4-cü sinif monitorinq sualları

Monitorinqdə uşaqdan bir qaydanı yox, oxuduğunu anlamağı və bildiyini yeni vəziyyətdə işlətməyi gözləyirlər. Aşağıdakı riyaziyyat və Azərbaycan dili sualları elə bu bacarıqları yoxlayır, hər birinin cavabı və izahı var.

Monitorinq nədir?

Monitorinq şagirdlərin nəyi bildiyini geniş bir qrupda yoxlamaq üçün aparılan yazılı işdir. Məqsəd bir uşağa qiymət vermək yox, sinfin və məktəbin vəziyyətini görməkdir. Belə yoxlamalar çox vaxt bir təhsil pilləsinin sonunda aparılır, ibtidai təhsil üçün bu 4-cü sinifdir.

Monitorinq sualları adi testdən fərqlənir: çox vaxt əvvəl bir mətn, cədvəl və ya diaqram verilir, sual isə ondan məlumat tapmağı, müqayisə etməyi və ya nəticə çıxarmağı istəyir. Bir mövzunun qaydasını bilmək kifayət etmir, onu tanıyıb işlətmək lazımdır.

Bu səhifədəki 4-cü sinif monitorinq sualları rəsmi material deyil. Dapti-nin 4-cü sinif dərsliklərinin mövzularından seçdiyi, eyni bacarıqları yoxlayan monitorinq tipli suallardır.

Monitorinq tipli suallar

Riyaziyyatda cədvəl, diaqram və həyati məsələlər, Azərbaycan dilində mətn, cümlə və söz üzərində iş. Fənni seçin və uşaq sualı tələsmədən oxusun.

Riyaziyyat

  1. Verilmiş şəkildəki düzbucaqlının sahəsi boyalı hissənin sahəsindən neçə kvadrat vahid böyükdür?

    Sualın şəkli
    1. A.11
    2. B.28
    3. C.43
    4. D.54
  2. Düzbucaq formasında olan otağın perimetri 26 m-dir. Otağın uzunluğu 8 m olarsa, eni neçə metr olar?

    1. A.5 m
    2. B.6 m
    3. C.7 m
    4. D.8 m
  3. Aşağıdakı kəsrlərdən hansı ən kiçikdir?

    1. A.89\dfrac{8}{9}
    2. B.59\dfrac{5}{9}
    3. C.49\dfrac{4}{9}
    4. D.69\dfrac{6}{9}
  4. Hansı bənd səhvdir?

    1. A.Bir il 52 həftədir.
    2. B.1 saat 60 dəqiqədir.
    3. C.1 saat 3600 saniyədir.
    4. D.1 həftə 192 saatdır.
  5. Mərtəbə cədvəlinə uyğun kəsr hansı bənddə doğru göstərilmişdir?

    Sualın şəkli
    1. A.25,13
    2. B.13,24
    3. C.31,52
    4. D.13,25
  6. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 4000 alınan ədəd hansıdır?

    1. A.3897
    2. B.3997
    3. C.3893
    4. D.3991
  7. Hansı ədədlə 7-nin qisməti 31 ilə 18-in cəminə bərabərdir? Verilən ifadəyə uyğun tənlik hansı bandda doğru göstərilmişdir?

    1. A.y ÷\div 7 = 31 + 18
    2. B.y ×\times 7 = 31 + 18
    3. C.y ×\times 7 = 31 - 18
    4. D.y ÷\div 7 = 31 - 18
  8. 4 kq mürəbbə üçün 64 manat ödəyən Əsmər xala 6 kq mürəbbə üçün nə qədər pul ödəməlidir?

    1. A.96 man
    2. B.84 man
    3. C.90 man
    4. D.72 man
  9. Yanvar, may, iyul aylarında neçə çörək satılmışdır?

    Sualın şəkli
    1. A.600
    2. B.650
    3. C.750
    4. D.700
  10. 9, 5, 1, 7 rəqəmlərindən bir dəfə istifadə etməklə yazıla bilən ən böyük və ən kiçik ədədlərin cəmini tapın.

    1. A.13300
    2. B.12300
    3. C.11330
    4. D.14258

Oxuyub anlamaq məşqlə inkişaf edir

Dapti tətbiqində 4-cü sinfin bütün bölmələri üzrə mətnli, cədvəlli və diaqramlı tapşırıqlar var. Tətbiqi pulsuz sınaq müddəti ilə başlaya bilərsiniz.

Tətbiqdə davam edin

Monitorinq tipli suallar nəyi yoxlayır

Fənlər üzrə əsas bacarıqlar:

Riyaziyyat
Cədvəl, piktoqram, xətti və dairəvi diaqramdan məlumat oxumaq. Sürət, zaman, perimetr və sahə ilə bağlı həyati məsələlər, tənlik qurmaqla həll. Kəsrlərin və onluq kəsrlərin müqayisəsi, yuvarlaqlaşdırma və pulla hesablama.
Azərbaycan dili
Mətnin əsas fikrini və sonluğunu tapmaq, faktı fikirdən ayırmaq, sözün məcazi mənasını kontekstdən anlamaq. Cümlə üzvlərini tanımaq, ismin hallanması, sitat və annotasiya ilə iş. Qoşa saitli sözlərin və o, a yazılışının yoxlanması.
Ümumi bacarıq
Sualı sona qədər oxumaq, verilənləri ayırmaq və cavabı yoxlamaq. Bu addımlardan biri unudulanda uşaq bildiyi mövzuda da səhv edə bilər.

4-cü sinif monitorinq suallarını necə işləmək olar

  1. 1

    Oxu, sonra cavab

    Uşaq sualı və verilən mətni, cədvəli tam oxusun, sonra variantlara baxsın. Variantdan başlamaq tələsik seçimə aparır.

  2. 2

    Verilənin altından xətt çəkin

    Kağızda həll edəndə rəqəmlərin və açar sözlərin altından xətt çəkmək sualın nəyi soruşduğunu aydınlaşdırır.

  3. 3

    İzahı birlikdə oxuyun

    Alınmayan sualda izahı oxuyun və uşaq öz sözləri ilə həllini təkrar etsin. Tətbiqdə oxşar tapşırıqlar uşağın cavablarına uyğun gəlir.

Mətnli və diaqramlı tapşırıqlar tətbiqdə

Dapti tətbiqində 4-cü sinfin bütün bölmələri üzrə tapşırıqlar, hər sualın izahı və bölmə sonunda ümumiləşdirici yoxlama var. Siz həftəlik hesabatda hansı bacarığın hələ məşq istədiyini görürsünüz.

Valideynlər nəticələri və aktivliyi izləyə bilərlər.

App Store-dan yükləyinGoogle Play-dən yükləyin
Dapti tətbiqində mövzu xəritəsi
Dapti tətbiqində tapşırığın nəticəsi

Valideynlərin tez-tez verdiyi suallar

Bu səhifədəki suallar rəsmi monitorinq tapşırıqlarıdır?

Xeyr. Monitorinqin öz tapşırıqları əvvəlcədən paylaşılmır. Bunlar Dapti-nin 4-cü sinif dərsliklərinin mövzularından seçdiyi, monitorinqdə yoxlanan bacarıqlara (oxuyub anlamaq, məlumatı cədvəldən götürmək, məsələ həlli) uyğun monitorinq tipli suallardır.

Monitorinqə ayrıca hazırlaşmaq lazımdır?

Monitorinq bir mövzunu yox, uşağın il boyu qazandığı bacarıqları yoxlayır. Ona görə əzbərləməkdən çox, mətnli və cədvəlli suallarla sakit məşq faydalıdır. Uşağa bunu adi bir yoxlama kimi təqdim edin, onu həyəcanlandırmayın.

Uşaq mətnli məsələdə nə soruşulduğunu başa düşmür. Nə edək?

Məsələni hissə-hissə oxusun və hər cümlədən sonra nə öyrəndiyini desin: neçə, nə qədər, nə soruşulur. Rəqəmlərin altından xətt çəkmək də kömək edir. Nümunə sualların izahında həll addım-addım yazılıb.

Niyə yalnız riyaziyyat və Azərbaycan dili?

Bu səhifə monitorinq tipli yoxlamalarda ən çox rast gəlinən iki sahəyə, oxuyub anlamağa və riyaziyyata ayrılıb. İngilis dili və digər fənlər üçün 4-cü sinif BSQ və KSQ səhifələrinə baxa bilərsiniz.

Sualların hamısına baxmaq pulsuzdur?

Bu səhifədəki nümunə suallar hər kəs üçün açıqdır. Tam dəstlər Dapti tətbiqindədir, tətbiqi pulsuz sınaq müddəti ilə başlaya bilərsiniz.

Oxuyub anlamaq hər gün bir az məşqlə gəlir

Dapti tətbiqində qısa tapşırıqlar, hər sualın izahı və sizin üçün həftəlik hesabat.