2-ci sinif riyaziyyat KSQ 3: sınaq sualları və cavabları

Bu səhifədə 2-ci sinif riyaziyyat fənnindən KSQ 3 üçün 15 sual var, hər birinin cavabı və izahı ilə. Bu, Dapti-nin öz məşq dəstidir: rəsmi məktəb materialı deyil, heç bir dərslikdən və ya nəşriyyatdan götürülməyib. Məktəbinizdə KSQ-ların sırası fərqli ola bilər, ona görə aşağıdakı mövzulara baxın.

Bu dəstdə hansı mövzular var

Suallar bu mövzulardandır. Məktəbdə hansı mövzuların keçildiyinə baxıb uyğun dəsti seçin.

Dəstin sualları

Övladınız sualı əvvəl özü həll etsin, sonra «Cavaba bax» ilə birlikdə yoxlayın və izahı oxuyun.

Vərəqdə ad və tarix yeri var, cavablar ayrıca son səhifədədir. PDF faylı üçün çap pəncərəsində printer yerinə PDF seçin.

  1. Şəbnəmin anası Şəbnəmə 13 dilim alma və bundan 3-ün ikiqatı qədər çox portağal dilimi verdi. Şəbnəmin anası ona neçə portağal dilimi verdi?

    1. A.10
    2. B.12
    3. C.19
  2. Mağazaya 3, sonra isə 1 kisə un gəldi. Bundan sonra mağazada 28 kisə un oldu. Əvvəlcə mağazada neçə kisə un var idi?

    1. A.25
    2. B.23
    3. C.24
  3. Azalan 58 və 18 ədədlərinin fərqinə, çıxılan isə 25 və 15 ədədlərinin cəminə bərabərdir. Fərq neçədir?

    1. A.20
    2. B.10
    3. C.0
  4. 78-dən A ədədini çıxdıqda fərqdə 28-dən 11 vahid kiçik ədəd alınır. A-nı tapın.

    1. A.61
    2. B.63
    3. C.57
  5. Fikrimdə tutduğum ədəd 40 ilə 30-un fərqindən 10 vahid böyükdür. Fikrimdə tutduğum ədəd neçədir?

    1. A.10
    2. B.20
    3. C.50
  6. Bağda 38 armud, bundan 6 + 6 + 6 cəmi qədər az heyva və 11 gilas ağacı əkdilər. Bağda cəmi neçə ağac əkdilər?

    1. A.67
    2. B.69
    3. C.48
  7. Birinci kisədə 16 kq buğda, ikinci kisədə bundan 4 kq çox arpa var. İki kisədə cəmi neçə kiloqram taxıl var?

    1. A.36 kq
    2. B.46 kq
    3. C.20 kq
  8. Modellə verilmiş ədəddən 6 vahid kiçik olan ədədi tapın.

    Sualın şəkli
    1. A.33
    2. B.24
    3. C.31
  9. Habil 10 il sonra 43 yaşında olacaq. 10 il əvvəl Habilin neçə yaşı var idi?

    1. A.33
    2. B.25
    3. C.23
  10. Səma pulqabısındakı 27 qəpiyə qələm, 31 qəpiyə isə karandaş almaq istəyir. Səma pulqabısına baxdıqda orada 46 qəpiyin olduğunu gördü. İstədiyi əşyaları almaq üçün Səmanın neçə qəpiyi çatmır?

    1. A.10 qəp
    2. B.15 qəp
    3. C.12 qəp
  11. 31-dən sonra gələn ilk iki ardıcıl tək ədədin cəmi 43-dən neçə vahid böyükdür?

    1. A.25
    2. B.27
    3. C.15
  12. Zəhra albomunun 8 səhifəsinin hər birinə 4 ədəd çiçək markası yapışdırdı. O, alboma cəmi neçə marka yapışdırdı?

    1. A.42
    2. B.38
    3. C.32
  13. Sonu 2 rəqəmi ilə qurtaran və 30-dan kiçik olan ikirəqəmli ədədlərin cəmini tapın.

    1. A.34
    2. B.36
    3. C.43
  14. Uyğunlaşdırın.

    Sualın şəkli
    1. A.A variantı
    2. B.B variantı
    3. C.C variantı
  15. Xanımın fikrində tutduğu ədəd 42-dən 20 vahid kiçikdir. Xanım fikrində hansı ədədi tutub?

    1. A.32
    2. B.30
    3. C.22

Bu mövzular tətbiqdə də var

Dapti tətbiqində bu mövzuların hər biri üçün tapşırıqlar və hər sualın izahı var. Tapşırıqlar övladınızın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Yoxlamadan əvvəl mövzuları tətbiqdə təkrar edin