4-cü sinif BSQ testləri

İbtidai sinfin son ilində yarımil sonu yoxlama ən geniş halını alır: çoxrəqəmli ədədlər, kəsrlər, diaqramlar, cümlə üzvləri və mətn təhlili. Aşağıdakı suallarla övladınızın yarımili nə qədər möhkəm bildiyini evdə yoxlayın.

I yarımil və II yarımil BSQ-su

Hər yarımilin sonunda bir BSQ yazılır: I yarımilinki ilin birinci yarısında keçilən bölmələrdən, II yarımilinki ikinci yarısından. 4-cü sinifdə II yarımilin yoxlaması ibtidai təhsilin də sonuna düşür, ona görə orada əvvəlki mövzulara söykənən suallar da olur.

Riyaziyyat və Azərbaycan dili sualları Dapti-nin “I yarımil üzrə” və “II yarımil üzrə ümumiləşdirici tapşırıqlar” dəstlərindən, ingilis dili sualları isə “Big Summative 1” və “Big Summative 2” dəstlərindən götürülüb.

4-cü sinif üçün BSQ tipli suallar

Fənni seçin. Hər fəndə I və II yarımildən qarışıq suallar var. Övladınız əvvəl özü həll etsin, sonra “Cavaba bax” ilə izahı birlikdə oxuyun.

Riyaziyyat

  1. Mağazada ən çox satılan köynək ilə ən az satılan köynəyin sayının cəmi neçədir? Bir qutuda 12 köynək var.

    Sualın şəkli
    1. A.68
    2. B.72
    3. C.50
    4. D.48
  2. 157346 ədədinin sözlə yazılışı hansı bənddə doğru göstərilib?

    1. A.yüz əlli yeddi min üç yüz qırx
    2. B.yüz əlli yeddi min qırx altı
    3. C.Yüz əlli yeddi min üç yüz qırx altı
    4. D.yüz əlli yeddi üç yüz qırx altı
  3. 4, 2, 6 rəqəmlərindən bir dəfə istifadə etməklə yazıla bilən ən böyük və ən kiçik ədədlərin cəmini tapın.

    1. A.777
    2. B.888
    3. C.555
    4. D.999
  4. Diametri 24 sm olan çevrənin radiusunu tapın.

    1. A.16 sm
    2. B.12 sm
    3. C.48 sm
    4. D.24 sm
  5. 6 km - 2314 m = …\ldots m Yuxarıdakı bərabərlikdə nöqtəli yerə hansı ədəd yazılmalıdır?

    1. A.8407
    2. B.6307
    3. C.5484
    4. D.3686
  6. Qanunauyğunluğa əsasən növbəti 2 ədəd hansılardır? ; 1896, 3792, 7584, .... , .....

    1. A.15168, 32336
    2. B.22752, 68256
    3. C.15168, 30336
    4. D.70000, 75236
  7. Fərqi tapın. ; 8,47 - 3,35

    1. A.5,13
    2. B.11,72
    3. C.8,42
    4. D.5,12
  8. Qutuya 4 sarı, 1 mavi, 2 narıncı şar qoyuldu. 9 belə qutuda neçə şar oldu?

    1. A.35
    2. B.42
    3. C.49
    4. D.63
  9. 53105\dfrac{3}{10} kəsrinin onluq kəsr kimi yazılışı hansı bənddə doğru göstərilmişdir.

    1. A.5,003
    2. B.5,03
    3. C.5,3
    4. D.5,0003
  10. Verilmiş bölmə əməllərinin nəticələrinin cəmi neçədir?

    Sualın şəkli
    1. A.15111
    2. B.15102
    3. C.17500
    4. D.12580

Bu suallar tam dəstin kiçik bir hissəsidir

Dapti tətbiqində 4-cü sinfin hər bölməsi üçün tapşırıqlar, I və II yarımil üzrə ümumiləşdirici dəstlər və ingilis dili üzrə “Big Summative” dəstləri var. Tətbiqi pulsuz sınaq müddəti ilə başlaya bilərsiniz.

Tətbiqdə davam edin

4-cü sinif BSQ testləri hansı mövzuları əhatə edir

Yarımil sonu yoxlamada ən çox rast gəlinən mövzular:

Riyaziyyat
Çoxrəqəmli ədədlər, onların toplanması, çıxılması, ikirəqəmli və üçrəqəmli ədədə vurulması və bölünməsi. Ədədi ifadələr, tənlik qurmaqla məsələ həlli. Bərabər kəsrlər, qarışıq ədədlər, onluq kəsrlər. Bucaq və transportir, çevrə, perimetr, sahə, həcm. Zaman, sürət, cədvəl və dairəvi diaqram.
Azərbaycan dili
Sinonim, antonim, omonim və çoxmənalı sözlər, frazeoloji birləşmələr. İsmin hallanması, sifətin dərəcələri, zərf, əvəzlik, mürəkkəb fellər. Cümlə üzvləri: mübtəda, xəbər və ikinci dərəcəli üzvlər. Mətnlə iş: annotasiya, esse, sitat, mübaliğə.
İngilis dili
Sözlə yazılan saylar və sıra sayları, aylar və həftənin günləri, “It is half past nine.” tipli saat ifadələri, “the boy’s computer” kimi yiyəlik forması, insanlar haqqında qısa sual və cavablar.

4-cü sinif BSQ-suna evdə necə hazırlaşmaq olar

  1. 1

    Yarımilin xəritəsini çıxarın

    Uşaqla birlikdə dərsliyin mündəricatından yarımilin bölmələrini yazın və hər birinin yanında ona nə qədər asan gəldiyini qeyd edin.

  2. 2

    Uzun sualla məşq edin

    Diaqramlı və mətnli sualları tələsmədən həll etsin: əvvəl verilənləri ayırsın, sonra hesablasın. Bu vərdiş BSQ-da ən çox vaxt qazandırır.

  3. 3

    Tətbiqdə davam edin

    Dapti tətbiqində hər bölmənin tapşırıqları və yarımil dəstləri var. Siz həftəlik hesabatda hansı bölmənin hələ təkrar istədiyini görürsünüz.

İbtidai sinfin son ilinin təkrarı tətbiqdədir

4-cü sinfin bütün bölmələri üzrə tapşırıqlar, hər sualın izahı, yarımil üzrə ümumiləşdirici dəstlər və ingilis dili üzrə “Big Summative” dəstləri. Tapşırıqlar uşağın cavablarına uyğunlaşır.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Valideynlərin tez-tez verdiyi suallar

4-cü sinifdə BSQ-nin əvvəlki siniflərdən fərqi nədir?

Suallar daha uzun olur: riyaziyyatda cədvəl və ya diaqramdan məlumat götürüb bir neçə addımda hesablamaq, Azərbaycan dilində verilmiş mətn və ya şeir parçası üzərində qrammatik sual cavablandırmaq lazım gəlir. Ona görə sualı sona qədər oxumaq vərdişi bu sinifdə xüsusilə vacibdir.

Onluq kəsrlər çətin gəlirsə, nədən başlayaq?

Pulla bağlı misallardan: 2 manat 35 qəpiyin 2,35 kimi yazılması uşağa onluq kəsrin mənasını tez göstərir. Sonra müqayisə, ən sonda toplama və çıxma gəlir. Nümunə sualların izahında addımlar yazılıb.

İngilis dili sualları hansı dəstlərdəndir?

4-cü sinif ingilis dilində tətbiqdə “Big Summative” adlı iki ayrıca yarımil dəsti var. Bu səhifədəki ingilis dili sualları həmin dəstlərdən götürülüb, izahları Azərbaycan dilindədir.

4-cü sinif BSQ testləri rəsmi suallardır?

Xeyr. Bunlar 4-cü sinif dərsliklərinin mövzularına uyğun BSQ tipli məşq suallarıdır. Məktəbdəki yoxlamanın suallarını məktəb özü hazırlayır.

Sualların hamısına baxmaq pulsuzdur?

Bu səhifədəki nümunə suallar hər kəs üçün açıqdır. Tam dəstlər Dapti tətbiqindədir, tətbiqi pulsuz sınaq müddəti ilə başlaya bilərsiniz.

Yarımilin bütün bölmələrini tətbiqdə təkrar edin

Hər gün qısa bir tapşırıq, hər sualın izahı və sizin üçün həftəlik hesabat.