2-ci sinif riyaziyyat KSQ 6: sınaq sualları və cavabları

Bu səhifədə 2-ci sinif riyaziyyat fənnindən KSQ 6 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. 1-ci ədəd 24, hər sonrakı ədəd isə özündən əvvəlki ədəddən 2 dəfə kiçik olan üç ədədin cəmini tapın.

    1. A.42
    2. B.55
    3. C.48
  2. Ən böyük birrəqəmli ədədlə rəqəmləri cəmi 8 olan ən böyük ikirəqəmli tək ədədin cəmini tapın.

    1. A.90
    2. B.82
    3. C.80
  3. Yandakı cədvəldə fermada yaşayan heyvanlar verilmişdir. Cədvələ əsasən fermada yaşayan heyvanların ayaqlarının sayı nə qədərdir?

    Sualın şəkli
    1. A.36
    2. B.32
    3. C.31
  4. Olarsa, M - N fərqini tapın.

    Sualın şəkli
    1. A.54
    2. B.53
    3. C.52
  5. Modellə verilmiş ədəddən 4 onluq 8 təklik kiçik olan ədədi tapın.

    Sualın şəkli
    1. A.7
    2. B.6
    3. C.4
  6. 28 ədədi ilə bundan 35 vahid böyük olan ədədin cəmi 100-dən neçə vahid kiçikdir?

    1. A.7
    2. B.6
    3. C.9
  7. Bağçada 1-ci cərgədə 7, digər iki cərgənin hər birində isə 14 ağac əkildi. Üç cərgədə cəmi neçə ağac əkildi?

    1. A.35
    2. B.48
    3. C.28
  8. 15 < A < 40 müqayisəsini ödəyən sonu 4 rəqəmi ilə bitən ədədlərin cəmini tapın.

    1. A.58
    2. B.59
    3. C.60
  9. Piyada saatda 4 km olmaqla 7 saata neçə kilometr yol gedər?

    1. A.29 km
    2. B.28 km
    3. C.32 km
  10. 75 - 3 ifadəsində fərqdən 7 vahid kiçik olan ədədi tapın.

    1. A.65
    2. B.66
    3. C.17
  11. Modellə verilmiş ədəddən 2 onluq 1 təklik çıxsaq, hansı ədəd alınar?

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  12. Çıxılan 5 onluq 7 təklik, fərq 32 olarsa, azalandan sonra gələn ədədi tapın.

    1. A.90
    2. B.91
    3. C.93
  13. Hansı variantdakı ədədlərin cəmi 83-ə bərabərdir?

    1. A.41 + 29 + 16
    2. B.15 + 23 + 48
    3. C.12 + 45 + 26
  14. 3 ədəd 4 litrlik, 8 ədəd yarımlitrlik qablardakı südü qazana töküb üzərinə 15 l süd əlavə etdilər. Qazanda neçə litr süd oldu?

    1. A.29 l
    2. B.31 l
    3. C.35 l
  15. 18 : 9 ifadəsini təkrar çıxma əməlinin köməyi ilə göstərin.

    1. A.18 - 2 - 2 - 2 - 2 - 2
    2. B.18 - 9 - 9
    3. C.18 - 6 - 6 - 6

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin