ×\times 6
    2. B.3 ×\times 5
    3. C.9 ×\times 7
  6. Məmməd çəkdiyi 2 ədəd parabüzənə cəmi 12 ədəd xal çəkmək istəyir. O hər parabüzənə neçə ədəd xal çəkməlidir?

    1. A.4
    2. B.5
    3. C.6
  7. 95 - (73 + 11) ifadəsinin qiymətindən 3-ün ikiqatı qədər böyük olan ədədlə 8-in fərqini tapın.

    1. A.9
    2. B.7
    3. C.8
  8. Baba 8 il sonra 76 yaşında olacaq. Baba 19 il əvvəl neçə yaşında idi?

    1. A.49
    2. B.42
    3. C.56
  9. Şəkildəki heyvanların cəmi neçə ayağı var?

    Sualın şəkli
    1. A.30
    2. B.20
    3. C.25
  10. Bir köynəyin tikilməsinə 9 düymə istifadə edilirsə, 5 köynəyin tikilməsinə neçə düymə istifadə olunar?

    1. A.40
    2. B.45
    3. C.35
  11. 7 ×\times 9 = B + 29 ifadəsində B-nin yerinə yazılacaq ədədlə 3 onluq 6 təkliyin cəmini tapın.

    1. A.45
    2. B.68
    3. C.70
  12. 49 ilə 25-in fərqindən 8 dəfə kiçik olan ədədi ədəd oxunda göstərin.

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  13. a = 24, b = 45 olarsa, (a + b) - 39 ifadəsinin qiyməti hansı bənddə doğru göstərilmişdir?

    1. A.30
    2. B.40
    3. C.10
  14. Modellə verilmiş ədəddən 1 onluq 7 təklik böyük olan ədəd 56-dan nə qədər kiçikdir?

    Sualın şəkli
    1. A.23
    2. B.24
    3. C.26
  15. (16 - 12) ×\times 1 ifadəsinin nəticə ilə (15 - 9) ×\times 0 ifadəsinin nəticəsinin cəmini tapın.

    1. A.6
    2. B.3
    3. C.4

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin