2-ci sinif riyaziyyat KSQ 8: sınaq sualları və cavabları

Bu səhifədə 2-ci sinif riyaziyyat fənnindən KSQ 8 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Bu dəstdə hansı mövzular var

Suallar bu mövzulardandır. Məktəbdə hansı mövzuların keçildiyinə baxıb uyğun dəsti seçin.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. 6 qazanın hər birində 5 l süd var. Bu qazandakı südləri 7 l-lik bidonlara ayırıb pendir hazırladılar. Nə qədər süd artıq qaldı?

    1. A.6 litr
    2. B.3 litr
    3. C.2 litr
  2. Ədəd oxu üzərində təsvir olunmuş bölmə əməli hansıdır?

    Sualın şəkli
    1. A.24 : 4 = 6
    2. B.24 : 8 = 3
    3. C.24 : 6 = 4
  3. Boş xanalara yazılacaq ədədləri müəyyən edin.

    Sualın şəkli
    1. A.380; 400
    2. B.380; 390
    3. C.390; 400
  4. 562 ədədinin yüzlük və təkliklərinin yerini dəyişib onluqlarını 4 vahid azaltsaq, yeni yaranan ədəd neçə olar?

    1. A.625
    2. B.225
    3. C.252
  5. 1 kq qozun qiyməti 4 manat, 1 kq fındığın qiyməti isə 6 manatdır. Aydan qoz və fındıqdan 2 kq alsa, kassaya nə qədər pul ödəməlidir?

    1. A.20 man
    2. B.24 man
    3. C.18 man
  6. Modellə verilmiş ədəd hansıdır?

    Sualın şəkli
    1. A.632
    2. B.542
    3. C.744
  7. Azalan 3 onluq 7 təklikdən ibarət olan ədəd, fərq 19 olarsa, çıxılandan 3 dəfə kiçik olan ədəd neçədir?

    1. A.8
    2. B.7
    3. C.6
  8. 3 ×\times 4 misalına uyğun ədəd oxu hansıdır?

    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  9. Cədvəlin boş xanalarına uyğun gələn ədədləri tapın.

    Sualın şəkli
    1. A.400; 330
    2. B.400; 320
    3. C.500; 320
  10. Aşağıdakı şərtləri ödəyən ədəd hansıdır? 1) 9 yüzlüyü var. 2) Onluqlarının sayı yüzlüklərinin sayından 5 vahid azdır. 3) Rəqəmləri cəmi isə 15-ə bərabərdir.

    1. A.492
    2. B.942
    3. C.945
  11. Konkinin qiyməti skuterin qiymətindən 27 manat azdır. Əli 50 manat pul verib bir ədəd konki alarsa, onun neçə manat pulu qalar?

    Sualın şəkli
    1. A.3 man
    2. B.4 man
    3. C.5 man
  12. 263, ..., 283, 293 sıralamasında nöqtələrin yerinə yazılacaq ədədin neçə onluğu var?

    1. A.8
    2. B.9
    3. C.7
  13. Modellə verilmiş ədəddən 5 dəfə kiçik olan ədəd 3-ün ikiqatından nə qədər böyükdür?

    Sualın şəkli
    1. A.2
    2. B.3
    3. C.5
  14. Şəkildəki əşyaları 6 qrupa bölsək, hər qrupda neçə əşya olar?

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  15. 7, 2, 6 rəqəmlərindən bir dəfə istifadə etməklə yaranacaq ən kiçik üçrəqəmli ədədi tapın.

    1. A.267
    2. B.762
    3. C.276

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin